G20 sammiti
11.11.2022 [10:27]
Vladimir Putin sammitdə niyə iştirak etməyəcək?
Nardar BAYRAMLI
Rusiya prezidenti Vladimir Putin noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək “Böyük İyirmilik” (G20) ölkələrinin 17-ci sammitində iştirak etməyəcək. Bu barədə Rusiyanın İndoneziyadakı səfirliyinin mətbuat katibi Aleksandr Tumaykin jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, Vladimir Putinin sammitdə iştirak formatı dəqiqləşdirilir. Ehtimal ki, V.Putin zirvə görüşünə videokonfrans vasitəsilə qatılacaq. “Böyük İyirmilik” sammitində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Putinin sammitdə iştirak etməyəcəyini Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. ABŞ-ın “Bloomberg” agentliyi isə öz mənbələrinə istinadən məlumat yayıb ki, Kreml V. Putini Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ABŞ Prezidenti Cozef Bayden də daxil olmaqla dünya liderləri ilə potensial qarşıdurmadan qorumağa çalışır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Şəbnəm Həsənova bildirib ki, ABŞ Prezidenti Co Bayden hələ mart ayında Rusiyanın G20-dən çıxarılmasının lazım olduğunu söyləmişdi. Habelə, Bayden administrasiyasının yüksək vəzifəli üzvləri Rusiya nümayəndələrinin iştirak etdiyi G20 tədbirlərini tərk də etmişdilər. Bu sammit ərəfəsində isə Qərb ölkələri və Ukrayna G20-yə ev sahibliyi edən İndoneziyaya təzyiqlər edirdilər ki, Moskvanı qınamağı gücləndirsin, Putinə sammitə dəvətini geri götürsün və Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanı qrupdan çıxarsın. İndoneziya isə üzvlər arasında konsensus olmadan bunu etmək səlahiyyətinin olmadığını bildirmişdi. Ümumiyyətlə, İndoneziya beynəlxalq gərginliyin yüksəldiyi bir vaxtda sammitin kölgədə qalacağından narahat idi. Bunu İndoneziya Prezidenti Coko Vidodo “Financial Times” qəzetinə verdiyi müsahibədə də bildirmişdi. Onun sözlərinə görə, bütün bu yaşanan hadisələr fonunda, nəhayət, Rusiya liderinin G20 sammitində iştirak edib-etməyəcəyinin cavabı gəldi: “Belə ki, Rusiyanın İndoneziyadakı səfirliyi bildirdi ki, Rusiya Prezidenti Vladimir Putin gələn həftə Balidə keçiriləcək G20 qrupunun liderlərinin sammitində şəxsən iştirak etməyəcək. Lakin onu nəzərə alaq ki, Putinin iştirak etməməsi Rusiyanın iştirak etməməsi demək deyil. Belə ki, G20 liderlərinin gələn həftə keçiriləcək toplantısında Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Bu amilin özündə də səngimə mövcud deyil, hətta antaqonizm ən pik həddindədir. Lavrov həmkarlarına Rusiyanın Ukraynaya müdaxiləsinin qlobal aclıq böhranına görə məsuliyyət daşımadığını və Rusiyanı təcrid etmək üçün nəzərdə tutulan sanksiyaların müharibə elanı olduğunu söylədikdən sonra, məsələn, Kanada kəskinliklə rəsmi Moskvanı kimin təmsil etməsindən asılı olmayaraq, Rusiya nümayəndə heyətinin Ukraynadakı “müharibə cinayətlərinə” görə şəxsən məsuliyyət daşıdığını iddia edir. Hər nə qədər fərziyələr irəli sürülsə də ki, bəlkə də sammit çərçivəsində hər hansı bir görüş, ya konsensus əldə oluna bilərdi, lakin Putini “müharibə cinayətkarı” adlandıran Bayden daha əvvəl demişdi ki, Putin sammitdə iştirak edəcəyi təqdirdə onunla görüşmək niyyətində deyil”.
Politoloq qeyd edib ki, G20 siyasi forum olmaq üçün nəzərdə tutulmayıb. Bu, iqtisadiyyat və inkişafla bağlı olmalıdır, bu istiqamətdə də davam etsə, daha qurucu amallara xidmət edə bilər. “Bir çox siyasi analitiklər hesab edirlər ki, şəxsən iştirak etməmək qərarı Putini Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı digər dünya liderləri ilə üzləşməkdən, ya da ondan çəkinməkdən xilas edir. Düşünürəm ki, Rusiya-Ukrayna məsələsinə görə mövcud gərginlik fonunda Kreml Putini ABŞ prezidenti Cozef Bayden də daxil olmaqla dünya liderləri ilə potensial qarşıdurmadan, qərbin qınağından qorumağa çalışır. Putinin görüşlərdən birinə virtual olaraq qatılıb-qatılmayacağına dair verəcəyi qərar isə hələ də məlum deyil”, - deyə Ş.Həsənova söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

