ABŞ - Rusiya danışıqlarında ilk raund
14.07.2023 [10:40]
Hələlik xüsusi xidmət orqanları müzakirə aparır
Yeganə BAYRAMOVA
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ötən ay ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns ilə Ukrayna məsələsi barədə telefon danışığı apardığını açıqlayıb. Narışkin ABŞ tərəfinin görüş üçün bəhanə kimi iyunun 24-də “Vaqner” muzdlu qrupunun Rusiya administrasiyasına qarşı silahlı üsyanını göstərdiyini bildirib: “Çünki söhbətin əsas hissəsi Ukrayna məsələsi və Ukrayna ətrafında cərəyan edən proseslərə yönəldi. Biz Ukrayna ilə bağlı nə edəcəyimizi düşündük və danışdıq”.
Görüşün bir saata yaxın davam etdiyi barədə məlumatı verən Narışkin Börnslə təkbətək görüş ehtimalının da ola biləcəyini qeyd edib.
Məlumdur ki, bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi ilə bağlı müxtəlif müstəvilərdə danışıqların aparılmasına çalışılsa da, bu baş tutmamışdı Maraqlıdır, Narışkin və Börns arasındakı danışıqlar müharibənin gələcək fazasına hansı yenilikləri vəd edir?
Qərb resurslarını bitirmək istəmir
Məsələni “Yeni Azərbaycan”a şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Narışkin və Börnsün müzakirəsini nəbz yoxlamaq da adlandırmaq olar. Politoloqun fikrincə, müharibənin elə bir mərhələsi yetişib ki, Rusiya sözün həqiqi mənasında iqtisadi və hərbi cəhətdən tükənib: “Ukrayna müharibə meydanında cəsarətli və döyüşkən forma nümayiş etdirsə də, artıq Qərbin ona dəstəyinin müəyyən bir həddə qədər davam edəcəyi aktuallaşıb. Qərb də özünün resurslarını bitirmək istəmir. Bu mənada, Rusiyanın zəifliyindən, xüsusilə Priqojinin qiyamından sonrakı mərhələdə Rusiya ilə danışıqlar prosesi xüsusi xidmət orqanları səviyyəsində aparılır. Xüsusi xidmət orqanları daha çox məlumatlı orqanlardır və onlar daha ciddi arqumentləri gündəliyə gətirə bilərlər. Bu səbəbdən də onların dialoqunun nəticəsi daha etibarlı sayıla bilər. Danimarkanın paytaxtı Kopenhagen şəhərində bu danışıqlar bir neçə müddətdir ki, davam edir”.
Rusiyaya iki təklif...
Q.Hüseynli qeyd edib ki, Qərb di?tə edən tərəf kimi sülhün şərtlərini açıqlayır: “Rusiyanın danışıqlar stolu ətrafında “əli” kifayət qədər güclü deyil. Ona görə də müəyyən qədər inadkar mövqe sərgiləsələ belə, Qərbin təzyiqlərinə davam gətirəcək imkanları yoxdur. Eyni zamanda, Qərb məqbul sayıla biləcək kompromis xarakterli variantlar təklif edir. Həmin varinatlardan birincisi və ən əhəmiyyətlisi Rusiya qoşunlarının Krım da daxil olmaqla, bütün Ukrayna ərazilərindən çıxarılması və tərəflərin danışıq stolu ətafına əyləşib sülh müqaviləsinin şərtlərini razılaşdırmasıdır. Bunun müqabilində Qərb Rusiyaya hakimiyyət dəyişikliyinə getməyəcəyini, Rusiyanın ərazi bütövlüyünü qorumağa çalışacağını vəd edir. Amma Rusiya hələ ki, işğal etdiyi ərazilərdən çıxmaq barədə kompromisə gəlməyib. Belə olan halda Qərb Rusiyaya ikinci variantı təklif edir: Krım hələ ki, Rusiyada qalır, amma onun dəqiq statusu müəyyənləşdirilmir, Rusiya isə Donetsk və Luqansk ərazilərindən qoşunlarını çıxarır və Qərb yenə də Rusiyada hakimiyyət dəyişikliyini dəstəkləmir, ölkənin ərazi bütövlüyünə xələl gətirə biləcək addımlar atmır. Rusiyanın bu varianta nisbətən isti baxdığını söyləyənlər var. Bu, xüsusi xidmət orqanları səviyyəsində aparılan “bazarlıq”dır. Rusiya davranışlarında kompromisə getdiyini biruzə verir. Belə nəticəyə gəlmək olar ki, Rusiya Donetsk və Luqanskı azad etməyə razı kimi görünür. Ukrayna tərəfi isə bu danışıqlarla bağlı məlumatlandırılır, amma Krımdan imtina etməyəcəyini qəti surətdə bildirir. Zelenski bu məsələdə çox barışmaz mövqe tutub. Amerika tərəfi Zelenskiyə bildirir ki, Krım məsələsi qeyri-müəyyən müddətə təxirə salınır. Məsələdə dəqiqlik yoxdur, görünür, Ukrayna Amerikanın bu fikirlərinə razılıq verməyib. Amma hər halda hər hansı bir kompromislər axtarmaq, ən əsası isə Ukrayna torpaqlarının böyük hissəsindən Rusiya qoşunlarını çıxarmaq gündəmin əsas məsələsidir. Bununla bağlı razılıq əldə etmək üçün ciddi səylər göstərilir”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

