“Haaretz” qəzeti: Ermənilər Azərbaycanın Xocalı şəhərində kütləvi etnik qırğınlar törədiblər
13.11.2014 [09:55]
İsrailin tanınmış “Haaretz” qəzetində dərc olunmuş “Azərbaycan İsrail üçün çox vacib ölkədir” sərlövhəli məqalədə ölkələrimiz arasında ikitərəfli əlaqələrlə yanaşı, ermənilərin zamanla azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarından, etnik təmizləmə siyasətindən də bəhs edilib.
AzərTAc xəbər verir ki, məqalənin müəllifləri - Hayfa Universitetinin Cənubi Qafqaz üzrə aparıcı mütəxəssisləri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut və israilli tarixçi Emil Abramov erməni daşnaklarının hələ 1918-ci ilin mart ayında Bakıda dinc azərbaycanlılara qarşı soyqırımı törətdiklərini qeyd ediblər. Bildiriblər ki, 20 il bundan əvvəl Dağlıq Qarabağda məhz ermənilər tərəfindən etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq azərbaycanlı min illərlə yaşadıqları torpaqlarından qovulub və didərgin düşüb.
Məqalədə oxucuların diqqəti xüsusilə Xocalı soyqırımına cəlb edilib. Bildirilib ki, Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 günahsız insan qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 dinc sakin-qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar. Mindən artıq yerli sakin girov götürülüb, daha 150 nəfərin taleyi indiyədək məlum deyil.
Məqalədə Ermənistanda yaşamış yüz minlərlə azərbaycanlının da öz dədə-baba torpaqlarından didərgin salındıqları diqqətə çatdırılıb.
Müəlliflər bildiriblər ki, 22 il ərzində Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır, eyni zamanda, ölkə rəhbərliyi vətəndaşların ümumi rifahını yaxşılaşdırmaq məqsədilə lazım olan bütün tədbirləri görür. Ermənistan isə Azərbaycan ərazisinin 20 faizini işğal etdiyinə görə Cənubi Qafqaz regionunda təcrid olunmuş vəziyyətdədir, həyata keçirilən layihələrdən tamamilə kənarda qalıb.
Qeyd edilib ki, bu gün Azərbaycanda neft, qaz, kənd təsərrüfatı, müdafiə, turizm, tibb sahələrində onlarla xarici, o cümlədən İsrail şirkətlərinin sabit və rahat çalışması üçün hər cür şərait var. Ermənistanda isə xarici investisiyaların yatırımı demək olar ki, yoxdur. Yoxsulluq səbəbindən Ermənistan əhalisi ölkəni tərk edib xaricə qaçır.
Məqalədə azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmalarının, münaqişə ilə bağlı hazırkı status-kvonun dəyişdirilməsinin zəruriliyi vurğulanır.
Müəlliflər Azərbaycanda heç zaman antisemitizmin olmadığını, iki il əvvəl Bakıda Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzinin inşa edildiyini diqqətə çatdırıblar. Yazıda Azərbaycanda multikulturalizmin həyat tərzi olduğu, dini etiqad azadlığının tam sərbəst həyata keçirildiyi vurğulanır. Müəlliflər yazırlar: “Azərbaycanda yaşayan 20 min yəhudi fəxr edir ki, onlar müstəqil Azərbaycanın vətəndaşlarıdır. Maraqlıdır bu gün Ermənistanda nə qədər yəhudi yaşayır?”.
Məqalədə, həmçinin Azərbaycanın İsrailin Cənubi Qafqaz regionunda mühüm tərəfdaşı, bu ölkənin əsas neft və qaz təchizatçılarından biri olduğu qeyd edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54

