BMT-nin Baş katibi Kipr probleminin həllinə dair yeni görüşün keçiriləcəyini açıqlayıb
30.07.2026 [20:20]
Antonio Quterreş Kiprə ilk səfərindən sonra adanın hər iki icmasının liderlərinin, həmçinin qarant ölkələrin və BMT nümayəndələrinin iştirakı ilə nizamlanma üzrə yeni görüşün keçiriləcəyini elan edib.
AZƏRTAC-ın BMT-nin məlumatına istinadla xəbər verir ki, Nikosiyada jurnalistlərə verdiyi müsahibədə dünya təşkilatının rəhbəri son illərdə Cenevrə, Krans-Montana, Berlin və Nyu-Yorkda danışıqlar aparıldığını xatırladıb.
“Bu kontekstdə Kipr xalqının həll yolu tapmaq səyləri ilə tam həmrəyliyimi ifadə etmək üçün Kiprə gəlmək mənim vəzifəm idi”, - deyə Baş katib bildirib.
Quterreşin sözlərinə görə, tərəflər arasında etimadın bərpası üçün bütün səyləri göstərməyin vaxtı gəlib çatıb. O, ada əhalisinin gündəlik həyatını yaxşılaşdıra biləcək etimad quruculuğu tədbirlərinin hazırlanmasının və həyata keçirilməsinin vacibliyini vurğulayıb, iki lideri bu istiqamətdə səyləri artırmağa çağırıb.
Baş katib qeyd edib ki, onun şəxsi elçisi Maria Anxela Olqin həm BMT-nin əvvəlki səylərinə, həm də Kipr xalqının özü ilə qarşılıqlı əlaqələrə əsaslanaraq, tərəflərlə əlaqə saxlamağa davam edir.
Baş katib səfəri zamanı adadakı müxtəlif icmaların nümayəndələri ilə də görüşüb.
“Onların mesajı aydın idi. Onlar irəliləyiş istəyirlər. Onlar liderlərinin güzəştə getməyə və Kipr məsələsinin həlli üçün son addımı atmağa hazır olduqlarını görmək istəyirlər. Onlar bu adada bölünmə ilə deyil, əməkdaşlıq, fürsət və sülhlə müəyyən edilən bir gələcək istəyirlər”, - deyə o bildirib.
Quterreş bildirib ki, hər iki liderlə həm ayrı-ayrılıqda, həm də birgə keçirdiyi səmimi və konstruktiv görüşlər zamanı məhz bu ab-hava hakim olub. BMT-nin rəhbəri əlavə edib ki, Kipr türklərinin lideri Tufan Erhürman və Kipr yunanlarının lideri Nikos Xristodulides onun şəxsi elçisi ilə işləməyə davam etməyə hazır olduqlarını təsdiqləyiblər.
Müzakirələrdən sonra Baş katib “5+1” formatında yeni görüşü təşkil etmək qərarına gəlib. Bu görüşdə Kiprin yunan türk icmalarının, üç qarant ölkənin (Yunanıstan, Türkiyə və Birləşmiş Krallıq), eləcə də BMT-nin nümayəndələri iştirak edirlər. Lakin Quterreş qarşıdakı danışıqların yalnız diqqətli hazırlıqdan sonra baş tutacağını vurğulayıb.
“Nəticəsiz yeni “5+1” görüşü keçirmək istəmirəm. Bu görüşün uğurlu olmasını və nizamlanmaya yol açmasını istəyirəm”, - deyə o, jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Baş katibin sözlərinə görə, görüşün vaxtı hələ müəyyən edilməyib. O qeyd edib ki, beynəlxalq ictimaiyyət də nizamlama prosesini dəstəkləməyə davam etməlidir.
“Birləşmiş Millətlər Təşkilatı sülhü zorla qəbul etdirə bilməz. Amma tamamilə aydın ifadə edim: BMT ada və bütün region üçün bu həlledici məqamda Kipr xalqını dəstəkləməyə tam sadiqdir”, - deyə Antonio Quterreş vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57

