Qəzzada nə baş verir?
09.08.2022 [10:33]
Nicat PAŞA
Dünyanın ən gərgin münaqişə zonalarından biri olan Qəzzada vəziyyət yenidən gərginləşib. İsrail mətbuatının yaydığı məlumatda bildirilir ki, bazar günü axşam saatlarında Qəzza zolağından İsrailə bir neçə mərmi atılıb. Diqqət çəkən məqam ondan ibarətdir ki, bu hadisə Fələstin anklavında atəşkəs qüvvəyə mindikdən sonra baş verib. Belə ki, mərmilər atəşkəs rejiminin qüvvəyə minməsindən cəmi bir neçə dəqiqə sonra İsrailin cənub rayonları istiqamətində atılıb. “Kan” dövlət radiosunun məlumatına görə, raketlərdən biri Eşkol qəsəbəsi yaxınlığındakı açıq əraziyə düşüb, xəsarət alan yoxdur.
İsrail Ordusunun mətbuat xidməti atəşkəs başlayandan sonra Qəzza zolağına bitişik ərazilərdə hava hücumu siqnallarının işə salındığını açıqlayıb. Eyni zamanda, İsrail ordusu razılaşdırılmış saatdan sonra qüvvələrinin artıq Fələstin anklavına hücum etmədiyini vurğulayıb. “Saat 23:25-də İsrailin Müdafiə Qüvvələri “İslami Cihad” terror təşkilatına məxsus hədəfləri vurub. Bu, saat 23:30-a planlaşdırılan atəşkəs rejiminin başlanmasından əvvəl İsrail Müdafiə Qüvvələrinin son zərbəsi olub”, - mətbuat xidmətindən bildirilib.
Bu xüsusda İsrailin Baş naziri Yair Lapidin hərbi əməliyyatlarla bağlı bir neçə gün öncəki açıqlamasını xatırlatmaq yerinə düşər. Cənub bələdiyyələrinin rəhbərləri ilə görüşündə o, İsrailin Müdafiə Qüvvələrinin Qəzza zolağında hərbi əməliyyatın bütün məqsədlərinə nail olduğunu, bunu davam etdirməyin mənası olmadığını diqqətə çatdırmışdı. Lapid qeyd edib ki, İsrail Qəzzada Fələstinin “İslami Cihad” qruplaşmasına qarşı üç günlük “Sübh” əməliyyatında məqsədinə nail olub.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, İsrail-Fələstin münaqişəsinin indiki vəziyyətə çatmasında beynəlxalq güclərin çox böyük rolu var.
Onun sözlərinə görə, qlobal imperializm son bir əsrdir İsrail-Fələstin münaqişəsi üzərindən vəziyyətin daim gərgin olmağına çalışır: “Nəzərə almaq lazımdır ki, beynəlxalq hüququn bu münaqişə ilə bağlı ortaya qoyduğu müəyyən müddəalar var. Amma biz bəzən həm İsrailin, həm də Fələstinin öhdəliklərdən yayındığının şahidi oluruq. Son günlərdə isə Qəzza zolağından İsrailə atılan raketlər və eyni zamanda, İsrailin hava hücumundan müdafiə sistemlərinin buna qarşı müqaviməti prosesi ilə rastlaşırıq. Hazırda bütövlükdə beynəlxalq münasibətlər sistemində siyasi düzənin zorla dəyişdirilməsi prosesinə şahidlik edirik. Qlobal imperializm hal-hazırda dünyada müxtəlif gərginlik ocaqlarının olmasında maraqlı tərəf qismində çıxış edir”.
Politoloq qeyd edib ki, ABŞ-ın siyasi mövqeyindən sonra vəziyyətin daha da gərginləşməsi və alovlanması prosesi müşahidə edilib: “Amma hazırda İsrail-Fələstin münaqişəsi ilə paralel Kosovo-Serbiya gərginliyi və eyni zamanda, dünyanın müxtəlif coğrafiyalarındakı proseslər, Rusiya-Ukrayna müharibəsi, Qərbin bu müharibə başlayana qədər Rusiya ilə Ukraynanın arasını tamamilə vurmaq və iki ölkə arasındakı bütün münasibətləri uçuruma sürükləmək üçün ortaya qoyduğu mövqe hesab edirəm ki, Qərb imperializminin nə qədər təhlükəli olduğunu ortaya qoyur”.
Politoloq hesab edir ki, İsrail-Fələstin münaqişəsində müəyyən bir barış, atəşkəs əldə olunsa da, tez-tez aktiv silahlı döyüş fazalarına keçidin şahidi olacağıq.
“Prosesin birdəfəlik həlli üçün bütün dünya dövlətləri Fələstin və İsrail rəhbərliyi ilə masaya əyləşməli və problemin konkret olaraq uzunmüddətli həllinə çalışmalıdır. Lakin görünən odur ki, bu problemin həll olunması beynəlxalq güclərin o qədər də marağında deyil”, - T.İsmayılov fikirlərinə yekun vurub.
Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasının mərkəzində duran məsələlərdən biri də Qüdsün mənsubiyyəti ətrafında mübahisədir. Bir çox ərəb və israilli üçün bu münaqişə etnik kimliyin təməl elementi kimi qəbul olunur. 1967-ci ildə “Altıgünlük müharibə”dən sonra İsrail Şərqi Qüdsü işğal edib. 1980-ci ildə təsdiqlənən qanun isə şəhəri İsrailin “bölünməz paytaxtı” tanıyır. Ərəblər də Şərqi Qüdsü gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı hesab edirlər. İsrail parlamenti, prezident administrasiyası və rəsmi hökumət qurumları Qüdsdə yerləşir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

