Məktəblilər arasında artan zorakılıq halları...
21.02.2024 [10:55]
Kimdir günahkar: valideyn, yoxsa müəllim?
Azyaşlıları sosial şəbəkələrin mənfi emosiyalarından qorumaq əsas şərtdir
Son dövrlərdə orta məktəblərdə baş verənlər, şagirdlərin davranışları ilə bağlı neqativ xəbərlər daha intensiv şəkil almağa başlayıb. Xüsusilə məktəblilərin bir-birinə qarşı kobud rəftarının, hətta zorakılıq hallarının yaşandığını, bunların isə telefonlarla çəkilərək sosial şəbəkələrə qoyulmasını tez-tez müşahidə edirik. Məktəbli yoldaşını bıçaqlayan, döyən şagirdlərin müəyyən davranış pozuntularının olduğu isə açıq-aşkar ortadadır. Bir çoxları bu cür xoşagəlməz məqamlarda valideynləri günahkar bilsə də, böyük əksəriyyət baş verənləri məktəb rəhbərliyi və müəllimlərin məsuliyyətsizliyi, hətta səriştəsizliyi kimi qələmə verməyə çalışır.
Yeri gəlmişkən, 156 nömrəli məktəbdə xoşagəlməz hadisə yaşanıb. Məktəbin 11-ci sinfində oxuyan qız şagird yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə 9-cu sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Belə ki, 11-ci sinifdə oxuyan qız digər qızın saçını kəsir, başına yumurta vurur, hətta alnına nalayiq sözlər yazır. Yayılan görüntü cəmiyyətdə sözün həqiqi mənasında şok effekti yaradıb - baş verənlər müzakirə mövzusuna çevrilib. İnsanların böyük əksəriyyəti məktəbi, müəllimləri günahlandırırlar. Lakin bir məqamı vurğulamaq lazımdır ki, uşağın tərbiyəsi ilk öncə ailədən gəlməlidir. Valideyn övladının tərbiyəsi ilə məşğul olmadığı halda bütün məsuliyyətin müəllimlərin üzərinə atılması nə dərəcədə düzgün yanaşmadır? Ümumiyyətlə, şagirdlərin təlim-tərbiyəsində müəllimlərlə paralel olaraq valideynlərin də iştirakı son dərəcə vacib şərtdir. Əks halda effektiv nəticə əldə etmək qeyri-mümkündür.
Məktəb direktoru: “Şagirdlər zarafat ediblər”...
Baş verənlərlə bağlı olan açıqlamalarda müxtəlif fikirlər əks olunub. Belə ki,156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova hadisənin iştirakçısı olan şəxsin onun rəhbəri olduğu məktəbdə təhsil aldığını bildirib: “Hadisə yanvarın 17-si, məktəbdənkənar zamanda, təxminən günorta saat 3-dən sonra baş verib. Bizim məktəbdə dərslər saat ikiyə qalmışdan bitir. Hadisə zamanı görünən iki nəfərdən yalnız biri bizim şagirdimizdir. Onlardan 11-ci sinif şagirdi bizim məktəbdə oxuyur, digər şəxs isə onun qonşusudur. Həmin şagirdin oxuduğu zaman hansısa psixoloji pozuntusu olduğu, həmçinin, onun məktəbdə oxuyan digərlərinə qarşı neqativ hərəkətlər etdiyi nəzərə çarpmayıb. Biz fevralın 14-də həmin hadisəni bildikdən sonra valideynlər məktəbə dəvət olunublar. Bildirilib ki, şagird həmin hərəkəti zarafat məqsədilə edib”.
Nəvəm bizə heç nə deməmişdi...
Təhqir olunan qızın nənəsi Cəmilə Hacıyeva isə bildirib ki, hadisədən sonra nəvəsi evə qayıdanda heç kimə heç nə deməyib: “Biz sonradan bu hadisədən xəbər tutmuşuq. Nəvəmin başına oyun açanlar həm qohum, həm də qonşudurlar. Onun atası həmişə bizə gedib-gəlib. İki övladı var, ərköyün və firoundurlar. Başlarına nə gəlir edirlər. Həmin qızın bibisi Qala məktəbində direktor işləyib. Həmin qız çox firoundur, onunla bacarmırlar.
Nəvəm ona nəsə pis söz deyib. Sonra 3 qız yığışıb onu söhbətə çağırıblar. Hadisə zamanı yanlarında bir oğlan da olub. O da qızları ayırmayıb. Nəvəmin başına bu oyunu açıblar. Başına yumurta vurublar, saçlarını kəsiblər”.
Günahkar valideyndir...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, baş verən hadisə cəmiyyət tərəfindən birmənalı qarşılanmır və ikrah hissi doğurur: “Təəssüfləndirici məqamdır. Günahkar birmənalı olaraq valideyndir və məsuliyyət onun üzərindədir. Təbii ki, söhbət bu cür övladların valideynlərindən gedir. Çünki hər şey, ilk növbədə, valideyndən asılıdır. Valideyn erkən yaş dövründə, xüsusilə də 1-5 yaşlararası mərhələdə övladını düzgün tərbiyələndirməlidir. Övladları ilə daha çox vaxt keçirməli, ilkin tərbiyəvi bilikləri onlara aşılamalıdır. Tərbiyənin formalaşmadığı, valideynin övladı ilə şiddət üsulunda danışdığı, övladının yanında söyüş söydüyü halda, belə davranışın ağır fəsadlarına təkcə valideyn deyil, həm də məktəb və bütün cəmiyyət məruz qalacaq. Necə ki, biz indi bunun şahidiyik.
Tədbirlər görmək üçün valideyn-müəllim, valideyn-məktəb kommunikasiyası düzgün şəkildə qurulmalıdır. Hər hansı durumda valideyn müəllimin üzərinə getməməlidir. Valideyn və müəllim öz vəzifələrini və funksiyalarını dərindən bilməlidir”.
Sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə giriş...
Qeyd edək ki, son dövrdə informasiya texnologiyasının hədsiz inkişafı, xüsusilə də uşaqların müəyyən platformalardan daha çox istifadə etmələri bu cür neqativ hallara gətirib çıxarır. Çünki məktəbyaşlı şagirdlər həmin platformalarda rastlaşdıqları neqativ informasiyaları və görüntüləri həyatda təkrarlamaq niyyətinə düşürlər. İndi valideynlərin əksəriyyəti pullarını övladının təhsilinə, müəyyən bilik və bacarığının formalaşmasına deyil, onun mobil telefonuna, kompüterinə, əyləncəsinə xərcləyir. Sirr deyil ki, hazırda orta məktəb şagirdləri sosial şəbəkələrin əsas istifadəçisinə çevrilib. Bunun nəticəsidir ki, xarici ölkələrdə baş verən neqativ hadisələrə, zorakılıq hallarına artıq Azərbaycanda da təsadüf olunur.
Xatırladaq ki, bir neçə il öncə Milli Məclisdə sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olmasına dair müəyyən təkliflər səsləndirilmişdi. Cəmiyyətin bu məsələyə münasibəti isə birmənalı deyildi. Hətta sözügedən təkliflə razılaşmayanlar da çox olmuşdu. Görünən odur ki, bu məsələnin yenidən gündəmə gətirilməsinə ehtiyac var. Əks halda cəmiyyətdə xüsusilə uşaqlarla bağlı qeyri-etik hallara yenə şahid olacağıq. Bəs, sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması mümkündürmü?
Valideynlər bu məsələdə diqqətli olmalıdır...
Sualımızı cavablandıran İKT üzrə ekspert Pərvin Əsədov bildirib ki, sosial media elə bir məkandır ki, ondan hər kəs istifadə edir. Bu da onun tam qorunmasını labüd hala gətirir: “Hətta narkotiklərin təbliği də sosial şəbəkələr vasitəsilə aparılır. Sosial məkandan mənfi məqsədlər üçün istifadə edən şəxslər çoxdur. Onlar digər istifadəçilərin məlumatlarını əldə etdikdən sonra təhdid edirlər. Buna şərait yaradan isə “fake”, yəni saxta hesabların çox olmasıdır. Yaxşı olardı ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi və ya hansısa şəxsi kodlar vasitəsilə olsun. Nəticədə insanların birdən çox hesabı olmayacaq və sosial media üzərindən aparılan cinayətkarlıq əməlləri sona çatacaq.
İnternet insanlar üçün o qədər əlçatan olub ki, burada həm istədiyimiz, həm də istəmədiyimiz məlumatlar qarşımıza çıxır. Xüsusilə də valideynlər bu məsələlərdə diqqətli olmalıdır. Onlar övladlarının internetdən istifadəsinə nəzarət etsələr, yaxşı olar. Təkcə saytlar yox, oyunlar da övladlarımızın psixologiyasına mənfi təsir göstərə bilər”
Məktəb-müəllim-valideyn üçlüyü...
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva bildirib ki, cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar: “Son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Baş verən hadisə kifayət qədər üzücüdür. Düşünürəm ki, bu məsələdə sosial şəbəkələrin də rolu var. Məsələn, orta məktəb şagirdləri də sosial şəbəkələrdə hansısa neqativ məlumatlara rast gəlirlər. Bütün bunlar isə onların psixologiyasına mənfi təsir göstərir. Nəticədə gördükləri neqativ halları təkrarlamaq, bəzən özlərini sübut etmək üçün xoşagəlməz addım atırlar. Fikrimcə, bu kimi hallarda ilk növbədə valideynlər diqqətli olmalıdır. Hər şeyi məktəbdən və müəllimdən gözləmək düzgün yanaşma deyil. Yaxşı olar ki, məktəb rəhbərliyi, müəllim və valideyn paralel olaraq şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olsun. Hətta düşünürəm ki, xüsusilə valideynlərin nəzarəti daha güclü olmalıdır. Valideyn övladı ilə maraqlanmalı, yeri gələndə onun hansı sosial şəbəkələrdən və nə məqsədlə istifadə etdiyini nəzarətdə saxlamalıdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

