Qripə qarşı vaksinasiya...
03.11.2023 [11:05]
Kimlər peyvənd vurdurmalıdır?
Çoxları qrip xəstəliyini adi soyuqdəymə ilə əlaqələndirir. Lakin qripin həyat üçün təhlükəli fəsadlarını ağıllarına gətirmirlər. Əksər insanlar qripi sıradan bir xəstəlik kimi dəyərləndirsə də, bu infeksiya bəzi hallarda ölümlə belə nəticələnə bilər.
Hər zaman olduğu kimi, bu il də payız-qış mövsümünün gəlməsi ilə əlaqədar insanların infeksion xəstəliklərə yoluxması çoxalıb. Ancaq maraqlısı odur ki, bu il qripə yoluxan şəxslər xəstəliyin fərqli əlamətləri olduğunu bildirirlər. Belə ki, qrip olanlar xəstəliyi kifayət qədər ağır keçirdiklərini, çox gec sağaldıqlarını söyləyirlər. Bundan başqa, xəstəliyə yoluxmuş şəxslər kəskin bel ağrıları, baş gicəllənmə və ürək bulanma kimi əlamətlərdən şikayətlənirlər. Bəziləri isə ev şəraitində sağalmağın çox çətin, hətta mümkünsüz olduğunu bildirir.
Qrip vaksinləri gətiriləcək...
Qeyd edək ki, inkişaf etmiş ölkələrdə qripə qarşı vaksin geniş yayılıb. Peyvənd nəticəsində əmələ gələn qrip insandan insana ötürülmür, həmçinin çox zəif gücə malik olur. Ötən gün Səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib ki, növbəti bir-iki gün ərzində ölkəmizə mövsümi qrip vaksinləri gətiriləcək. Nazir bildirib ki, gələn həftədən ambulator tipli ilkin tibbi xidmətlər göstərən bütün müəssisələrdə həmin vaksinləri əldə etmək mümkün olacaq: “Vaksinlər 2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub”.
Kim istəyirsə peyvənd vurdura bilər...
İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Azərbaycan”a açıqlamasında qrip peyvəndinin vurulmasının məsləhətli olduğunu deyib: “Xüsusən tibb işçiləri və əhalinin aktiv təbəqəsinin peyvənd olunması vacibdir. Qrip xəstəliyinə kimsə dırnaqarası baxmasın. Qrip ən ağır keçirilən xəstəliklərdəndir. Koronavirus infeksiyası ilə qripin üst-üstə düşməsi heç arzuolunan deyil. Bu, xəstənin daha da ağırlaşmasına və çətin sağalmasına səbəb ola bilər.
Düzdür, qrip peyvəndi rutin peyvəndlər sırasına daxil deyil. Məsələn, körpələrə hansı peyvəndlərin vurulmalı olduğu milli immunizasiya proqramı ilə müəyyənləşir. Hansı ayda hansı peyvənd vurulur, dəqiqliklə göstərilir. Məsələn, hepatit A, su çiçəyi, qızılca, göy öskürək, məxmərək, meningit, difteriya, tetanus, pnevmokok pnevmaniyası-bunlar vacib peyvəndlərdir. Amma təhlükələri minimuma endirmək baxımından körpələrə 6 ayından sonra qrip peyvəndi də vurula bilər. Ümumiyyətlə, kim istəyirsə qrip peyvəndi vurdura bilər. Bu, könüllüdür və bir həkim olaraq insanlara virusdan qorunmaq üçün peyvənd olunmağı məsləhət görürəm”.
İnfeksionist bildirib ki, yaşlılar, xroniki və digər yanaşı xəstəliyi olan insanların da qrip peyvəndini vurdurması tövsiyyə olunur: “Qrip peyvəndlərinin vurulması məsləhətdir, ən azından virusa qarşı bədənimizdə müqavimət olmalıdır ki, xəstəliyi daha yüngül keçirək”.
Peyvənd üç cür mutasiya edən virusa qarşıdır...
M.Əliyev qeyd edib ki, hər bir qrip peyvəndi adətən üç cür mutasiya edən virusa qarşı istifadə edilir: “Bunlar adətən A seriyasından olan 2 virus və B seriyasından olan 1 virusdur. A seriyasından olan viruslar H3N2 və H1N1 hansı ki, daha ağır keçir və B seriyasından olan 1 virusun kompanentinə qarşı olur. Hər il bu peyvəndlər qrip virusuna qarşı vurulmalıdır. Peyvəndin hər il vurulmasının səbəblərindən biri odur ki, qrip virusu mutasiya edir.
Uşaqlara və hamilələrə inaktivləşdirilmiş, yəni tam aktivliyi ölmüş peyvənd vurulur. 2 yaşdan yuxarı isə zəiflədilmiş peyvəndlər məsləhət görülür. Xüsusilə də 6 yaşdan yuxarı hər kəsə vurulması tövsiyə edilir”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

