Azərbaycan xarici işlər naziri Nyu-Yorkda ikitərəfli görüşlər keçirib
29.09.2015 [10:16]
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyası çərçivəsində San-Marinonun xarici işlər naziri Paskal Valentini, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa və Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.
San-Marino xarici işlər naziri ilə görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Görüşdə Azərbaycan Respublikası və San-Marino arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması” haqqında Saziş imzalanıb.
Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib. İki ölkə arasında siyasi dialoqun inkişafında Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kanselanın bu ilin sentyabrında Azərbaycana məhsuldar səfəri və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyəti qeyd edilib. Rodolfo Nin Novoa ölkəsinin 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olduğunu qeyd edərək, Azərbaycanın BMT TŞ-də 2012-2013-cü illərdə qeyri-daimi üzvlüyü zamanı əldə etdiyi təcrübəsinin Uraqvay ilə bölüşməsindən məmnunluq duyacaqlarını bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini qeyd edərək, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün xüsusilə enerji və kənd təsərrüfatı sahələrində əlverişli imkanların olduğunu diqqətə çatdırıb. Uruqvaylı həmkarını Azərbaycana səfərə dəvət edən nazir, bunun ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkan ola biləcəyini bildirib. Uruqvaylı nazir dəvəti məmnuniyyətlə qəbul edib. Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşdə də iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə edilib. Albaniyalı nazir ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd edərək, xüsusilə enerji sahəsində strateji əməkdaşlıq üçün əlverişli şəraitin olduğunu bildirib. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

