ABŞ-da keçirilən konfransda Azərbaycanın strateji əhəmiyyətinə dair müzakirələr aparılıb
15.10.2015 [10:12]
ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində fəaliyyət göstərən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə “ABŞ-ın dünyada rolu” adlı konfransda Azərbaycanın regional və geosiyasi əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb.
Tədbiri açan konqresmen K.Stüart Azərbaycanın Şərqin və Qərbin qovuşuğunda yerləşdiyini bildirib. Ölkəsinin Azərbaycanın strateji əhəmiyyətini daha dərindən anlamalı olduğunu qeyd edən konqresmen Azərbaycanın tarixən dünyanın enerji təchizatında əhəmiyyətli rolunun olduğunu bildirib, hazırda da həmin rolun Avropanın enerji təhlükəsizliyində qabarıq əks olunduğunu vurğulayıb.
Tədbirə əsas çıxışçı qismində qatılan səfir Elin Süleymanov bir çox mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın tarixən tolerant və sülhsevər cəmiyyət olduğunu vurğulayıb, ölkəmizdə demokratik dəyərlərin hələ bir çox qabaqcıl Avropa dövlətlərindən daha əvvəl mövcud olduğunu diqqətə çatdırıb. O, dünyanın bir çox nöqtələrində dözümsüzlüyün cərəyan etdiyi halda, Azərbaycanda bütün xalqların nümayəndələrinin azad və anlaşma şəraitində yaşadığını misal olaraq göstərib. Dünyada baş verən hadisələrin fonunda Azərbaycanda müxtəlif dini qrupların birgəyaşayışının, insanların dini mənsubiyyətinə görə diskriminasiya olunmamasının, habelə bütün qadınların və azlıqların hüquqlarının tam təmin edilməsinin bir çox cəmiyyətlər üçün misal ola biləcəyini söyləyən səfir E.Süleymanov məhz bu yanaşmanın Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını vurğulayıb.
Konqresmen K.Stüartın ölkəmizin strateji əhəmiyyəti barədə fikirlərini bölüşən E.Süleymanov Azərbaycanın aparıcı rolu ilə əhəmiyyətli regional layihələrin həyata keçirildiyini qeyd edib. O, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və “Cənub” qaz dəhlizi kimi regional layihələrin Azərbaycanı bir tərəfdən Avropanın enerji təhlükəsizliyinin təminatçısına, digər tərəfdən isə iqtisadi və logistik mərkəzə çevirməkdə olduğunu söyləyib.
E.Süleymanov çıxışı zamanı regionun üzləşdiyi əsas problemlərə də toxunub, bu sırada Azərbaycan ərazisinin bir hissəsinin hələ də Ermənistanın işğalı altında qalmasını əsas amil kimi göstərib.
Ölkəmizlə ABŞ arasında uzun müddətdir ki, yaxın tərəfdaşlığın olduğunu vurğulayan səfir beynəlxalq terrorizmə qarşı mübarizədə və beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın etibarlı tərəfdaş olduğunu xatırladıb.
Dünyada dəyişən dinamikalardan misallar gətirən səfir regionda qeyri-sabitlik və ekstremizmin artdığını qeyd edib, bu halda ABŞ-ın davamlı və uzunmüddətli strateji yanaşmasını qısamüddətli taktiki addımlardan üstün tutmasının vacibliyini vurğulayıb.
Nüfuzlu ekspertləri bir araya gətirən konfransda, həmçinin Yuta ştatının qubernatoru, ABŞ Qubernatorlarının Milli Assosiasiyasının rəhbəri Qari Herbert, ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru Kevin Sullivan, Kolumbiyanın ABŞ-dakı səfiri Xuan Karlos Pinzon və digər tanınmış simalar iştirak ediblər.
Konfransdan sonra səfir Elin Süleymanovun ştatın qubernatoru Qari Herbert ilə görüşü keçirilib. Görüşdə regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb, ştatla Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin qurulması imkanları müzakirə edilib. Qubernator səfirlə əvvəlki görüşlərini xatırlayaq onun yenidən Yuta ştatına səfər etməsindən məmnunluğunu ifadə edib, bunun münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Həmin gün E.Süleymanov Yuta ştatının yerli senatoru və Senatda azlıq rəhbəri Cin Devis ilə də görüşüb. Görüşdə ştatla ölkəmiz arasında münasibətlərin perspektivlərinin müzakirə olunması ilə yanaşı, regional dinamika barədə söhbət aparılıb. Xatırladaq ki, keçən il məhz senator Cin Devisin təşəbbüsü və səfirliyin nümayəndə heyətinin iştirakı ilə Yuta ştatının Nümayəndələr Palatası və Senatında Azərbaycana həsr edilən tədbir keçirilmişdi.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

