ABŞ Ukraynaya “Patriot” kompleksləri verərsə...
23.12.2022 [10:29]
Rusiya rəsmi Vaşinqtonu müharibədə birbaşa iştirakı kimi qiymətləndirəcək
Nardar BAYRAMLI
Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 21-də ABŞ-a səfər edib. Bu, Zelenskinin Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra xaricə ilk səfəridir. Səfər Polşanın Rzesov şəhərində başlayıb. Ukrayna liderini Avropadan ABŞ-a yola salmaq üçün ABŞ-ın Boeing C-40 hərbi-nəqliyyat təyyarəsi havaya qalxıb. Zelenskini aparan təyyarə İngiltərə üzərindən keçərkən Böyük Britaniya aviabazasından havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları uçuşu müşayiət edib.
Səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Co Bayden ilə görüşüb. Görüşdə hər iki ölkə rəhbəri, xüsusilə, Rusiya-Ukrayna müharibəsinə diqqət çəkiblər. Zelenski Co Baydenlə birgə mətbuat konfransında bildirib ki, bu müharibədə ölkəsinin müstəqilliyini müdafiə edən ukraynalıların valideynləri qisas hissi ilə yaşayır: “Həmin valideynlər itkiyə görə heç bir kompensasiya almaqda maraqlı deyillər. Prezident kimi mənim üçün ədalətli sülh - torpağımız, ərazi bütövlüyümüz, suverenliyimizlə bağlı heç bir güzəştə getməmək, Rusiyanın təcavüzü nəticəsində dəyən bütün itkilərin ödənilməsidir. Valideynlərimiz oğullarını, tibb bacısı olan qızlarını cəbhədə itirib. Onları heç bir təzminat maraqlandırmır. Onlar yalnız qisas almaq üçün yaşayırlar”.
ABŞ Prezidenti isə öz növbəsində 300 gün ərzində Ukraynanın Rusiyaya qarşı dirənişini və qırılmazlığını yüksək qiymətləndirərək bundan sonra da ABŞ-ın Ukraynaya əlavə 45 milyard dollarlıq yardım, 2 milyard dollar hərbi dəstək paketi ayıracağını deyib: “Ukraynanın azadlığı təhlükə altında olanda amerikalılar tərəddüd etmədilər və Ukraynanın müdafiəsinə qalxdılar. Müttəfiqlər Ukraynanı gücləndirmək üçün 2000 tank və zirehli texnika, 800 artilleriya sistemi, 2 milyon mərmi, milyardlarla dollar maddi dəstəklə təmin etdilər. Avropa və ABŞ-ın dünya üzrə müttəfiqləri milyonlarla ukraynalı qaçqına sığınacaq verdi”. “Biz Ukraynanın özünümüdafiə imkanlarını, xüsusən də, hava hücumundan müdafiə sistemini gücləndirməyə davam edəcəyik. Bunun üçün biz Ukraynanı “Patriot” HHM sistemləri ilə təmin edəcəyik”, - deyə Bayden vurğulayıb.
Zelenski isə “Patriot”lara görə amerikalı həmkarına təşəkkür edib: “Bizim yaxın aylarda müdafiə qabiliyyətimizin gücləndirilməsi ilə bağlı dəqiq anlayışımız var. Bu gün bu barədə geniş danışmaq istəmirəm. Yəqin anlayırsınız ki, niyə. Lakin mən buna görə ABŞ Prezidenti Co Baydenə çox minnətdaram”. O deyib ki, Baydenlə danışıqların əsas mövzusu Ukraynanın müdafiəsinin gücləndirilməsi olub: “Bizim əla xəbərlərimiz var, hansılarla ki, mən evə dönürəm. Prezident Bayden Ukraynaya 2 milyard dollar yardımı nəzərdə tutan yeni yardım paketini elan etdi və bu paketin ən güclü elementi bizim hava hücumundan müdafiəmizi gücləndirəcək “Patriot” kompleksidir. Bu, Ukraynanın “hava qalxanını” yaratmaq istiqamətində vacib addımdır. Biz gələn il nə gözlədiyimizi və nəyə hazırlaşdığımızı geniş müzakirə etdik. Bu, bütün ukraynalılar üçün çox vacibdir”.
Ümumiyyətlə, gözlənilmədən qanlı döyüşlərin getdiyi Baxmuta, oradansa Vaşinqtona gedən Zelenskinin səfərinə ABŞ-da böyük maraq olduğu bildirilir. ABŞ Konqresində çıxış edən Zelenskinin nitqi və ona göstərilən reaksiyalar da bunu təsdiqlədi. Çıxışında Baxmut mövzusuna toxunan Zelenski deyib ki, Rusiya Baxmut kimi Ukraynanın digər şəhərlərinə qarşı hər şeydən istifadə edir: “Lakin Ukrayna müdafiəni saxlayır və heç zaman təslim olmayacaq. Bu torpağın hər santimetri qana batıb”. Zelenski konqresmenlərə müraciət edərək bildirib ki, onların hər biri Ukraynanın qələbəsinə kömək edə bilər. Bunun üçünsə Kiyevə silah-sursat və maliyyə yardımını artırmağa yönələn addımlar atılmalıdır: “Sizin yardımınız xeyriyyəçilik üçün deyil. Bu, qlobal təhlükəsizlik və demokratiya üçün yatırımdır, hansından ki, biz böyük məsuliyyətlə istifadə edirik. Bizim artilleriyamız varmı? Bəli, var. Sizə təşəkkür edirik. Bəs, o, kifayət qədərdirmi? Doğrusu, tam yox”. Zelenski deyib ki, Rusiyanı Ukrayna torpaqlarından qovmaq üçün daha çox artilleriyaya və silah-sursata ehtiyac var. Ukrayna Prezidenti həmçinin, Konqres üzvlərindən Rusiyaya qarşı sanksiyaları gücləndirməyi və “terrorçuları işğala görə məsuliyyətə cəlb etməyi” xahiş edib. ABŞ-a indiyə qədər göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən Zelenski deyib ki, Rusiyanın bombardmanlarına, raket zərbələrinə baxmayaraq, Ukrayna Milad bayramını mütləq qeyd edəcək: “Hətta elektrik enerjimiz olmasa belə, özümüzə inam işığımız sönməyəcək!”. Ukrayna Prezidenti əminliklə bildirib ki, gələn il Rusiya işğalına qarşı savaşda dönüş anı baş verəcək və buna “Ukraynanın cəsarəti və ABŞ-ın qətiyyəti təminat verəcək”. Zelenski nitqini Ukraynanın bu savaşda tam qələbə çalacağına əminliyini ifadə etməklə və “Ukrayna yaşayır və güclüdür!” sözlərilə bitirib.
Ukrayna Prezidentinin ABŞ-a səfəri, xüsusulə “Patriot” kompleksi barədə razılığın əldə olunması isə Rusiyanı narahat edir. Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev bildirib ki, ABŞ Ukraynaya “Patriot” zenit-raket kompleksləri verərsə, bu, Vaşinqtonun müharibədə birbaşa iştirakı kimi qiymətləndirilə bilər. Onun fikrincə, Rusiyanın bunu belə qəbul etməyə tam haqqı var. Kremlin sözçüsü Dmitri Peskov isə ABŞ prezidenti Co Baydenlə Ukrayna lideri Volodimir Zelenskinin Vaşinqtonda keçirilən görüşünü şərh edərkən “Təəssüf ki, sülh üçün çağırışlar yox idi. Biz ABŞ və Ukrayna tərəfindən Rusiyanın narahatlığını dinləməyə hazır olmaq barədə heç bir söz eşitmədik” deyib. Peskov ABŞ-ın Ukraynaya “Patriot”lar verməsinə də münasibət bildirib: “Digər silahlar kimi, onlar da legitim hədəf halına gələcək”.
Beləliklə, Zelenski ABŞ səfərindən razı qaldığını bildirir. Onun Co Baydenlə görüşündə növbəti illə bağlı müzakirələr aparması və müzakirələrdən məmnun qalması Rusiyaya yönəlik yeni planların olduğunu deməyə əsas verir. Öz növbəsində, Rusiya da bütün bunlara adekvat cavab verməyə çalışacaq. Bu isə o deməkdir ki, növbəti ildə də qanlı müharibə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

