Proses dayandı!
31.01.2023 [10:59]
İsveç Türkiyənin şərtlərini yerinə yetirdikdən sonra NATO-ya üzv ola bilər
NARDAR
İsveç NATO-ya üzvlük prosesini müvəqqəti olaraq dayandırıb. Bu barədə ölkənin xarici işlər naziri Tobias Billström məlumat verib. T. Billstörm Stokholmda 25 müsəlman ölkəsinin səfirləri ilə görüşdən sonra hökumətinin belə bir qərara gəldiyini açıqlayıb. Nazir NATO-ya üzvlük prosesinin dayandırılmasını mövcud vəziyyətlə əlaqələndirib. Billström, həmçinin deyib ki, iyulda Vilnüsdə keçiriləcək NATO sammitində İsveçin alyansa tamhüquqlu üzvlüyünə ümid edirlər.
İsveçin NATO-ya üzvlük danışıqlarındakı nümayəndəsi Oskar Stenström isə bildirib ki, ölkəsinin NATO-ya üzvlüklə bağlı müraciətinin təsdiqlənməsi üçün Türkiyə ilə dialoqdakı fasilənin nə qədər davam edəcəyi bilinmir. O, Türkiyə ilə dialoqda fasilə olduğunu təsdiqləyib: “Türkiyəli həmkarım və mən razılaşdıq ki, məxfi söhbətlərin və görüşlərin mənası yoxdur. Yəqin ki, bu, yalnız vəziyyəti korlamağımıza səbəb olacaq. İndi biz ayrı işləyirik. Ümid edirəm ki, gələn həftə həmkarımla telefonla əlaqə saxlayacam, lakin nə vaxt görüşəcəyimiz bəlli deyil”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə İsveçlə bağlı tələblərini bir daha xatırladıb: “Terrorçuların adları olan siyahını İsveçə təqdim etmişik. Əgər onları təhvil verməsələr, bizi qınamasınlar”. Ərdoğan qeyd edib ki, Türkiyə 120 terrorçunun siyahısını hazırlayıb və Ankaraya təhvil verilməsini tələb edib: “İsveçin baş nazirinə nə etmək lazım olduğunu izah etdik. Onlara dedik ki, NATO-ya daxil olmaları üçün terrorçuları bizə təhvil verməlisiniz”. O deyib ki, Finlandiya “Quran”ı yandıran İsveç kimi səhvləri təkrarlamasa, bu ölkənin NATO-ya üzvlüyü ilə bağlı müraciətinə ölkəsi fərqli yanaşa bilər: “Belə olanda İsveç şoka düşəcək”.
Əslində, NATO-ya üzv olmaq istəyən İsveç özünün yanlış siyasəti ilə prosesi əngəlləyir. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli, terrorçuları bu ölkəyə təhvil verməlidir. Eləcə də, PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır. Ötən ilin iyununda NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında baş tutan danışıqlarda da əsas müzakirə mövzusu bu məsələlər idi. Danışıqların nəticəsi olaraq isə üçtərəfli memorandum imzalanmışdı. Memorandumda öz əksini tapan müddəalara görə, hər iki Skandinaviya ölkəsi PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı və adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməli idilər. Amma bu proseslə bağlı İsveç “manevrlər” edərək öz öhdəliyini yetirməkdən yayınmağa çalışır. Məsələn, ötən ayın əvvəlində İsveç FETÖ-çü terrorçunu Türkiyəyə vermə prosedurunun olmadığını bəyan etmişdisə, ayın sonunda İsveç xarici işlər naziri Tobias Billström bildirmişdi ki, Türkiyə ilə bağlanan Anlaşma memorandumunun müddəaları təmin olunacaq. Son hadisələrdən sonra İsveçin baş naziri Ulf Kristersson da demişdi ki, Stokholm Şimali Atlantika Alyansına qoşulmaq üzrə Madrid memorandumuna sadiq qalmağa davam edir və bu məsələdə Ankara ilə uğurlu danışıqlar aparır. Baş nazirin sözlərinə görə, İsveç və Finlandiya Madriddə Türkiyə ilə imzalanmış razılaşmalara əsasən üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirirlər.
Hadisələr isə bunun əksini göstərir. Belə ki, son vaxtlar İsveçdə terrorçu şüarlar artmağa başlayıb. Həmçinin bu ölkədə YPG terrorçularının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini tarixi bələdiyyə binası qarşısında asması, bəzi nəşrlərin də Ərdoğanı hədəfə alması iki ölkə arasında gərginliyin artacağını proqnozlaşdırırdı. Lakin bütün bunların ardınca Türkiyənin bu ölkədəki səfirliyinin qarşısında müqəddəs “Qurani-Kərim”in yandırılması vəziyyəti daha da gərginləşdirdi. İsveç polisi “Qurani-Kərim”in yandırılmasının qarşısını almaq üçün müdaxilə etməyib. Hadisədən sonra İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə “Qurani-Kərim”in yandırılmasına icazənin verilməsinə görə etiraz bildirilib, Türkiyənin bu qərarı qəti şəkildə pislədiyi, İsveçin belə münasibət sərgiləməsinin qəbuledilməz olduğu vurğulanıb. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında da Stokholmda müqəddəs “Qurani-Kərim”in yandırılması qətiyyətlə pislənilib. Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir. “Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, - deyə Türkiyə XİN-in bəyanatında vurğulanıb.
Yaranmış vəziyyətlə əlaqədar İsveçin müdafiə naziri Pal Consonun da Türkiyəyə yanvarın 27-də nəzərdə tutulan səfəri ləğv olunub. Türkiyədə fəaliyyət göstərən aparıcı siyasi qüvvələri də belə bir şəraitdə İsveçin NATO-ya üzvlüyünün mümkün olmadığını vurğulayırlar. Məsələn, Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bildirib ki, bu şəraitdə İsveçin NATO-ya üzvlüyü Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməyəcək: “Milli-mənəvi dəyərlərimizə nifrət bəsləyən bir ölkə və ya dövlətlərlə nəinki NATO-nun müttəfiqlik hüququnu bölüşmək, hətta siyasi və diplomatik münasibətlərin qurulması belə absurd və qıcıqlandırıcıdır”.
Göründüyü kimi, NATO-ya qoşulmaq istəyən İsveç hökuməti öz əməlləri ilə təşkilata üzv olmasının qarşısını alır. Təşkilata üzvlük prosesini bərpa etmək üçün isə Türkiyənin şərtləri yerinə yetirilməlidir.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

