İrana növbəti çağırış
10.06.2022 [10:32]
Aİ və ABŞ rəsmi Tehranı nüvə proqramında əməkdaşlığa dəvət edir
SADİQ
İranın nüvə proqramı ilə bağlı məsələ yenidən gündəmə gəlir. Bununla bağlı uzun müddət davam etmiş Vyana prosesinin ardından tərəflər yenidən razılaşmaq üçün masa arxasına otura bilər. Qeyd edək ki, İranın nüvə sazişində iştirak edən Qərb dövlətləri çərşənbə axşamı MAQATE-nin İdarə Heyətinə qətnamə layihəsi təqdim ediblər. Layihə üç mübahisəli ərazidə uran hissəciklərinin mənşəyinin müəyyənləşdirilməsi barəsindədir. Layihənin irəli sürülmə səbəbi isə İranın apardığı fəaliyyətlə bağlı kifayət qədər məlumat verməməsi olub. Məhz bu baxımdan da, Avropa İttifaqı və ABŞ rəsmi Tehrana müraciət edib. Aİ və ABŞ İran hakimiyyətini elan edilməmiş üç yerdə uran hissəciklərinin mənşəyini aydınlaşdırmaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq etməyə çağırıb. Bu barədə çərşənbə günü Aİ və ABŞ-ın beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin Vyanada keçirilən MAQATE-nin Rəhbərlər Şurasının iclası zamanı verdikləri bəyanatlarında deyilir. Aİ nümayəndə heyətinin yaydığı bəyanatda bildirilir ki, “Biz İranı dərhal və tam şəkildə MAQATE ilə əməkdaşlığa çağırırıq. Bu, agentliyin İranın nüvə proqramının müstəsna olaraq dinc xarakter daşıdığına dair lazımi təminat verə bilməsi üçün vacibdir”. Bəyanatda o da vurğulanır ki, təşkilat Fransa, Almaniya, Böyük Britaniya, o cümlədən ABŞ-ın təklif etdiyi qətnaməni qətiyyətlə dəstəkləyir və Şuranın digər üzvlərini də həmin sənədi dəstəkləməyə çağırır”.
ABŞ nümayəndə heyətinin bəyanatında da bildirilir ki, İran MAQATE ilə əməkdaşlıq etməlidir”. Bu, agentliyə öz yoxlama və monitorinq fəaliyyətini həyata keçirməsi üçün lazımdır. ABŞ tərəfi bildirib ki, rəsmi Vaşinqton İranla bağlı qətnaməni dəstəkləyir. Qətnamədə rəsmi Tehran öhdəliklərini yerinə yetirmək üçün təcili tədbirlər görməyə çağırılır. “İranın MAQATE-nin zəruri hesab etdiyi bütün məlumat və sənədləri təqdim etməsi mütləqdir. Bu, MAQATE-yə öz məsələlərini aydınlaşdırmaq və həll etməsi üçün gərəklidir”, - deyə bəyanatda bildirilir. ABŞ-ın MAQATE-dəki nümayəndəsi səfir Laura Xolqeyt vurğulayıb ki, qətnamə İranla siyasi qarşıdurmanı gücləndirmək məqsədi daşımır. “Biz belə bir eskalasiyaya can atmırıq,” - deyə diplomat bildirib.
Bu arada rəsmi Tehran da Vaşinqtona nüvə sazişinin bərpası üçün yeni təkliflər paketi təqdim edib. Bunu çərşənbə günü İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. “Bir neçə gün əvvəl biz yeni siyasi təşəbbüslər paketini təqdim etdik. Qarşı tərəfə açıq şəkildə bildirdik ki, o, iki yoldan birini seçə bilər. Biz siyasət və diplomatiya yoluna üstünlük veririk”, - deyə nazir nüvə sazişinin bərpası üzrə danışıqlarda mövcud vəziyyəti şərh edərkən bildirib.
Diplomatın fikrincə, bu gün xarici siyasətdə ən aktual məsələlərdən biri İran və 4+1 qrupu (Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında birbaşa, eləcə də ABŞ-ın Tehrana yönəlik sanksiyalarının aradan qaldırılmasına yönəlmiş danışıqlardır. “Bu istiqamətdə bizim hökumətimiz güclü və davamlı razılaşma əldə etmək əzmindədir”, - deyə o, əlavə edib.
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli isə mayın 25-də bildirmişdi ki, İranla nüvə sazişinin müddəalarına tam əməl olunmasına qayıtmaq mövzusunda aparılacaq danışıqların uğursuzluqla nəticələnməsi ehtimalı böyükdür.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi beşliyi və Almaniya (beş+bir qrupu) 2015-ci ildə İranın nüvə inkişafı ilə bağlı böhranı həll etmək üçün Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Hazırkı Amerika lideri Co Bayden isə dəfələrlə Vaşinqtonun Tehranın nüvə sazişinə qayıtmasının mümkünlüyünü vurğulayıb. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən JCPOA-nı orijinal formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır. Siyasi mütəxəssislərin fikrincə, Rusiyanın beynəlxalq miqyasda təcrid olunması və tətbiq olunan sanksiyaların miqyası Vaşinqton ilə İran arasında yaxınlaşmanı təmin edə bilər. Hətta bununla bağlı siyasi bəyanatlar da səsləndirilir. Amma Vyana danışıqlarının uğursuzluqla nəticələnməsi danışıqlar fazasını yarıda kəsmişdi. ABŞ ilə İran arasındakı münasibətlərin tənzimlənməməsində əsas problemlər isə qarşılıqlı tələblərin irəli sürülməsi, mövqelərdə kompromisin əldə olunmamasıdır.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

