Masadakı variantlar...
31.01.2023 [10:30]
ABŞ İrana qarşı hansı hədəfləri müəyyənləşdirib...
İran yenidən rəsmi Vaşinqtonun hədəfinə tuş gəlib. Belə ki, ABŞ hökuməti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi əməliyyatları belə istisna etmir. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Dövlət katibi bazar günü Yaxın Şərqə səfəri zamanı bildirib ki, İranla bağlı bütün variantlar nəzərdən keçirilir. Hərb variantının olub-olmadığını soruşduqda, Blinken bunu istisna etməyib. “Bütün variantlar masanın üstündədir”, - o əlavə edib.
Bununla belə, Blinken üstünlük verilən yolun diplomatiyadan keçdiyini də bildirib. Dövlət katibinin sözlərinə görə, İranın beynəlxalq nüvə sazişinə qayıtmaq şansı var idi, lakin bundan imtina etdi.
Qeyd edək ki, hələ 2022-ci ilin yayında ABŞ Prezidenti Cozef Bayden də “ən son halda” İrana hücum variantını istisna etməmişdi. İran isə nüvə sazişinə qayıtmaq üçün hazırkı təklifi rədd edir.
Adı çəkilməyən rəsminin açıqlaması - Vaşinqtonun əli yoxdur”...
Bu isə İrana qarşı “həssasiyyəti” artırır. Məsələn, İranın daxilində baş verən partlayışlar rəsmi Tehranın son dövrlərdə tutduğu mövqe, verdiyi qərarlar, nümayiş etdirdiyi davranışlarla əlaqələndirilir. Hətta bəzi xarici media nümayəndələri bu partlayışları regionda yeni hərbi qarşıdurmanın ilkin işartısı kimi də qələmə verməyə çalışırlar. Amma rəsmi Vaşinqton bu faktı istisna edir. Məsələn, İsrail İctimai Yayım Təşkilatının (KAN) adı açıqlanmayan amerikalı rəsmidən aldığı müsahibədə bildirilir ki, ABŞ baş verənlərdə maraqlı deyil: “Vaşinqton rəhbərliyi İranın İsfahan şəhərində İran Kosmik Araşdırmalar Mərkəzinə aid obyektin yaxınlığındakı sursat zavodunu pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə almaqda maraqlı deyil”.
ABŞ rəsmisi bildirib ki, “İsfahan hücumunda Vaşinqtonun əli yoxdur”. Əslində bu açıqlama ilkin versiya ilə hədəfə düşən Vaşinqtonu hədəfdən çıxarmağa istiqamətlənib. Eyni zamanda, dövlət katibi Blinkenin hərbi yola əl atılmasını istisna etməməsi isə bir çox mətləbdən xəbər verir. Yəni, hər şey:
- regionda yeni siyasi situasiyanın formalaşdırılması yönündə aparılan siyasətin uğur qazanmasındın;
- II Diplomatiya Sammiti ərəfəsində qarşıya qoyulan hədəflərin tam müəyyənləşdirilməsindən;
- Son olaraq yeni iqtisadi münasibətlərin sərhədlərindən (Çin və Mərkəzi Asiyanın timsalında) asılı ola bilər.
Başqa sözlə, regionda formalaşdırılması nəzərdə tutulan yeni iqtisadi münasibətlər köhnə siyasi-hərbi qarşıdurmaların üstündəki tozun silinməsinə yol açacaq.
Gərginlik hansı pik həddə yüksələ bilər?
Bəlli olduğu kimi, İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi ötən ilin ən aktual məsələlərindən biri kimi vurğulanırdı. 2022-ci ilin əvvəlində Avstriyanın paytaxtı Vyanada Rusiya, Çin, Almaniya, Fransa, İngiltərə və İranın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə nüvə sazişinin tam icrasının təmin edilməsi və ABŞ-ın bu razılaşmaya qayıtması ilə bağlı nüvə danışıqları raundunun iflasa uğraması isə yeni mərhələ formalaşdırdı. Martın 11-də dayandırılan danışıqlar İranın qeyri-konstruktiv mövqeyi ilə əlaqələndirilmişdi. İran nüvə proqramının gələcəyi ilə bağlı danışıqlarda irəliləyişin əldə olunması üçün ABŞ prezidenti Co Baydenin İrana qarşı sanksiyaların bir qismini ləğv etməsi tələbini irəli sürmüşdü.
2022-ci ilin avqustunda isə ABŞ, Fransa, Böyük Britaniya və Almaniya İranın nüvə proqramı ilə bağlı davam edən danışıqları müzakirə etdi - yayılan bəyanatda bildirildi ki, Qərb Yaxın Şərq regionunda tərəfdaşlara dəstəyin gücləndirilməsinin zəruriliyini və İranın sabitliyi pozan regional fəaliyyətlərini məhdudlaşdırmaq üçün birgə səyləri müzakirə edirlər. Bütün ölkələr İranın nüvə proqramına qarşı çıxışla yadda qaldılar. Bu isə, ABŞ ilə İran arasında danışıqların tam dayandırılması kimi də izah edilə bilərdi. Beləliklə, nüvə proqramı məsələsinin 2022-ci ildəki gərgin “taym-autu”nun buzunun 2023-cü ildə açılması gözlənilirdi... Amma son baş verənlər ortaya suallar çıxarır:
- İran ilə ABŞ arasındakı gərginlik hansı “pilləyə” qədər qalxa bilər;
- Vaşinqtonun İran “proqramı” hansı hədəflərlə müəyyənləşib;
- ABŞ Tehrana qarşı görəcəyi tədbirləri kimin ayağına yazmaq və ya yazdırmaq niyyətindədir.
Beləliklə, real mənzərədə ABŞ ilə İran arasındakı söz duelinin yeni mərhələsinə qədəm qoyulur. ABŞ tərəfi isə sükutu pozub...
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

