“The Business Year” jurnalında “Bakıda Dünya İqtisadi Forumu” sərlövhəli məqalə dərc olunub
24.04.2013 [15:42]
Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda aprelin 7-8-də Bakıda keçirilən Dünya İqtisadi Forumu barədə məqalə dərc edib. AzərTAc məqalənin xülasəsini təqdim edir.
“Bakıda Dünya İqtisadi Forumu” sərlövhəli məqalədə deyilir ki, tədbir iqtisadi inteqrasiya barədə müzakirələr aparmaq üçün dünyanın nüfuzlu iqtisadçılarını bir araya gətirib və yeni “İpək Yolu”nun əhəmiyyətini bir daha beynəlxalq aləmə çatdırıb.
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvabın fikrincə Forumun Bakıda keçirilməsi mühüm bir addımdır. O, deyib ki, Azərbaycan müxtəlif yollarla regionun geniş imkanlarını təmsil edən kiçik bir dünyadır. Təbii resurs potensialından düzgün istifadə sayəsində son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri əldə edilib. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılıb.
Tədbirdə çıxış edən dövlət və özəl sektorun nümayəndələri də regionun iqtisadiyyatı ilə bağlı oxşar fikirlər səsləndiriblər. Bildirilib ki, son səkkiz il ərzində Azərbaycanın təbii qaz istehsalı 200 faiz artıb.
Məqalədə deyilir ki, tədbirdə 4 əsas məsələ müzakirə olunub: enerji və təbii ehtiyatlar, sahibkarlıq və insan kapitalı, maliyyələşmə və uzunmüddətli sərmayələr, ticarət və təchizat vəsiləsi.
Klaus Şvabın fikrincə Forumun məqsədi uzunmüddətli təşəbbüslərə start vermək və bununla da regiondan və region xaricindən olan aparıcı şəxsləri regional inteqrasiya prosesinə cəlb etməkdir.
Müzakirələrdə Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) kimi vacib layihələrə də toxunulub. 2013-2014-cü illərdə çəkilişinə başlanılacaq TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından təbii qazın Türkiyə ərazisindən Avropaya ötürülməsini nəzərdə tutur. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız “The Business Year” jurnalına müsahibəsində deyib: “Mən düşünürəm ki, TANAP bu gün bizim bu Forumda müzakirə etdiyimiz məsələlər içərisində ən realıdır. Bir layihə olaraq TANAP bizim bu gün burada müzakirə etdiyimiz regional inteqrasiya məsələlərinin bariz sübutudur”.
Müzakirə olunan digər məsələlər isə idarəçilik, sabitlik və proqnozlaşdırma məsələləri idi. Bu mövzularla bağlı Azərbaycan bp kimi əsas sərmayədarlardan yüksək qiymət alıb. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “Azərbaycan heç vaxt bp ilə bağladığı müqavilələrə dəyişiklik etməmişdir. Sərmayədarların ehtiyac duyduğu sabitlik məhz budur”.
York Hersoqu, şahzadə Endryu Forumdakı çıxışında deyib: “İnsan kapitalının inkişaf etdirilməsi ilə bağlı məsələlərdə sahibkarlığın keçmiş sovet ölkələrinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidində oynadığı rola Forumda böyük diqqət yetirilmişdir. Sahibkarlıq bu regionun gələcəyinin əsasını təşkil edir”.
Forumun əsas müzakirə mövzularından biri də Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyi iqtisadiyyatın şaxələndirilməsi məsələsi olub.
Prezident İlham Əliyev deyib: “Bizim iqtisadi inkişafımız enerji sektoru ilə başlamışdır və bu sektor hələ də xarici sərmayələr üçün cəlbedici sahə kimi qalır. Lakin hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunu etmək üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik”.
Daha əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunun 7 iclasında iştirak edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatının şaxələndirilməsində Forumun rolunu xüsusi qeyd edərək deyib: “Dünya İqtisadi Forumu sayəsində açılan imkanlar Azərbaycanı keçmişdə ümumiyyətlə tanımayan dünya şirkətləri ilə münasibətlərin qurulmasını mümkün edir”.
Məqalədə deyilir ki, iki gün davam edən tədbir Forumun 18 ay ərzində reallaşacaq təşəbbüsünə -mümkün iqtisadi və geosiyasi vəziyyətlər arasında dialoq yaratmaqla 2030-cu ilə qədər Cənubi Qafqazın və Mərkəzi Asiyanın regional inteqrasiya məsələlərinin başlanğıcına da start verib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

