Gözləntilər və yaşananlar...
04.08.2022 [10:43]
Pelosinin Tayvana səfəri nə ilə yadda qaldı?
Nicat PAŞA
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər etməsi Çin ilə ABŞ arasında Tayvan məsələsi səbəbindən mövcud olan gərginliyin kulminasiya nöqtəsi hesab edilə bilər. Bütün dünya ictimaiyyəti, siyasi analitiklər günlərdir ABŞ rəsmisinin Tayvana səfərinin nə ilə nəticələnəcəyini proqnoz edərək müxtəlif versiyalarla çıxış etsə də, səfər zamanı atılan addımlar onu göstərir ki, bu səfər Tayvan üçün müsbət nəticələrlə yadda qaldı.
Tayvan parlamentində
Səfər çərçivəsində xanım spiker əvvəlcə Tayvan parlamentində olub. Parlamentdə çıxış edən Pelosi vurğulayıb ki, Vaşinqton Taybey ilə parlamentlərarası dialoqun intensivləşdirilməsində maraqlıdır. O, eyni zamanda adanın Pekinin artan təhlükələri ilə üz-üzə qaldığı üçün ABŞ-ın Tayvanı dəstəkləməli olduğunu diqqətə çatdırıb.
Administrasiya sədri ilə görüş
Ardınca Pelosi Tayvan administrasiyasının sədri Tsay İnven ilə görüşüb. Danışıqlara başlamazdan öncə Tsay İnven Pelosini hökumət medalı - “Xoşbəxt buludlar” ordeni ilə təltif edib. Bu mükafat 1941-ci ildə milli inkişafda xidmətləri olan və vətəndaş cəmiyyətində töhfəsi olan şəxsləri mükafatlandırmaq üçün təsis edilib. Orden əcnəbi vətəndaşlara müstəsna xidmətlərinə görə verilə bilər. Pelosi mükafatı şəxsən İnvendən almasının özü üçün şərəf olduğunu bildirib: “Mən qiymətli dostluğumuzun rəmzi olan bu mükafatı Kapitoliyada Sədrin ofisinə təqdim etməyi səbirsizliklə gözləyirəm”.
Birgə mətbuat konfransı
Görüşdən sonra Pelosi ilə Tsay İn-ven birgə mətbuat konfransı keçiriblər. Spiker çıxışı zamanı ABŞ-ın Tayvanda hər zaman azadlıq və təhlükəsizliyin olmasını istədiyini və bundan geri çəkilməyəcəyini diqqətə çatdırıb. Pelosi qeyd edib ki, “Vahid Çin” siyasətinə hörmət edir, lakin ABŞ-ın Tayvanla həmrəyliyi hər zamankından daha vacibdir. O, əlavə edib ki, ABŞ adadakı status-kvonu dəstəkləyir və Tayvanda güc yolu ilə hər hansı bir hadisənin baş verməsini istəmir. Pelosi səfəri ilə bağlı Tayvanın üzləşə biləcəyi iqtisadi nəticələrə münasibət bildirərkən qeyd edib ki, adanın ABŞ-la olan əlaqələri ona daha yaxşı iqtisadi mübadilə üçün qapı açır.
Tsay İn-ven isə vurğulayıb ki, Tayvan status-kvonun qorunmasına sadiqdir və Çinin Pelosinin səfərinə cavab olaraq başlatdığı hərbi təlimlər qeyri-zəruri reaksiyadır.
ABŞ əlaqələrin daha da möhkəmləndirilməsində maraqlıdır
Konfransda iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi məsələsinə də toxunulub. Belə ki, Pelosi ABŞ-la Tayvan arasında ticarət sazişinin imzalanacağı anonsunu verib. O, ABŞ-Tayvan əlaqələrinin üç vacib istiqamətini vurğulayaraq bildirib ki, bunlar təhlükəsizlik, idarəetmə və iqtisadiyyatdır: “Təhlükəsizliklə bağlı bizim əlaqələrimiz güclüdür və biz bunu daha da möhkəmləndirməyin yollarını müzakirə etdik. İqtisadiyyatla bağlı biz ticarət sazişini müzakirə etdik, bu tezliklə mümkün ola bilər. İdarəetmə sahəsində, mən Tayvanın COVID-lə mübarizəsini alqışlayıram, bu, dünya üçün real modeldir”, - deyə Pelosi bildirib.
Səfər birmənalı qarşılanmadı
Bununla da ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri başa çatıb. Onun Asiyaya turu çərçivəsində Tayvana səfəri Çin tərəfindən pislənilib.
Görüş müddətində heç bir hərbi münaqişə yaşanılmasa da, ciddi müzakirələr gündəmi zəbt edib. Diqqət çəkən rəylərdən biri də Çinin dövlət qəzetinin məlumatıdır. Mətbuat orqanı “Pelosi “siyasi vəba tanrısı” kimi Tayvana gərginlik gətirdi” başlıqlı məqaləsində spikerin hərəkətlərini axmaq və təxribatçı adlandırıb: “Spiker Nensi Pelosi çərşənbə axşamı oğru kimi gizli şəkildə Çinin Tayvan adasına enərək, Çin-ABŞ münasibətlərinə qoyulan minanı partladıb. Çin hakimiyyəti dəfələrlə ABŞ Konqresinin Nümayəndələr palatasının sədrinin səfərinin “açıq-aşkar qızışdırıcı xarakter daşıdığı”, “bunun mümkün ağır nəticələri” barədə xəbərdarlıq edib, lakin “Pelosi bütün bunlara “kar” qalmağa üstünlük verib”, - deyə yazıda qeyd olunur.
Materialda həm də “Pelosinin ehtiyatsız, təhlükəli, təxribat xarakterli hərəkətləri nəticəsində Tayvan boğazı ərazisində sülh və sabitliyin pozulmasına görə bütün məsuliyyətin ABŞ və Tayvan Demokratik Tərəqqi Partiyasının rəhbərliyinin üzərində olduğu” vurğulanır.
“Siyasi vəba tanrısı kimi, Pelosi də Tayvandakı risk və gərginlik yaratmaqdan başqa region üçün heç nə etmədi”, - məqalədə deyilir.
Səfərdən sonra...
Məlum səfərdən sonra Çin ordusu hərəkətə keçib. Bu barədə Britaniya mətbuatı məlumat yayıb. “Daily Mail” qəzeti Pekinin Tayvanın hava hücumundan müdafiə zonasına 21 qırıcı və J-20 təyyarəsi göndərdiyini yazır. Məqalədə Çin ordusunun təlimlərə başladığı da qeyd olunur. Bəzi mənbələrdə Çin ordusunun Tayvanı, hətta hava və dəniz blokadasına aldığı da bildirilir. Bu, Çin mediasının dərc etdiyi təlim xəritəsində də aydın görünür. Pekin administrasiyası heç bir xarici təyyarə və ya gəminin təlim bölgələrinə daxil olmasını istəmir.
“Çin ordusunun hərbi təlimlər keçirməsi milli suverenliyini qətiyyətlə qorumaq üçün zəruri və ədalətli addımdır”, - Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq bildirib.
Xəbər lenti
Hamısına baxAnalitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10

