Taxıl böhranına son qoyulacaqmı?
26.07.2022 [10:29]
M.FEYİZLİ
Xəbər verildiyi kimi, ötən cümə günü Ukraynanın Qara dəniz limanlarından taxılın təhlükəsiz şəkildə daşınması ilə bağlı BMT-nin və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsi olaraq İstanbulda tarixi razılaşma imzalandı. Sənədi Rusiyanın, Ukraynanın, Türkiyənin və BMT-nin rəsmiləri imzalayıblar. Söhbət müharibə səbəbindən Ukraynada yığılıb qalan milyonlarla ton taxılın qlobal ərzaq bazarlarına çıxardılmasından gedir. Müharibə tərəfi olan Ukraynadan taxılın daşınması qlobal ərzaq bazarında yaranan gərginliyi azalda bilər.
Razılaşmanın detalları
Ukraynadan taxılın daşınması ilə bağlı Türkiyədə baş tutan danışıqlar gərgin atmosferdə keçib. Bu da onunla bağlı idi ki, tərəflər öz şərtlərini diktə edirdilər və bu şərtləri bir-biri ilə uzlaşdırmaq əksər hallarda mümkün olmurdu. Bəhs olunan razılaşmada taxılın daşınmasında təhlükəsizliyin təmin olunması əsas prinsip kimi götürülüb. Verilən məlumatlara görə, sənəddə danışıqlarda səsləndirilən iddiaların əksinə olaraq limanların minalardan təmizlənməsi prosesinə vaxt itirilməyəcək. Bu barədə BMT-nin yüksək səviyyəli rəsmisi bildirib. “Biz qərara gəldik ki, təhlükəsiz dəhlizlərdən istifadə etmək daha səmərəli olacaq, bunu Ukrayna tərəfi müəyyənləşdirəcək. Bu gəmilər ukraynalı pilotların müşayiəti ilə aparılacaq”, - deyə BMT rəsmisi əlavə edib.
Tarixi taxıl sazişi müqavilədə göstərilən liman obyektlərinə hücumlardan imtinanı özündə ehtiva edir. Sazişdə deyilir ki, tərəflər sənədin icrası ilə bağlı taxıl daşıyan gəmilərə, digər mülki gəmilərə və liman obyektlərinə hücum etməyəcəklər. BMT-nin rəsmisi vurğulayıb ki, saziş imzalandıqdan sonra Ukraynadan taxıl ixracına başlamaq bir neçə həftə çəkəcək.
Bu vaxt nəzərdə tutulan prosedurları həyata keçirmək üçün lazımdır. Sənədə əsasən, ilk növbədə, Birgə Koordinasiya Mərkəzi formalaşdırılacaq, yoxlamalar aparmaq üçün qruplar yaradılacaq.
BMT-nin nümayəndəsi İstanbulda imzalanan taxıl müqaviləsinin müddətinin uzadılma ehtimalı ilə 120 gün olduğunu diqqətə çatdırıb. Razılaşmaya əsasən, Ukraynanın 3 limanından təhlükəsiz dəhlizlər vasitəsilə taxıl ixracı ayda təxminən 5 milyon ton təşkil edəcək. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində taxıl ixracını həyata keçirən gəmilərin monitorinqində iştirak edəcəklər.
Təxribat, yoxsa...
Bu arada taxıl gözləyən dünya Ukraynadan məhsulun daşınması üçün nəzərdə tutulan Odessaya şənbə günü hərbi zərbələrin endirilməsi xəbərindən silkələndi. Qısa müddətdə belə bir sual gündəmi zəbt etdi: Bu, tarixi taxıl razılaşmasına qarşı yönələn təxribatdır, yoxsa nə?
Narahatlıq yaradan həm də o məqam idi ki, liman şəhərinə hərbi zərbələrin kim tərəfindən endirildiyi bir müddət müəmma olaraq qaldı. Sonradan suallara aydınlıq gəldi. “Kalibr raketləri yüksək dəqiqliklə endirilən zərbə ilə Odessa limanındakı hərbi infrastrukturu məhv edib”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar günü bildirib.
Şənbə günü Odessaya endirilən hərbi zərbələrdən sonra Rusiya və Ukrayna rəsmiləri tarixi taxıl razılaşmasının reallaşmasına yaranan təhdidlərə görə bir-birilərini ittiham ediblər. Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı razılaşmanı təhlükə altına qoymaqda günahlandırıb. O, şənbə günü müraciətində deyib: “Rusiyanın Odessaya, bizim limanımıza bugünkü raket hücumu rüsvayçılıqdır və bu, həm də Rusiyanın özünün siyasi mövqelərinə zərbədir. Əgər dünyada kimsə hələ də deyə bilsə ki, hansısa dialoq, Rusiya ilə hansısa razılaşmalar lazımdır, görün, nə baş verir. Rusiyanın “Kalibr” raketləri bu gün bu cür bəyanatların mümkünlüyünü yox etdi”.
Rusiya isə baş verənlərə görə Ukrayna tərəfini günahkar sayır. Bu ölkənin xəbər agentlikləri Rusiya Müdafiə Nazirliyinə istinadən Odessada Ukraynaya məxsus hərbi gəminin və gəmi əleyhinə raketlərin məhv edildiyi barədə məlumat yayıblar. Rusiyanın iddialarına görə, endirilən zərbələr sırf hərbi məqsədlər daşıyıb.
Beynəlxalq qınaq
Taxıl razılaşmasından cəmi bir gün sonra Odessaya hərbi zərbələr endirilməsi kəskin beynəlxalq qınaqla qarşılanıb. ABŞ dövlət katibi Antoni Blinken şənbə günü axşam açıqladığı bəyanatda bildirib: “Hücum Rusiyanın dünənki sövdələşməyə sadiqliyini şübhə altına alır və BMT, Türkiyə və Ukraynanın mühüm ərzaq məhsullarının dünya bazarlarına çıxarılması işinə xələl gətirir”. Blinkenin bəyanatında daha sonra oxuyuruq: “Rusiya qlobal ərzaq böhranının dərinləşməsinə görə məsuliyyət daşıyır və təcavüzünü dayandırmalı, razılaşdığı sazişi tam şəkildə yerinə yetirməlidir”.
Məsələyə BMT səviyyəsində də kəskin münasibət bildirilib. BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü Farhan Haq tərəfindən şənbə günü açıqlanan bəyanatda vurğulanıb: “Dünən bütün tərəflər Ukrayna taxılının və əlaqədar məhsulların dünya bazarlarına təhlükəsiz daşınmasını təmin etmək üçün qlobal səhnədə aydın öhdəliklər götürdülər. Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və bütün dünyada ehtiyacı olan milyonlarla insanın əziyyətini yüngülləşdirmək üçün çox vacibdir. Rusiya Federasiyası, Ukrayna və Türkiyə tərəfindən tam icrası mütləqdir”.
Avropa İttifaqının xarici siyasət məsələləri üzrə komissarı Cozep Borrell də Rusiyanın hərəkətlərinin qınaq doğurduğunu bildirib. “İstanbul sazişinin imzalanmasından bir gün sonra taxıl ixracı üçün əsas hədəfə vurulan zərbə... Rusiyanın beynəlxalq hüquqa və öhdəliklərə tam məhəl qoymadığını nümayiş etdirir”, - deyə Aİ rəsmisi vurğulayıb.
Xəbər lenti
Hamısına baxHadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51

