Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İtaliyanın “Globalist” xəbər portalında Prezident İlham Əliyevin AŞPA-nın sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilib

İtaliyanın “Globalist” xəbər portalında Prezident İlham Əliyevin AŞPA-nın sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilib

08.07.2014 [12:34]

İtaliyanın “Globalist” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı nitqi ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, ölkəmizdə son illərdə həyata keçirilən islahatlar, mətbuat azadlığı, insan haqları, respublikamızda mövcud tolerantlıq mühiti kimi məsələlərlə bağlı səsləndirdiyi fikirlər əksini tapıb.
Yazıda dövlətimizin başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair fikirləri də yer alıb: “Üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Bu, dondurulmuş münaqişədir. Lakin bu münaqişə əslində donmuş hesab edilə bilməz. O, dondurula bilməz, çünki münaqişə öz həllini tapmalıdır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə iki yüz ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib. Biz erməni silahlıları, erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. Bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon iyirmi ildən artıqdır ki, işğal altındadır. Bu, çox böyük ədalətsizlikdir”.
Məqalədə, həmçinin Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi layihələrdən bəhs edilir. Qeyd olunur ki, Fondun dəstəyi ilə Müqəddəs Roma katakombalarının bərpası və digər layihələr qurumun dünya mədəni irsinə töhfəsinin bariz nümunəsidir.

Paylaş:
Baxılıb: 1901 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30