Türkiyə Suriya ilə siyasi əlaqələri bərpa edir?
03.07.2024 [10:50]
Vüqar Zifəroğlu: Üçüncü qüvvələr bu ölkələrin yaxınlaşmasına mane olmağa çalışırlar
N. BAYRAMLI
Türkiyə regionda, o cümlədən Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün mühüm təşəbbüslərlə çıxış edir. Uzun illərdir ki, Suriya böhranı da region üçün təhdid olduğundan rəsmi Ankara bu problemin tezliklə həllinin tərəfdarıdır. Suriyada qeyri-sabitlik, eləcə də PKK/YPG terrorçularının mövcudluğu Türkiyənin təhlükəsizliyi üçün problem olaraq qalır. Ona görə də, Ankara davamlı olaraq İraqla yanaşı, Suriya ərazisində də antiterror tədbirləri həyata keçirir. Bunun nəticəsində də xeyli sayda terrorçu zərərsizləşdirilib.
Bununla belə rəsmi Ankara problemin tezliklə həll olunmasına səy göstərir. Belə bir şəraitdə iki ölkə arasında münasibətlərdə müsbət dəyişikliklərin baş verməsi zərurəti yaranıb. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Dəməşq arasında siyasi əlaqələrin bərpasını istisna etməyib. Bugünlərdə Türkiyə lideri jurnalistlərə açıqlamasında iki qonşu ölkə arasında dialoqun bərpasının qarşısında heç bir maneənin olmadığını bildirib: “Əlaqələrin qurulması üçün (Suriya ilə - red.) hər hansı bir məhdudiyyət yoxdur. Biz keçmişdə olduğu kimi, birgə hərəkət etməyə, əlaqələri inkişaf etdirməyə hazırıq. Türkiyə Suriyanın daxili işlərinə müdaxilə etmək niyyətində deyil. Bu cür məqsəd heç vaxt qoyulmayıb”. Ərdoğan Suriya xalqını qardaş xalq adlandırıb, Türkiyə ilə Suriya arasında münasibətlərin keçmişdə fəal şəkildə inkişaf etdiyini, iki ölkə liderlərinin isə ikitərəfli görüşlər keçirdiklərini xatırladıb. “Bildiyiniz kimi, keçmişdə biz ailə üzvlərimizin iştirakı ilə cənab Əsədlə danışıqlar aparmışıq. Yəni, dialoqdan qəti şəkildə imtina etmək düzgün deyil, təmaslar mümkündür”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Yeri gəlmişkən, İraqın paytaxtı Bağdad şəhərində Türkiyə və Suriya nümayəndələri arasında görüşün keçiriləcəyi barədə məlumatlar var.
“TGRT Haber”in yaydığı məlumatda bildirilir ki, tərəflər münasibətlərin normallaşmasını müzakirə edəcəklər. Görüşün dəqiq tarixi hələ açıqlanmayıb.
Bundan əlavə, Türkiyə ilə Suriya arasında terrorçuluğa qarşı birgə əməkdaşlığın güclənməsi də gözlənilir. Birgə əməkdaşlıq çərçivəsində yeni addımların atılması nəzərdə tutulur. Bir sıra ekspertlər hesab edirlər ki, Türkiyə və Suriya arasında artan əməkdaşlıq ABŞ-nin regiondakı təsir imkanlarını zəiflədəcək. Belə bir şəraitdə üçüncü qüvvələr Türkiyə və Suriya arasında yaxınlaşmanın qarşısını almağa çalışır. Bəzi təxribatların törədilməsi də bunun göstəricisidir. Bugünlərdə Kayseri bölgəsində Suriya əsilli bir şəxsin 7 yaşındakı uşağı cinsi istismara məruz qoymasının da belə məqsədli təxribatlardan olduğu bildirilir. Bu hadisədən sonra Türkiyənin bəzi bölgələrində suriyalılara qarşı etirazlar keçirilib. Belə ki, iki gün öncə Hatay, Qaziantep, Adana və Bursa vilayətlərində bir qrup vətəndaş suriyalılara hücum edib. Aksiya iştirakçıları Türkiyədə məskunlaşan suriyalılar əleyhinə şüarlar səsləndirib, onlardan ölkəni tərk etməyi tələb ediblər.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verən Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, Kayseridə baş verən məlum hadisələrdən sonra, Suriyada Türkiyə Silahlı Qüvvələrinin olduğu ərazilərdə də ciddi ixtişaşlar yaranmaqdadır. Belə ki, müxaliflərin nəzarətində olan Şimali Suriya ərazisində türk bayraqları endirilir, cırılır, yandırılır, Türk dövlət nişanlı avtomobillərə, dövlət idarələrində çalışan əməkdaşlara hücumlar edilir, türk ordusu mənsublarına qarşı provokativ addımlar atılır. Baş verənlərin miqyası, mütəşəkkilliyi onu deməyə əsas verir ki, olanlar düşünülüb və əvvəldən planlaşdırılıb, Kayseri olayları isə sadəcə bəhanədir.
Onun sözlərinə görə, iğtişaşların hansı proseslərin fonunda baş verdiyinə diqqət edərkən arxasında hansı qüvvələrin durduğunu da aydın gormək olar: “Son dövrlərdə Türkiyə ilə Əsəd arasında buzların əriməsi prosesi və proses çərçivəsində Rusiya ilə razılaşmalar və yaxınlaşmalar baş verirdi. Eyni zamanda qeyri-rəsmi məlumatlara gorə, Türkiyə-Suriya (Əsəd) münasibətlərinin normallaşması məqsədi ilə yaxın vaxtlarda Bağdadda görüş nəzərdə tutulurdu. Ba? verən hadisələr isə bu prosesləri ertələyə, hətta ciddi əngəl yarada bilər. Nəzərə almaq lazımdır ki, həmin əraziləri Türkiyə Silahlı Qüvvələrinin yardımı ilə nəzarətdə saxlayan və Əsəd rejiminə müxalif olan Azad Suriya Ordusudur. Bu həmin Azad Suriya Ordusudur ki, ABŞ tərəfindən tam dəstəklənir və mümkün Ankara-Dəməşq dialoqunun qurulması, hələ bu həm də Rusiyanın müəyyən vasitəçiliyi ilə edilirsə, nə Vaşinqtonun, nə də dəstəklədiyi qüvvələrin maraqlarına cavab verir. Yəni yaşananlar, həm də Ankaraya bir təzyiqdir”.
Ekspert hesab edir ki, baş verən hadisələr Türkiyə ordusu tərəfindən son günlərdə İraqın şimalında ciddi zərbələr alan PKK və ona yaxın olan bölücü kürd terror qruplaşmalarının (Suriya - YPG, İran - PJAK) da marağındadır. Belə ki, Türkiyənin Suriyanın şimalından çıxması adları qeyd olunan bölücü terror qruplaşmalarına həmin ərazilərə sızmaq üçün münbit zəmin hazırlaya, eyni zamanda türk silahlı qüvvələrinin qonşu İraqın şimalında apardıqları əməliyyatların effektliyini azalda bilər.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17

