Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan Mədəniyyəti Günləri başlayıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan Mədəniyyəti Günləri başlayıb

30.09.2014 [09:26]

Sentyabrın 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Afinada Azərbaycan Mədəniyyət Günləri çərçivəsində Yunanıstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Dora Bakoyannis, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb və birgə nahar edib.
Axşam beş min tamaşaçı tutumu olan Afinanın qədim məkanlarından biri - “İrodio” Teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanıstandakı səfirliyinin və Yunanıstanın Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə xeyriyyə konserti keçirilib.
Konsertdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstanın ictimai-siyasi və mədəni dairələrinin nüfuzlu şəxsləri, Afina sakinləri və turistlər iştirak ediblər.
Tədbirin aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, beynəlxalq aləmdə böyük nüfuza malik olan Fond dünyanın bir çox ölkələrində müxtəlif sahələrlə bağlı layihələr həyata keçirir. Mədəniyyət bu layihələr arasında xüsusi yer tutur. Qeyd olunub ki, tədbirin məqsədi Yunanıstanda təhsilə dəstək layihəsinə yardım xarakteri daşıyır. Sonra çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, mədəni əməkdaşlığın bu əlaqələrdə xüsusi yer tutduğunu qeyd edib. Səfir Yunanıstanda ölkəmizlə bağlı dolğun məlumatın olduğunu deyərək bu tədbirin də Azərbaycanı daha yaxşı tanıtmaqda mühüm rol oynayacağını vurğulayıb, bu işə verdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Çıxışlardan sonra konsert olub. Afina tamaşaçılarının qarşısına Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxıblar.
Konsert ölkəmizin həm milli dəyərlərə, həm də müasir meyillərə eyni dərəcədə hörmətlə yanaşdığını nümayiş etdirib. Tamaşaçılar isə bu vəhdəti milli musiqimizin maraqlı interpretasiyalarında hiss ediblər.
Konsertdə Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm hissəsini təşkil edən, xalqımızın mədəni ənənələrində və tarixində dərin köklərə malik olan muğam da səslənib.
Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilən bu konsertdə dinləyicilərə heyranedici sənət nümunələri təqdim olunub.

Paylaş:
Baxılıb: 1710 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30