Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Azərbaycanın və Moldovanın gənclər təşkilatları arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanın və Moldovanın gənclər təşkilatları arasında əməkdaşlığın inkişafı müzakirə olunub

20.08.2014 [09:40]

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə ölkəmizdə səfərdə olan Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ARGTMŞ-dan bildiriblər ki, görüşdə Ş.Seyidzadə Şuranın fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. O, qurumun “3G” strategiyası və gənclər təşkilatları institutunun gücləndirilməsi, onların yerli və beynəlxalq səviyyədə əməkdaşlığının təmin olunması və gənclər siyasətinə dəstək istiqamətləri üzrə görülən işlərdən danışıb.
Söhbət zamanı iki ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunulub. Moldovanın Gənclər Təşkilatları Milli Şurası ilə sıx əlaqələrin mövcud olduğunu vurğulayan Ş.Seyidzadə artıq qarşılıqlı səfərlərin həyata keçirildiyini və birgə fəaliyyətlərin planlaşdırıldığını bildirib.
Nazir O.Bodiştyanu əlaqələrin inkişaf etdirilməsi, ölkələrimizin gəncləri arasında təcrübə mübadiləsinin aparılması məqsədilə ARGTMŞ sədrini Moldovaya dəvət edib.

Paylaş:
Baxılıb: 1724 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30