Konqresə aralıq seçkilər...
11.11.2022 [10:25]
ABŞ vətəndaşları hazırda respublikaçıları daha çox dəstəkləyir
ABŞ Konqresinə keçirilən aralıq seçkilərlə bağlı ilkin məlumatlar Respublikaçılar Partiyasının Nümayəndələr Palatasına nəzarəti ələ keçirəcəyini göstərir. Xatırladaq ki, seçkilərdə 435 yerlik Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) üzvləri və senatorların üçdə biri müəyyənləşəcək. Bundan əlavə, seçicilər 36 ştat və üç ərazinin (Quam, Şimali Mariana adaları və Amerika Samoası) qubernatorlarını da seçəcəklər. Seçkilər prezidentlik müddətinin ortasında keçirildiyi üçün aralıq seçkilər adlanır. Bu seçkilərin ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə də böyük təsir göstərəcəyi güman edilir.
Budəfəki aralıq seçkilər ABŞ-da artan inflyasiya və tənəzzül narahatlığı, eləcə də qeyri-sabit beynəlxalq mühit fonunda keçirilir. Bir çox seçicilər ölkədə cinayətkarlığın səviyyəsindən və miqrasiyanın vəziyyətindən də narahat olduqlarını bildirirlər. Sorğular göstərir ki, bu məsələlərin bir çoxunda seçicilər hazırda demokratlardan daha çox respublikaçılara etibar edirlər.
Bundan əlavə, Amerika mətbuatının fikrincə, seçkilər Ukraynaya yardım məsələsini daha kəskin şəkildə gündəmə gətirə bilər. İndiyədək hər iki partiya müvafiq yardımı dəstəkləyir, lakin respublikaçılar Nümayəndələr Palatasında və Senatda çoxluq qazansalar, bu yardım üzərində daha sərt nəzarət başlaya və hətta onu ixtisar etmək məsələsinə baxıla bilər.
Son nəticələrə əsasən Respublikaçılar Partiyasının şansları daha yüksək qiymətləndirilir. Belə ki, hazırki “müxalifət” Nümayəndələr Palatasında 198, Demokratlar isə 173 yer qazanmış kimi görünür. Respublikaçılara aşağı palatada üstünlük qazanmaları üçün 218 yer kifayətdir. Senat ətrafında isə əsl qızğın döyüş gedir. Burada Demokratlar 48, respublikaçılar 47 mandata malikdir. Ştat qubernatorlarına gəlincə, respublikaçılar 24 ştatda liderlik edir. İlkin məlumatlarda əsas mübarizənin Arizona, Corciya və Nevada ştatlarında getdiyi bildirilir.
Yeri gəlmişkən, ABŞ prezidenti Co Bayden də 2024-cü ildəki prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib. Dövlət başçısı yekun qərarı gələn ilin əvvəlində verəcəyini deyib. “Mən yenidən mübarizəyə qoşulmaq istəyirəm, lakin taleyə də çox inanıram. Həm də ki, bu barədə ailəliklə qərar verəcəyik. Əminəm ki, çoxları mənim namizədliyimi arzulayır”, - deyə Bayden vurğulayıb.
Nəzərə alınmalıdır ki, demokratların hakimiyətdə olduğu hazırki dövr ABŞ üçün elə də müsbət səciyyələndirilmir. Belə ki, qlobal miqyasda kataklizmlərin yaşandığı, Ağ Evin isə bu kataklizmlərin mərkəzində yer aldığı bir zamanda ABŞ vətəndaşlarını daha çox daxili problemləri düşündürür. Eləcə də, qlobal miqyasda hər zaman daha konservativ siyasəti ilə seçilən respublikaçıların hakimiyyətə gəlməsini gözləyənlərin sayı heç də az deyil.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov da bildirib ki, aralıq seçkilərdə respublikaçıların qalib gəlməsinə böyük ümidlər var. Respublikaçılar müxtəlif rəy sorğularının nəticələrinə görə də favorit göstərilirlər: “Ümumiyyətlə, ABŞ-ın seçki dövrünə və partiyalararası mübarizədəki mənzərəyə baxanda bir məsələnin şahidi oluruq - prezident seçkilərində qalib gəlmiş partiya aralıq seçkilərində uduzur. Dövr bir-birini əvəzləyir. Bu baxımdan da nəinki tarixi dövrlər arası korrelyasiya baxımından, eyni zamanda, Baydenin olduqca aşağı nüfuzu səbəbindən respublikaçıların üstünlüyü hiss olunur. Keçirilmiş rəy sorğularında isə insanları daha çox narahat edən məsələlərin iqtisadi sahə ilə bağlı gözləntilərin olduğunu müşahidə edirik. Buna səbəb kimi enerji böhranı, taxıl dəhlizi və Rusiya - Ukrayna müharibəsini göstərmək olar. Amma ənənəvi olaraq ABŞ cəmiyyətində digər qayğılar da hər zaman prioritet sayılıb - təhsil, səhiyyə, demokratiyanın vəziyyəti, irqi ayrı-seçkilik, cinayətkarlıq və digər məsələlər hər zaman ABŞ-ın vətəndaşlarını düşündürür. Müxtəlif partiyaların irəli sürdüyü konsepsiyalarda bu prioritetlər nəzərə alınır”.
Koronavirus pandemiyasından sonra baş verən Rusiya - Ukrayna müharibəsi və hazırki iqtidarın bu prosesdəki iştirakı isə ABŞ vətəndaşlarını ciddi şəkildə düşündürməyə vadar edir. İ.Hüseynov bildirib ki, Respulikaçılar Partiyasının iqtidar dönəmində də dünyada qlobal proseslər gedirdi, amma hazırki kimi çoxşaxəli deyildi. “Dünyada müxtəlif münaqişələr alovlanır, müxtəlif qlobal proseslər baş verir. Bütün bunların mərkəzində isə ABŞ-ı görürük. Respublikaçılar isə yaranan bu fürsətdən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Digər tərəfdən, Baydenin seçkilərdən sonrakı dönəmi ilə bağlı kəskin çıxışlar edən siyasi şəxslər bu gün respublikaçıların əsas namizədləridir. ABŞ-da seçki prosesində bir ənənə mövcuddur - adətən şəhər əhalisi demokratlara, kənd əhalisi isə respublikaçılara səs verir. Əsas mübarizə şəhərətrafı, qəsəbə tipli məntəqələri olan ştatlarda gedir. Bu amil prezident seçkilərinə də xas olan mənzərədir. Hazırda əksəriyyət seçicilər daha çox respublikaçıları dəstəkləyir. Hətta bu klasterlərə də baxmadan demək olar ki, böyük ehtimalla respublikaçılar aralıq seçkilərin qalibi olacaq. Bu, hətta 2024-cü ildə Trampın yenidən siyasətə qayıtması kimi ehtimalları da gücləndirir. Çünki Tramp Baydeni çox kəskin şəkildə tənqid edir və bütün qlobal proseslərdə günahkar kimi məhz onu görür. Bu isə daxili auditoriyaya müsbət təsir göstərir. Ümumiyyətlə, Trampın daxili auditoriya ilə işləmək səyləri çox yüksəkdir. Düşünürəm ki, respublikaçılar aralıq seçiklərində qalib gələcəklər. Baxmayaraq ki, Nensi Pelosi, Kamala Harris kimi şəxslər partiyanın nüfuzunu qaldırmaq üçün müxtəlif gedişlər edirlər, lakin bu da hazırkı durumda yetərsiz hesab olunur”, - deyə politoloq əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11

