/ / Milli Məclisin Qırğızıstan-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə Dostluq Qrupunun üzvləri Qırğızıstan səfirliyində olublar
Milli Məclisin Qırğızıstan-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə Dostluq Qrupunun üzvləri Qırğızıstan səfirliyində olublar
19.05.2016 [10:24]
Dünən Qırğızıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ayciqit Baymuxammadoviç Buranovun dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Qırğızıstan-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə Dostluq Qrupunun rəhbəri Musa Urud və qrupun üzvləri Qırğızıstan səfirliyində olublar. Görüşdə Qırğızıstan-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə Dostluq Qrupunun rəhbəri Musa Urud qeyd edib ki, iki ölkə arasında tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətləri mövcuddur. Diqqətə çatdırılıb ki, Qırğızıstanla Azərbaycan arasında münasibətlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq müstəvisində, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Bildirilib ki, iki ölkə arasındakı münasibətlərin mühüm istiqamətlərindən birini mədəni, humanitar əlaqələr təşkil edir. Təsadüfi deyil ki, 2008-ci ildə türk dünyasının böyük mütəfəkkiri, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 80 illik yubileyi ilk dəfə olaraq Azərbaycanda keçirildi və Ç.Aytmatov Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olundu. Bildirilib ki, Qırğızıstanda Heydər Əliyev parkının salınması və Ümummilli lider Heydər Əliyevin heykəlinin qoyulması, eyni zamanda, Gəncədə Çingiz Aytmatovun adına küçə salınması və onun heykəlinin qoyulması məqsədəmüvafiq olar.
Qırğızıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ayciqit Buranov isə deyib ki, Qırğızıstan Azərbaycanla müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafında maraqlıdır. Səfir diqqətə çatdırıb ki, Qırğızıstan ölkəmizlə mövcud iqtisadi münasibətlərin siyasi münasibətlər səviyyəsinə qalxmasını vacib hesab edir. Ayciqit Buranov bildirib ki, mövsümi olsa belə, Bişkek-Bakı aviareysinin açılması münasibətlərin inkişafına təkan verə bilər. Çünki Qırğızıstanda Azərbaycanın çoxsaylı diaspor nümayəndəsi yaşayır və bu ölkədən Azərbaycana gəlmək istəyən turistlərin sayı kifayət qədərdir, eyni zamanda, bu ölkə sərnişinləri Azərbaycandan tranzit məkan kimi istifadə etməklə Avropaya uçuş imkanı əldə etmiş olarlar.
Daha sonra çıxış edən Qırğızıstan-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə Dostluq Qrupunun üzvü Sədaqət Vəliyeva deyib ki, xalqlarımız arasında çoxsaylı bənzərliklər mövcuddur. O diqqətə çatdırıb ki, “mən uşaqkən Çingiz Aytmatovun Azərbaycan yazıçısı olduğunu zənn edirdim, bu gün də onu öz yazıçımız hesab edirəm, çünki qırğızlarla azərbaycanlılar eyni tarixi kökdən gələn xalqlardır”.
Dostluq Qrupunun üzvü Hikmət Babaoğlu isə bildirib ki, xalqlarımız arasında dərin tarixi köklər var. Hər iki xalqın etnogenezisinin formalaşmasında eyniadlı türk tayfaları iştirak ediblər ki, bu da bizim ortaq milli təfəkkürümüzü və mədəniyyətimizi formalaşdıran əsas amillərdən biridir. Hikmət Babaoğlu əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli münasibətlərin inkişafı naminə qətiyyətli addımlar atmaqdadır. Qırğızıstanın Oş vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qırğızıstana 1 milyon manat dəyərində humanitar yardım göndərilməsi bu qəbildən olan nümunələrdəndir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

