Bağ evləri bahalaşır...
06.03.2024 [10:50]
Əmlak bazarında nə baş verir?
Son zamanlar bağ evlərinin kirayə və satış qiymətlərində kəskin artım müşahidə olunmaqdadır. Belə ki, evlərin kirayəsi ilə bağlı məlumat dərc olunan əmlak saytlarında da qiymətlərin hədsiz baha olduğu nəzərə çarpır. Daha bir maraqlı məqam oradadır ki, bağ evlərinin kirayəsi üçün bron ödənişlər indidən tələb olunur. Bu barədə sosial şəbəkələrdə bir sıra müzakirələr aparılmaqdadır. Deyilənə görə, maklerlər müştərilərə təklif edir ki, yayda qiymətlər baha olacağından evləri indidən bron etsinlər. Belə olduqda bağ evlərində istirahət etmək istəyən şəxslər əvvəlcədən 5-6 aylıq ödəniş etməli olurlar.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən əmlakçı Bəxtiyar Həsənov bildirib ki, bağ evlərinin kirayəsi ilə bağlı ödənişlərin 5-6 ay əvvəlcədən tələb olunması həqiqəti əks etdirmir: “Digər aylarla müqayisədə yay aylarında bağ evlərinin istər satış, istər kirayə qiymətləri ilə bağlı cüzi fərqlər ola bilər. Bu da başa düşüləndir. Açığını desək, ölkəmizə gələn turistlər bağ evlərinə bir o qədər də üstünlük vermirlər. Bağ evlərinə yalnız ya rayonlardan paytaxtımıza üz tutanlar, ya da Bakıda bina evlərində yaşayanlar daha çox maraq göstərirlər. Bu halda tələbat aşağı olduğu üçün qiymət fərqləri də o dərəcədə hiss olunmur”.
Ekspert qeyd edib ki, xaricdən gələn turistlər daha çox bahalı bina evlərini kirayə götürürlər. Həmin bina evlərinin də qiyməti şəraitindən asılı olaraq dəyişir: “Bu cür evlərin günü 150-250 manatdan başlayan qiymətlərlə təklif edilir. Hovuzu olan evlər xüsusilə baha olur. Belə evlərə maraq göstərənlər isə əsasən, ərəblərdir”.
Öz vətəndaşlarımızla bağlı problemin yaşanmadığını deyən B.Həsənov bildirib ki, hər büdcəyə uyğun evlər var: “Özümüzünkülər elə də baha evlərə üstünlük vermirlər. Günlüyü 100 manata qədər olan evlər daha çox kirayəyə götürülür. Gün sayı çox olanda qiymətdə endirimlər edirik. Qiyməti aşağı olan evlər o demək deyil ki, pisdir. Sadəcə olaraq, bəzi şəraitinə görə bir-birindən fərqlənir”.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40

