Siyasi böhran Ermənistanın gələcəyini sual altına alıb
19.02.2015 [12:35]
Heç bir regional layihədə təmsil olunmayan işğalçı ölkə daxili və xarici siyasət nöqteyi-nəzərindən tamamilə fiaskoya uğrayıb
Məlum olduğu kimi, regional miqyasda baş verən son hadisələr işğalçı Ermənistanın nəinki müstəqil dövlət olmadığını, hətta hazırkı dönəmdə, sadəcə, hərbi baza, yaxud quberniya səciyyəsi daşıdığını bir daha təsdiqlədi. Elə son zamanlar istər erməni ekspertləri, istərsə də işğalçı ölkənin mediası Ermənistanın “forpost” kimi çıxış etdiyini xüsusi olaraq bəyan edirlər. Məsələn, “Armenia Today” yazır ki, Ermənistan beynəlxalq dəstəkdən məhrum olub. Bunun səbəbi isə xarici siyasətin əhəmiyyətsiz ambisiyalar üzərində qurulmasıdır: “Daxili müstəvidə repressiyaya əsaslanan, xarici platformada isə müstəqil olmayan və müəyyən qüvvələrin dağıdıcı maraqlarına xidmət edən siyasətin həyata keçirildiyi dövlətlə, əlbəttə ki, heç bir ölkə sıx əlaqə qurmaq istəməz”.
Məqalədə o da qeyd edilir ki, Ermənistanın beynəlxalq miqyasda mövqeyi olmadığından bu ölkənin heç bir prosesə təsir imkanı yoxdur. Diqqətə çatdırılıb ki, Ermənistanın, ümumiyyətlə, məsələlərə hər hansı strateji yanaşması yoxdur.
Dolayısıyla, görünən odur ki, işğalçı siyasəti ucbatından regional layihələrdə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb. Bunun nəticəsidir ki, beynəlxalq mətbuat da Ermənistanın xarici siyasətinin tam bir iflas nümunəsi olduğunu qeyd edir, hətta bu ölkənin işğalçı siyasətini davam etdirməsini regional təhlükəsizliyə qarşı yönəlmiş hal kimi xarakterizə edir. Yeri gəlmişkən, ABŞ-ın nüfuzlu “The Hill” qəzetində dərc edilmiş məqalədə qeyd edilir ki, Ermənistan təbliğatdan geniş istifadə edərək bu ölkə tərəfindən Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətlərə bəraət qazandırmağa çalışır: “Əgər erməni lobbisinin nağıllarına inansaq, onda Azərbaycan “dəhşətli ölkədir”, Ermənistan isə “azad və cəsur insanların, ümidlər və demokratiya ölkəsidir”. Ermənistanın mənəviyyat və etika ilə bağlı problemləri mövcuddur ki, bu da onu beynəlxalq hüquq və insan haqları məsələlərinin müzakirəsi zamanı Azərbaycanın timsalında qonşu ölkələri hədələməyə məcbur edir”.
Məqalə müəllifi diqqətə çatdırıb ki, Ermənistan Azərbaycana hərbi təcavüz edib, bütün döyüşlər Azərbaycanın ərazisində aparılıb, ölkə ərazisinin bir hissəsi Ermənistanın işğalı altında qalmaqdadır. Bundan əlavə, 250 min azərbaycanlı Ermənistanda etnik təmizləməyə məruz qalıb: “Ermənistan bütün postsovet tarixində ən böyük insan hüquqları pozuntusunu - Xocalıda bir gecədə 600-dən çox azərbaycanlı, kürd və Məshəti türkünü vəhşicəsinə qətlə yetirməklə hərbi cinayət törədib. Bu cinayətdə iştirak edən şəxslər isə bu gün Ermənistanda prezident və müdafiə naziri vəzifələrini tuturlar”.
Məqalədə vurğulanır ki, əsl təcavüzkarın Ermənistan olmasına baxmayaraq, bu ölkəyə müstəqillik illərində ABŞ tərəfindən 3 milyard dollar dəyərində yardım göstərilib: “Təcavüzün qurbanı olan Azərbaycana isə yardımlar iki dəfə azdır. Bununla kifayətlənməyən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunun qızıl mədənlərində olduğu kimi, Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar edir”.
Müəllif sonda yazır ki, Ermənistan regionda sülhün bərqərar olması, həmçinin bir çox insanın pozulmuş hüquqlarının təmin olunması üçün öz qoşunlarını Azərbaycandan çıxarmalıdır.
Əlbəttə, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın dərinləşməsini şərtləndirir. Sirr deyil ki, işğalçı siyasət həyata keçirən, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan ciddi siyasi, iqtisadi və demoqrafik böhranla qarşı-qarşıyadır. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkədə sosial inqilab çağırışlarının aktuallaşdığını bildirirlər. Ermənistanın sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması nəticəsində yaranan problemlər hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradır. Bütün bunları nəzərə alan bir çox ekspertlərin qənaətinə görə, müstəqil siyasət yeritməyən Ermənistanın gələcəyi sual altındadır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

