Ukrayna taxılı necə daşınacaq?
09.06.2022 [10:13]
Türkiyə yol xəritəsini hazırlayıb
M.FEYİZLİ
Şəhər və kəndləri xarabazarlığa çevirən, minlərlə insanın həyatını itirməsinə, doğma ev-eşiyini tərk etməsinə səbəb olan Rusiya-Ukrayna müharibəsinin fəsadları iki ölkənin sərhədlərini aşaraq bütün dünyada özünü göstərir. Qanlı müharibə fonunda dünya həm də çörəklə imtahana çəkilir. Verilən məlumatlara görə, müharibə səbəbindən buğdanın satış qiyməti son 14 ildə ən yüksək həddə çatıb. Paralel şəkildə, təklif tələbi qarşılamır. Son vaxtlarda ayrı-ayrı istehsalçı ölkələrin taxıl ixracının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul etmələri ajiotajı bir qədər də artırır.
Dünya üzrə taxıl böhranının yaranmasının səbəbi kimi iki iri istehsalçının - Ukraynanın və Rusiyanın müharibəyə cəlb olunması göstərilir. İstehsal üçün yaranan çətinliklər bir yana, Ukraynada anbarlarda qalan hazır məhsulun Qara dəniz limanlarından daşınması da əngəllənib. Həmin limanlar ya minalanıb, ya da Ukraynanın nəzarətindən çıxıb. Belə bir şəraitdə beynəlxalq birlik Ukraynadan taxılın daşınmasının yollarını axtarmaqdadır. Vəziyyətin gərginləşməsinə görə limanları atəş altında saxlayan Rusiyanın ünvanına müxtəlif ittihamlar səsləndirilir. Hətta Rusiya tərəfindən müəyyən həcmlərdə taxılın oğurlanması və gizli şəkildə daşınması da müzakirə mövzusuna çevrilib. Öz növbəsində Rusiya da ABŞ və Avropa İttifaqı (Aİ) dövlətləri tərəfindən ünvanına səsləndirilən itti?amları qəbul etməyərək limanların Ukrayna hərbçiləri tərəfindən minalanmasını təhlükəsizliyə əsas təhdid kimi dəyərləndirir.
Vəziyyətin belə gərginləşməsi fonunda Türkiyənin rolu və vasitəçilik missiyası önə çıxıb. Müharibənin dayandırılmasına, regionda sülhün bərqərar olmasına davamlı səylər göstərən Türkiyə bütün digər məsələlərdə olduğu kimi, Ukraynadan taxılın təhlükəsiz şəkildə daşınması üçün də konkret təkliflər irəli sürür və real vasitəçilik missiyası təklif edir. Bu arada qardaş ölkənin müdafiə naziri Hulusi Akar Ukraynadan taxılın daşınması məsələsində müəyyən irəliləyişlərin olduğunu bəyan edib. O əlavə edib ki, müzakirəsi zəruri olan bir sıra texniki məsələlər hələ də razılaşdırılmamış qalıb. Bu barədə Anadolu Agentliyi məlumat yayıb. Nazirin sözlərinə görə, burada söhbət taxılın daşınacağı dəhlizin hansı şərtlərlə fəaliyyət göstərəcəyindən, limanları minalardan kimin təmizləyəcəyindən gedir. Həmçinin yük gəmilərinin hansı istiqamətə hərəkət edəcəyi də müəyyənləşdirilməlidir. Bütün bu kimi suallara cavab tapılması üçün beynəlxalq birliyin nəzərləri qardaş Türkiyəyə dikilib. İyunun 4-də BMT-nın təmsilçisi bu ölkənin Müdafiə Nazirliyinin nümayəndələri ilə danışıqlar aparıb. Məlumdur ki, indiyədək Türkiyə Rusiya-Ukrayna müharibəsi ilə bağlı müxtəlif məsələlərin müzakirəsi üçün ev sahibliyi edib. Müdafiə naziri Hulusi Akar əlavə edib ki, Ukraynadan taxılın daşınması ilə bağlı müzakirələrin aparılması üçün də Türkiyə maraqlı tərəflərin görüş yeri ola bilər. Prosesin irəlilədiyini deyən nazirin qənaətinə görə, qarşılıqlı inamın, etimadın olmaması dialoqu ləngidir. Belə ki, maraqlı tərəflərdən hər biri müxtəlif məsələlər üzrə qarantiya istəyir.
Ukraynadan taxılın daşınmasında Türkiyənin vasitəçilik missiyasına Rusiya da etiraz etmir. Bundan əvvəl məlumat verildiyi kimi, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun Türkiyədən olan həmkarı ilə telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Ukraynadakı və Suriyadakı vəziyyəti müzakirə ediblər. Nazirlər, həmçinin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi, o cümlədən də Ukrayna ərazisindən taxılın daşınmasının detalları barədə fikir mübadiləsi aparıblar.
Bu arada bəlli olub ki, Türkiyə və müharibə tərəfi olan ölkələr Ukraynadan taxılın ixracını özündə ehtiva edən yol xəritəsi hazırlayıblar. Bundan başqa, İstanbulda məhsulun daşınması üzrə ayrıca bir mərkəzin yaradılması da planlaşdırılır. Yaradılacaq mərkəz Rusiya ilə Ukrayna arasında qarşılıqlı fəaliyyətin ayrı-ayrı məqamlarını tənzimləyəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17

