Dünya taxıl sınağı qarşısında
18.07.2023 [10:50]
Dünyanın ərzaq təhlükəsizliyi növbəti ciddi sınaq qarşısında qalıb. Bu dəfə söhbət iqlim dəyişikliyinin, qlobal istiləşmənin, quraqlığın və yaxud yağıntıların normadan artıq düşməsinin fəsadlarından getmir. Məsələ burasındadır ki, son vaxtlarda iqtisadiyyatın bir sıra mühüm pozisiyaları kimi, ərzaq təhlükəsizliyi də çox tez-tez siyasi proseslərin girovluğunda qalır.
Dünyanın ərzaq təhlükəsizliyi üçün növbəti təhdid buna daha bir nümunədir. İyulun 17-də tarixi “Taxıl sazişi”nin növbəti müddətə uzadılmasının vaxtı bitsə də, razılaşma yenilənməyib. Bu isə o anlama gəlir ki, bu gündən etibarən Qara dənizin Ukrayna sahilərindəki limanlarından taxılın və bir sıra başqa kənd təsərrüfatı məhsullarının daşınmasına imkan verilməyəcək. Taxıl dəhlizinin funksionallığının nə vaxt təmin olunacağı isə hələlik bəlli deyil. “Taxıl sazişi”nin növbəti müddətə uzadılmaması isə regionda yaşanan məlum hadisələrlə, artan geosiyasi amillərlə bağlıdır.
Bir neçə dəfə uzadılan tarixi sazişi
Tarixi “Taxıl sazişi”nin imzalanması zərurəti Rusiya-Ukrayna müharibəsi fonunda yaranmışdı. Müharibədən əvvəl bu ölkələrin hər birinin dünyanın ərzaq təchizatında böyük payları var idi. Sonu görünməyən müharibə yeniu reallıqlar yaratdı və şərtləri dəyişdi. Kollektiv Qərbin sərt sanksiyaları Rusiyaya, limanların atəş altında qalması isə Ukraynaya özlərinin kənd təsərrüfatı məhsullarını dünya bazarlarına çıxarmalarının qarşısını aldı. Belə olan halda ayrı-ayrı ölkələrin ərzaq təhlükəsizliyinə ciddi təhdidlər yarandı. Çətinliklər taxıl pozisiyası üzrə daha ciddi hal almışdı. Ərzaq qıtlığının dünyanın qapısını hər ötən gün daha şiddətlə döyməsi fonunda “Taxıl sazişi” kimi tarixdə qalacaq sənədin imzalanmasının zəruriliyi gündəmə gəldi. Təşəbbüs BMT tərəfindən irəli sürülsə də, tarixi sənəd kimi dəyərləndirilən sazişin imzalanmasınadək keçilən yolda Türkiyə, bu ölkənin Lideri Rəcəb Tayyib Ərdoğan xüsusi səy göstərdi. Çətinlik yaradan o idi ki, müharibə tərəfləri olan Rusiya və Ukrayna razılaşmanın imzalanması üçün özlərinin fərqli şərtlərini irəli sürürdülər. Həmin şərtlər antaqonist mahiyyətə malik idi. Ancaq qardaş Türkiyənin liderliyi ilə dünya birliyi tərəfləri masa arxasında oturmağa, birlikdə geniş müzakirələr aparmağa və maraqlar balansı yaratmağa nail oldu. Tarixi “Taxıl sazişi” 2022-ci il 22 iyul tarixində BMT, Türkiyə, Rusiya və Ukraynanın rəsmilərinin imzası ilə təsdiqləndi. Sənəddə Ukraynanın kənd təsərrüfatı məhsullarının Qara dəniz vasitəsilə daşınması məqsədilə taxıl koridorunun yaradılması, eləcə də Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına icazə verilməsi nəzərdə tutulurdu.
Xatırladaq ki, saziş paketi ilkin olaraq 120 gün müddətinə bağlanmışdı. Sonradan bu müddət qarşılıqlı razılıq əsasında bir neçə dəfə uzadılıb və qeyd etdiyimiz kimi sonuncu uzadılma tarixi dünən bitib. Sonuncu razılaşma cari il mayın 17-də əldə olunmuşdu. Bu uzatmanın müddəti cəmi 60 gün müəyyənləşdirilmişdi.
Növbəti razılaşma əldə olunmayacağı təqdirdə...
BMT-nın məlumatına görə bütövlükdə “Taxıl sazişi”nin qüvvədə olduğu dövrdə Ukrayna limanları vasitəsilə 1003 gəmidə 32,8 milyon ton ərzaq daşınıb. Bununla belə, sazişin icrası ilə bağlı narazılıqlar da zaman-zaman gündəmə gəlib. Xüsusilə də taxılın müştərilərinin yenə də varlı ölkələr olduğu geniş müzakirələrə yol açdı. Ayrı-seçkiçiliyi BMT-nin əlaqələndimə mərkəzinin açıqlamasından da görmək mümkündür. Qurumun yaydığı sənəddə bildirilir ki, daşınan qarğıdalının 90, taxılın isə 60 faizi varlı ölkələrə tədarük olunub. Əfqanıstan, Efiopiya, Sudan, Somali, Yəmən kimi ölkələrə isə daşınan ərzağın cəmi 2,5 faizi (822 min ton) çatıb.
“Taxıl sazişi” üzrə növbəti razılaşmanın əldə olunmayacağı təqdirdə dünyada ərzaq bazarına təzyiqlərin artacağı qaçımaz olacaq. Razılaşma əldə olunanadək dünyada taxılın qiyməti son 10 ilin ən yüksək həddinə çatmışdı. “Taxıl sazişi”nin işə düşməsi sayəsində qiymətlərdə 20 faizədək azalma müşahidə edildi. Ekspertlərin qənaətinə görə, yeni razılaşma əldə olunmayacağı təqdirdə, ötən ilin fevralındakı vəziyyət yenidən təkrarlana bilər.
Ümid var...
“Taxıl sazişi” üzrə növbəti dəfə razılaşmanın əldə olunmaması Rusiyanın mövqeyi ilə bağlıdır. Bu ölkə saziş çərçivəsində şərtərinin təmin olunmadığını idda edir. Bildirilir ki, birinci müzakirələr zamanı sazişin paket xarakteri gündəlikdə idi. Həmin danışıqlarda Tolyatti-Odessa marşrutu ilə ammiakın daşınması və Ukrayna taxılının ixracı müzakirə mövzusu idi. Bu razılaşmalar simmetrik və balanslaşdırılmış şəkildə yerinə yetirilməli idi. Rusiyanın iddiasına görə, BMT tarazılığı təmin etməyib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatında sövdələşmənin uzadılması ilə bağlı növbəti qərarın “Rosselxozbank”ın SWIFT sisteminə yenidən qoşulmasından, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasından, sığorta və təkrar sığortaya qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından, sığorta müqaviləsinin ləğvindən asılı olacağı vurğulanıb.
“Taxıl sövdələşməsi” ilə bağlı razılaşmalar faktiki olaraq dayandırıldı. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya sövdələşməyə qayıda bilər. Sitat: “Rusiya bununla bağlı razılaşmalar həyata keçirilən kimi dərhal sövdələşməyə qayıdacaq”.
Öz növbəsində “Taxıl sazişi”nin reallaşmasında fəal mövqeyi ilə fərqlənən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın yenidən razılaşmaya qoşulacağına əminliyini ifadə edib. Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri öncəsi Atatürk Hava Limanında jurnalistlərə açıqlama verən Türkiyənin dövlət başçısı deyib: “Bugünkü (dünənki - red.) açıqlamaya baxmayaraq, Rusiya Prezidenti Putinin “Taxıl sazişi”nin uzadılmasını istədiyini bilirəm. Səfərdən qayıdan kimi cənab Putinlə danışacam”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

