Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Rusiyanın ATƏT-dəki səlahiyyətli nümayəndəsi: ATƏT-in Daimi Şurasında DTİHB-nin iş metodologiyası barədə ciddi söhbət olacaq

Rusiyanın ATƏT-dəki səlahiyyətli nümayəndəsi: ATƏT-in Daimi Şurasında DTİHB-nin iş metodologiyası barədə ciddi söhbət olacaq

17.09.2015 [10:06]

Cümə axşamı ATƏT-in Daimi Şurasının növbəti iclası keçiriləcək. Rusiyanın bu təşkilatdakı nümayəndə heyəti həmin iclasda Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) iş metodologiyası barədə məsələ qaldırmaq niyyətindədir. RF-nin ATƏT-dəki səlahiyyətli nümayəndəsi Aleksandr Lukaşeviç bu barədə Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsində məlumat verib.
A.Lukaşeviç izahat verərək bildirib ki, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda parlament seçkilərinin monitorinqini keçirməkdən imtina edir. Bu səbəbdən Rusiya ATƏT-in Daimi Şurasının növbəti iclasında həmin qurumun iş metodologiyasını müzakirə etməyə hazırlaşır. Səlahiyyətli nümayəndə vurğulayıb: “Müşahidəçilərin ATƏT tərəfindən təklif olunan sayını artıq hesab edən Azərbaycanın hakimiyyət orqanları bütün müşahidə strukturlarının sorğularını nəzərə alaraq, öz variantını təklif edib”.
A.Lukaşeviç daha sonra deyib: “Lakin DTİHB barışmaz mövqe tutub və yekunda Azərbaycanda seçkilərin monitorinqini ləğv edib. Buna görə də Daimi Şuranın ən yaxın vaxtda keçiriləcək iclasında yəqin ki, ATƏT-in bu təsisatının elektoral sahədə iş metodologiyasına dair ciddi söhbət olacaq”.

Paylaş:
Baxılıb: 1959 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30