Rusiya-Yaponiya münasibətlərində gərginlik artır
23.04.2022 [11:49]
Münasibətlərinin kəskinləşməsinin arxasında nə dayanır?
Taleh AĞAVERDİYEV
Yaponiya Xarici İşlər Nazirliyi “Diplomatiyanın mavi kitabı”nda 19 il ərzində ilk dəfə olaraq “şimal ərazilərini” (Cənubi Kuril adalarını) “işğal edilmiş” kimi qeyd edib.
“Mavi kitab” 1957-ci ildən hər il nəşr olunur və yenilənmiş variantı aprelin 22-də Nazirlər Kabinetinin iclasında təqdim olunub. Yaponiya XİN-in hesabatında deyilir ki, “şimal əraziləri Yaponiyanın ayrılmaz hissəsidir, lakin hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunub”. Qurum, həmçinin Rusiyanın Ukraynaya təcavüzünü pisləyib və bildirib ki, bu fonda sülh müqaviləsinin bağlanması ilə bağlı Rusiya ilə danışıqların perspektivlərindən danışmaq çətindir.
Xatırladaq ki, Kuril adalarının Rusiya tərəfindən işğalı ilə bağlı ifadəni “Mavi kitab”a qaytarmaq barədə martın sonunda, Rusiya Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirməkdən imtina etmək qərarına gəldikdən sonra ölkə mediasında məlumat verilmişdi. Tokio ötən əsrin 50-ci illərində SSRİ-yə keçən adaları - Kunaşir, Şikotan, İturup və Habomaini “işğal edilmiş” hesab edir. Yapon diplomatları 2003-cü ilə qədər bu əraziləri rəsmi olaraq “qanunsuz işğal olunmuş”, daha sonra isə 2012-ci ilə qədər “əzəli torpaqlar” adlandırırdılar. Daha sonra rəsmi Tokio bu ərazilərlə bağlı Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür ifadələrdən çəkinməyə başladı.
Beləliklə, Rusiya-Yaponiya münasibətlərində gərginlik artır. Yaponiya Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkələrdən birinə çevrilib. Aprelin 12-də Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib. Məhdudiyyətlər 398 vətəndaş və 28 şirkətə şamil edilib. Yaponiya Qərb düşərgəsinin bir hissəsi və ABŞ-ın yaxın müttəfiqi kimi qəbul edilir. Ona görə də sanksiyalar məsələsində ABŞ və Avropa ölkələri ilə birgə hərəkət edir. Məsələn, aprelin 22-də maliyyə naziri Sunyiti Suzuki Yaponiya və ABŞ-ın digər G7 ölkələri ilə sıx əməkdaşlıq edərək Rusiyaya qarşı birgə sanksiyalar tətbiq etmək siyasətini təsdiqlədiyini açıqladı.
Görünür, Kuril adaları məsələsini aktuallaşdıraraq ABŞ Sakit okeanda Rusiyaya qarşı bir növ “ikinci cəbhə” yaratmağa çalışır və bunun üçün regional lider olan Tokiodan istifadə edir. Yaponiya Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) üzvüdür. Və bu yaxınlarda, yapon mediasının məlumatına görə, ölkə AUKUS müdafiə alyansına (Avstraliya, ABŞ və Böyük Britaniya) qoşulmaq üçün qeyri-rəsmi təklif aldı. Belə bir təəssürat yaranır ki, ABŞ Rusiya və Çinə qarşı bir növ “Şərqi NATO” yaratmağa çalışır. Amma bitərəf mövqeyi ilə seçilən Hindistanı yaponlar razı sala bilmir.
Eyni zamanda, Yaponiya Cənub-Şərqi Asiyanın digər ölkələrinin də Moskvaya qarşı sərt mövqe tutmasını istəyir. Cəmi bir ay əvvəl Hindistan səfərindən yenicə qayıdan Yaponiyanın Baş naziri Fumio Kisida indi yenidən böyük Asiya turnesinə çıxır. Bu dəfə o, İndoneziyaya, oradan da Vyetnama və Taylanda yollanır. Ancaq burada da Rusiyaya qarşı vahid cəbhə yaratmaq asan deyil, çünki Cənub-Şərqi Asiyanın bəzi ölkələri (məsələn, Vyetnam və Laos kimi sosialist ölkələri) ənənəvi olaraq Moskva ilə sıx əlaqələr saxlayır.
Bundan əlavə, Kuril adaları böyük strateji əhəmiyyətə malikdir: onların vasitəsilə Amerika gəmiləri ABŞ-ın qərb sahilinə nüvə zərbəsi endirməyə qadir olan Rusiyanın strateji sualtı qayıqlarının yerləşdiyi Oxot dənizinə sərbəst keçə bilərdi. Adalarda ABŞ hərbi bazalarının yerləşdirilməsi də Rusiyanın cilovlanmasında mühüm rol oynayacaqdı.
Digər tərəfdən, Yaponiya rəhbərliyi həmişə başa düşürdü ki, Rusiya adalardan imtina etməyəcək və danışıqların arxasında əsasən kifayət qədər praqmatik maraqlar dayanırdı - Kuril adalarına mümkün investisiyalar, humanitar əməkdaşlıq imkanları və s. Beləliklə, yaponlar uzunmüddətli perspektivlərə hədəflənmişdi. Görünür, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Yaponiya vəziyyətdən istifadə edib taktikasını dəyişmək qərarına gəlib və indi Kisida hökuməti Rusiyanın qərarını dialoqla deyil, təzyiqlə dəyişməyə çalışır.
Yaponiyanın bu hərəkətləri, gündoğar ölkədə yeni milli təhlükəsizlik strategiyası ilə bağlı (bu ideya martın sonunda Yaponiyanın müdafiə naziri Nobuo Kisi tərəfindən elan edilmişdi) və ABŞ-ın nüvə silahının yerləşdirilməsi perspektivləri (Yaponiyanın keçmiş baş naziri Sindzo Abe) barədə başlayan müzakirələr iki ölkə arasında toqquşmanın getdikcə daha real konturlar aldığı barədə düşüncələrə yol açır.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27

