Rusiyaya qarşı xüsusi tribunal...
06.04.2023 [10:38]
Kreml rəhbərliyi G7-nin hədəfində
Rəsmi Moskvaya qarşı Asiyada yeni cəbhə açmaq ideyası ...
“Böyük Yeddilik” yenidən masa arxasına toplanır. Belə ki, yeddilər qrupu (G7) ölkələrinin ədliyyə nazirləri iyul ayında Tokioda keçiriləcək görüşdə Ukraynaya təcavüz səbəbindən Rusiyaya qarşı xüsusi tribunalın qurulmasını müzakirə edə bilərlər. Bunu “Kyodo” agentliyinə müsahibəsində ədliyyə məsələləri üzrə Avropa Komissarı Didye Reynders deyib. O, hazırda Yeddilər qrupuna sədrlik edən Yaponiyanın öz statusundan istifadə edərək tribunalın yaradılması istiqamətində Asiyanın digər ölkələrinə təsir göstərəcəyinə və beynəlxalq ictimaiyyətin dəstəyini qazanacağına ümidvar olduğunu bildirib.
Didye Reyndersin sözlərinə görə, hazırda Avropa İttifaqı Ukrayna da daxil olmaqla, müxtəlif ölkələrdən olan hakimlərin iştirakı ilə “xüsusi məhkəmənin” və ya “hibrid məhkəmənin” qurulması məsələsinin müzakirə edilməsi üçün ədliyyə orqanları və Beynəlxalq Cinayət Məhkəməsi ilə birgə çalışır.
Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə Rusiyanın dövlət başçısı Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib.
Bir il davam edən hücumlar - Rusiya sanksiyadan çəkinmədi...
Qeyd edilməlidir ki, G7 qrupuna daxil olan ölkələrin Rusiyaya qarşı müəyyənləşdirdiyi siyasi xətt heç də bu ilin martın 17-də BCM-in məlum qərarına əsaslanmır. Hələ ötən ilin aprelində Brüsseldə keçirilən NATO XİN başçılarının iclası çərçivəsində G7 ölkələrinin xarici işlər nazirləri görüşü zamanı Rusiyaya qarşı kəskin mövqenin nümayişinə qərar verilmişdi. Həmin vaxt ABŞ dövlət katibi Entoni Blinken də bildirmişdi ki, qrupa daxil olan ölkələr indiyə qədər apardıqları siyasəti davam etdirəcəklər: “G7 prezident Putini səbəbsiz müharibə seçiminə görə məsuliyyətə cəlb etməyə və onun Ukraynada strateji məğlubiyyətə uğradılmasına dəstək verməyə sadiqdir”.
Beləliklə, hazırki prosesin başlanğıcının bir il öncəyə dayandığını söyləmək olar. Ötən bir il ərzində isə bu kimi qərarların və fərqli müstəvilərdən Kremlə qarşı təzyiqlərin şahidi olduq - məsələn, ötən ilin iyununda Almaniyada keçirilən “G7 liderlərinin sammiti” bir sıra mühüm nüansları ilə yadda qalmışdı. Toplantının əsas müzakirə mövzusu məhz Rusiya-Ukrayna qarşıdurması olmuşdu. Həmin vaxt sammitə videobağlantı vasitəsilə qatılan Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasını və digər təhlükəsizlik təminatlarını tələb etmişdi. Böyük Yeddilik ölkələri isə qarşılığında rəsmi Kiyevin arzularını yerinə yetirməyə hazır olduqlarını bildirmişdi. Hətta qrup Ukraynaya 2022-ci il ərzində büdcə dəstəyi olaraq təxminən 29,5 milyard dollar ayrmışdı. Eyni zamanda, sammitin yekun qətnaməsində G7 ölkələrinin Rusiyadan alınacaq qaza qiymət tavanının müəyyənləşdirilməsi məsələsini də vurğulamışdılar. Bu təşəbbüs isə ABŞ prezidenti Co Bayden tərəfindən səsləndirilmişdi. Sonradan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də həmin təşəbbüsü dəstəklədiyini bildirmişdi.
Rusiya hədələri “mənasız” hesab edir...
İndiki halda vəziyyət dəyişib. Artıq iqtisadi hücumların daha az effekt verdiyini görən Qərb koalisiyası çıxış yolunu hüquqi “məhdudlaşdırmalar”da görür. Bunun bariz sübutu isə son zamanlar Rusiyaya qarşı hüquqi sanksiyaların daha da gücləndirilməsidir. Düzdür, Rusiya tərəfi bu kimi “hədələri” ciddi qəbul etmir. Məsələn, BCM-nin Rusiya prezidenti Vladimir Putin və prezidentin uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə həbsinə order qərarını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva BCM-nin yurisdiksiyasını tanımır. Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin söz?üsü Mariya Zaxarova bildirib ki, BCM-nin qərarlarının Rusiya üçün heç bir mənası yoxdur və irəli sürülən həbs orderləri hüquqi baxımdan etibarsızdır.
Ukraynanı Baltikyanı “vəkil” müdafiə edə bilər...
Xüsusi tribunalın qurulması məsələsi isə artıq bir müddətdir ki, müzakirə predmetinə çevrilib. 2023-cü ilin əvvəlindən bu istiqamətdə mühüm addımlar atılmaqdadır - vurğulayaq ki, beynəlxalq tribunalın yaradılması artıq G7 ölkələri də daxil olmaqla, 30 dövlət tərəfindən dəstəklənib. Bu barədə mart ayında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat vermişdi. O bildirmişdi ki, artıq 30 ölkə Rusiya üzrə xüsusi tribunalın yaradılmasını dəstəkləyir - Yunanıstan da bu qrupa qoşulub. Hətta G7 toplantısından öncə anonsu verilən tribunalda Baltikyanı ölkələrdən birinin Ukraynanın vəkili olacağı da bildirilmişdi.
Tarixin ironiyası - ABŞ Xirosimada “antinüvə” çıxışı edəcək...
Beləliklə, qarşıdakı 2 ay Rusiya üçün həlledici ola bilər. Çünki qurulacaq tribunal artıq BMT müstəvisini aşır - Kreml bu məsələyə “veto” qoymaq hüququnu itirir. Bunun əksinə, G7 qrupu Yaponiya adalarında məsələni nəticələndirə bilər. Amma Rusiya mətbuatı bununla bağlı yazılarda mühüm bir elementi qabardırlar - may ayında baş tutacağı gözlənilən və Yaponiyanın Xirosima şəhərinin ev sahibliyi edəcəyi sammitdə mühüm müzakirə predmetlərindən biri “nüvə təhlükəsi” məsələsi olacaq. Məlumata görə, bu məsələnin müzakirəsində ABŞ israrlıdır - ABŞ-ın Xirosimada “antinüvə” çıxışı Rusiya KİV-nin fikrincə, tarixi yaddaşı “yeniləyir”: 6 avqust 1945-ci ildə Xirosimada 15 kiloton “Little Boy” adlı uran-235 atom bombası partladılmışdı. Şəhər mərkəzini tamamilə sıradan çıxaran bu hadisə nəticəsində şəhər əhalisinin üçdə bir hissəsinə yaxın, yəni 120 min adam ölmüşdü. Geriyə qalan minlərlə adam isə mutasiyaya uğramış, xərçəng xəstləyinə tutulmuş və yaxud orqanlarından birini itirmişdi. 3 gün sonra, 9 avqust 1945-ci ildə sabaha yaxın Naqasakidə, 45 kiloton çəkisindəki “Fat Man” adlı, plutonium-239 atom bombası partladılmışdı. Hirosima bombasından üç-qat daha ağır və urandan daha radioaktiv, plutonium bombasını şəhərin tam mərkəzinə düşürməyi tutdura bilməyən pilot, 80 min insanın ölümünə səbəb olmuşdu...
“Qlobal Cənub” siyasəti - Hindistan da prosesə cəlb edilir
Nəzərdə tutulan sammitin ən maraqlı cəhətlərindən biri də, hələlik anti-Rusiya koalisiyasına qoşulmayan bəzi dövlətləri bu prosesə cəlb etmək niyyətidir. Məsələn, bu xüsusda, fəallıq göstərən Yaponiya hakimiyyətinin cəhdləri artıq bir müddətdir ki, özünü büruzə verir. Rəsmi Tokio əsasən Hindistanı anti-Rusiya xəttinə qoşmağı planlaşdırır. Ötən ayın ikinci ongülüyündə Yaponiyanın baş naziri Fumio Kişidanın Dehliyə səfər etməsi də buna əsaslanır. Belə ki, Kişida hindistanlı həmkarı Narendra Modini may ayında Xirosimada keçiriləcək G7 sammitinə dəvət edib.
Hindistanla əməkdaşlıq, daha doğrusu rəsmi Dehlini Qərb koalisiyasına daxil etmək Tokio üçün xüsusilə vacibdir. Yapon siyasətçilərinin son vaxtlar təkrarladığı ən mühüm məqamlardan biri Rusiyaya təzyiqi artırmaq üçün davamlı addımlar atmaqdır - bunun bir mühüm amili də Moskvaya qarşı sanksiya siyasətinə qoşulmayan “Qlobal Cənub”un açar ölkələri ilə əməkdaşlıqdır. Qeyd edək ki, Çinlə yanaşı, Hindistan da “Qlobal Cənub”da əsas ölkələrdən sayılır və adı inkişaf etmiş ölkələrlə bir sırada çəkilir...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
07 May 16:49
Dünya
07 May 16:14
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59

