Polşanın qədim paytaxtı Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsi açılıb
24.04.2013 [15:42]
Dünən Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Polşanın qədim Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılış mərasimi keçirilib.
Abidə iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilib.
“Dostluq” abidəsi üz-üzə dayanmış palıd yarpağı formasındadır. İç tərəfdən üzərində Azərbaycanın və Polşanın xəritəsi əks olunub. Bürünc materialda, parlaq rənglərdə verilmiş yarpağın bir tərəfində Ulu öndər Heydər Əliyevin Polşa haqqında, digər tərəfdə isə Roma Papası II İohann Pavelin Azərbaycan haqqında söylədikləri fikirlər yer alıb.
Müəllifləri Xalq rəssamı Salxab Məmmədov və Əməkdar rəssam Əli İbadullayev olan abidənin hündürlüyü 3,5, eni isə 1,7 metrdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbir Azərbaycan və Polşanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Polşanın Qniezno şəhər merinin beynəlxalq əlaqələr üzrə müşaviri Eji Staxovyak abidənin açılmasını əlamətdar hadisə adlandırıb. Vurğulayıb ki, Polşanın qədim paytaxtı olan bu şəhərə çox sayda turist gəlir və onlar da iki ölkə arasındakı münasibətlərin tarixindən ətraflı məlumat əldə edə biləcəklər.
Qniezno şəhərin meri Yasek Kovalski iki ölkə arasında bütün sahələrdə uğurla inkişaf edən münasibətlərdən danışıb. “Bu gün Qniezno şəhərinin həyatında tarixi gündür”, - deyən Yasek Kovalski Polşada doğulmuş Roma Papası II Iohan Pavelin Azərbaycana səfərini xatırladıb və Ulu öndər Heydər Əliyevin dəstəyi sayəsində Bakıda katolik kilsəsinin inşa edildiyini deyib.
“İki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilmiş abidənin Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmasının xüsusi mənası vardır”, - deyən Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Polşa XX əsrin sonunda Azərbaycanı ilk müstəqil dövlət kimi tanıyan ölkələr sırasındadır.
Nazir müavini deyib ki, Prezident İlham Əliyev də Azərbaycan-Polşa münasibətlərinin inkişafına mühüm töhfələr verib. Qeyd edib ki, abidə ölkələr arasındakı münasibətlərin yüksək səviyyədə olmasını nümayiş etdirir.
Ə.Vəliyev bildirib ki, XIX əsrin sonu XX əsrin əvvəllərində polyak memarlarının müəllifi olduqları binalar indi də respublikamıza xüsusi gözəllik verir.
Nazir müavini bu tarixi və əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb.
Polşanın mədəniyyət və milli irs nazirinin müavini Yatsex Olbrat qeyd edib ki, bu abidənin ucaldılması yalnız Qniezno şəhərinin deyil, ümumilikdə Polşanın ictimai-siyasi və mədəni həyatında tarixi əhəmiyyət daşıyır.
Yatsex Olbrat deyib ki, Azərbaycan Polşa üçün olduqca vacib və dost ölkədir.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iki ölkə arasında münasibətlərin tarixin müxtəlif dövrlərindəki səviyyəsindən danışıb. Bildirib ki, hazırda iki xalq və dövlət arasındakı bu əlaqələr uğurla inkişaf etməkdədir.
Sonra abidənin açılışı olub, önünə gül dəstələri qoyulub.
Qniezno şəhərində ölkəmizlə bağlı daha bir tədbir isə “Dostluq” abidəsinin tikintisinə həsr olunmuş sərgi və “Azərbaycan” zanbaq gülünün təqdimatı olub.
Bildirilib ki, hollandiyalı Jan Liqthart 35 ildir ki, zanbaq güllərinin yetişdirilməsi ilə məşğuldur. Yetişdirdiyi növbəti gülə isə o, “Azərbaycan” adını verib. Ölkəmizin adını verməsini isə Jan Liqthart belə əsaslandırır: “Azərbaycan iqtisadi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Bu cür ölkəyə isə mütləq nə isə həsr etmək lazımdır. Mən də yeni yetişdirdiyim zanbaq gülünü Azərbaycana həsr etdim. Zanbaq gülünün vətəni sizin regiondur. Bu addımımla istəyirəm ki, sizin regiondan bura gətirilən zanbaq gülləri yeni bir növlə vətəninə qayıtsın. Daha əvvəl mən dünya şöhrətli siyasətçi Heydər Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da adına zanbaq gülləri yetişdirmişəm”.
Tədbirdə Azərbaycanın Polşadakı səfirliyinin hazırladığı və polyak dilinə tərcümə olunmuş Azərbaycanla bağlı kitablar da təqdim olunub.
Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə maraqlı konsert proqramı təqdim edilib. Əməkdar artist Təyyar Bayramov (xanəndə), Arzu Əliyeva (xanəndə), Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança) ibarət musiqiçilərimizin xalq mahnıları, təsniflər, muğamlardan ibarət ifaları alqışlarla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13

