Baş nazir yeni siyasi imtahan qarşısındadır
07.06.2022 [10:00]
Boris Consona qarşı etimadsızlıq planı
PƏRVİZ
Son dövrlərdə Rusiya-Ukrayna münaqişəsində işlərin Qərbin arzuladığı kimi inkişaf etməməsi göz önündədir. Bu isə anti-Rusiya blokunun ən fəal üzvlərindən sayılan Böyük Britaniya üçün də müəyyən “siyasi problemlər” yaratmaqdadır. Belə ki, bir neçə il öncə Aİ üzvlüyündən çıxaraq Avropanın “siyasi qütb” kimi formalaşması prosesinə zərbə vuran və bununla da ABŞ-ın qlobal liderliyi üçün “yaşıl işıq” yandıran Britaniya krallığının Baş naziri Boris Conson maraqlı siyasi ittihamla üz-üzə qalıb. Krallıq parlamentinin üzvləri Consonu etimad səsverməsinə çıxarmaq üçün kifayət qədər səs toplayıblar. “Bu barədə “Sunday Times” öz mənbələrinə istinadən yazır. Nəşrin məlumatına görə, müvafiq səsvermənin iyunun 8-də keçirilməsi nəzərdə tutulur. Bunun üçün isə səbəb və ya əsas Mühafizəkarlar Partiyasının 54 deputatının sorğu məktubları olub. Hazırda prosesin məxfiliyinin qorunmasına çalışılsa da, artıq 28 deputat Consonu açıq şəkildə könüllü istefaya səsləyib.
Qeyd edək ki, Conson məlum Partygate qalmaqalı səbəbindən ittiham olunur. Baş nazir COVID-19 pandemiyası dövründə alkoqollu ziyafətlər təşkil etməkdə günahlandırılır. Halbuki, həmin dövrdə ölkədə bu cür toplantılar qadağan edilmişdi. Bu yaxınlarda aparılan araşdırma nəticəsində məlum olub ki, Conson əvvəllər bu faktı təkzib etsə də, həmin ziyafətlərdə şəxsən iştirak edib. Məlum hadisə isə Consonun siyasi reytinqinin aşağı düşməsinə səbəb olub - ConservativeHome-un yazdığına görə, o, partiya üzvlərinin “kabinet masası hesabatı”nda sonuncu yeri tutur. Hesabatda bildirilir ki, britaniyalıların onun işindən məmnunluq reytinqi də mənfi 15-ə düşüb.
Conson kabinetinin son davranışları - liberalizm xilas yoludurmu?
Qeyd edək ki, britaniyalı Baş nazirə irəli sürülən məlum ittihamın “üzdə bəhanə fürsəti” anlamı verdiyi ilk baxışdan məlum olur. Yuxarıda adıçəkilən ittihamda vaxtilə Boris Consonla yanaşı bir sıra britaniyalı nazirlər günahlandırılsalar da, hazırda hədəf yalnız baş nazirə fokuslanıb. Bu isə məsələnin heç də üzdə göründüyü kimi olmadığı anlamını verir və siyasi səbəblərini ortaya qoyur. Bu səbəblərdən biri, bəlkə də birincisi son dövrlərdə Rusiyanın Ukrayna ərazisində fəal hərbi əməliyyatlara start verməsi, bunun qarşılığında isə Avropanın prosesə fəal müdaxiləsinin təşkil edilməməsidir. Xatırladaq ki, bir müddət öncə Aİ-nin videokonfransına qatılan Ukrayna prezidenti Volodimir Zelenski də “köhnə qitə”ni qınamışdı. O bildirmişdi ki, Avropa yalnız quru bəyanatlar səsləndirməklə işini bitmiş sayır. Zelenski Rusiya neftindən imtina etməyən Avropa ölkələrini açıq şəkildə hədəfə almışdı. Ukraynanın Aİ üzvlüyü məsələsinin düyünə “salınması”nı da ölkə başçısı Avropanın qeyri-səmimiliyi kimi ifadə etmişdi.
Həqiqətən də, Rusiyanı iqtisadi məngənəyə salmağı nəzərdə tutan 6-cı sanksiya paketinin məlum iflası Moskva üçün stimula çevrilib. “Köhnə qitə”nin prosesi sakit şəkildə izləməsi, üstəlik, Mərkəzi Avropa dövlətlərinin bir sıra şirkətlərinin Rusiyanın tələblərinə boyun əyərək enerji daşıyıcılarını rubl qarşılığında idxal etməsi, hətta Aİ-nin də buna xüsusi razılıq verməsi anti-Rusiya koalisiyasındakı çatdan xəbər verir. Britaniya isə Aİ üzvü olmadığı üçün prosesə təmas etmək qabiliyyətində deyil. Britaniyadakı ABŞ siyasətinin dəstəkçiləri isə gözlənilən təzyiqin sadəcə istənilmədiyi üçün edilmədiyi fikrindədirlər. ABŞ xarici siyasət kursunun əsas müttəfiqi sayılan Britaniyanın prosesdəki zəif iştirakı isə məlum kabinet dəyişikliyi məsələsini zəruri edir ki, indiki halda bunun adı “içki ziyafəti” qoyulub...
Britaniya Uzaq Şərq planından yayınır?
Maraqlıdır ki, Britaniyanın son günlərdə tutduğu mövqedəki anlaşılmazlıq yalnız Rusiya ilə məhdudlaşmır. Belə ki, ABŞ-ın açıq şəkildə Çinə meydan oxuduğu, Yapon dənizinin “təlim poliqonuna” çevrildiyi bir vaxtda Londan sükuta qərq olub. ABŞ prezidenti Co Baydenin məlum Uzaq Şərq səfəri zamanı “AUKUS+3” formatında keçirdiyi görüşlərə, əldə olunan razılaşmalara və ya qurulan yeni koalisiyalara Londonun reaksiyası yoxdur. Bu, rəsmi Vaşinqton üçün mühüm amildir. Üstəlik, Çinə qarşı aparılan “KİRPİ” planında da rəsmi Londan “gözə dəymir”. Tayvan adası ilə bağlı Britaniya parlamentariləri səviyyəsində belə loyal bəyanatlar eşidilmir. Bu isə, başlama ehtimalı günü-gündən böyüyən növbəti qlobal savaşda Britaniyanın tutacağı mövqeni müttəfiqləri üçün anlaşılmaz edir. Əgər II Dünya müharibəsindəki kimi, Britaniya yalnız qalibiyyətə şərik olacaqsa, bu, ABŞ-a və onun müttəfiqləri üçün gərəkli olmaya bilər. Bəzi siyasi mütəxəssislər Britaniyanın əvvəlkinə nisbətən daha liberal xətt seçməsini Avropada irəliləməyə başlayan ərzaq, enerji böhranı kimi problemlərlə əlaqələndirirlər. “Dumanlı Albionun” sis içində gözdən itməyə çalışması isə yaxşı əlamət olmaya bilər. Əks halda bu iddiaların Consonun “impiçmentinin” müzakirəsi üçün fəal arqumentə çevrilməsi qaçılmazdır...
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15

