Yaxşılıq hər zaman qazanacaq!
05.09.2023 [12:23]
Beynəlxalq Xeyriyyəçilik Günü
Şahanə
İnsanlar çətin vaxtlarda hər zaman bir-birlərinə yardım göstəriblər. İlk xeyriyyəçi təşkilatlar isə hələ orta əsrlərdə meydana gəlib. O zamanlar bu tipli qurumlar çox az adama yardım edə bilirdi. Bu günlərdə isə xeyriyyəçi təşkilatlar ən müxtəlif işləri görürlər - Bəziləri evsizlərə yardım göstərir, bəziləri isə aclıq çəkənlərə və ya təbii fəlakətlərdən (məsələn, zəlzələdən) zərər çəkənlərə qida və dərman yardımı edirlər. Onlar həm də məktəb, muzey və xəstəxanalar üçün pul yığır, təbiəti mühafizə etməyə kömək edir, mühüm tibbi tədqiqatlar aparırlar.
Bu gün - sentyabrın 5-i dünyanın bir çox ölkəsində Beynəlxalq Xeyriyyəçilik Günü kimi qeyd edilir. Bu günün bayram kimi qeyd edilməsi qərarı 2012-ci il dekabrın 17-də BMT Baş Məclisinin 67-ci sessiyasında müzakirəyə qoyulub. Bəs nə üçün 5 sentyabr?
Həmin tarix - 1997-ci il sentyabrın 5-də Tereza Ananın ölüm günüdür. Tereza Ana kimdir? Onun Hindistandakı fəaliyyəti böyük xeyriyyəçiliyin və dünyada yoxsulluğun aradan qaldırılmasının inkişafına böyük təkan verməsi, 45 il ərzində dünyanın müxtəlif ölkələrində göstərdiyi xeyriyyə işləri insanlıq üçün əsl nümunə idi. O deyirdi: “Ancaq bir Tanrı var və O, hər kəsin Tanrısıdır. Tanrının qabağında hər kəs bərabərdir. Bir hindliyə daha yaxşı bir hindli, bir müsəlmana daha yaxşı bir müsəlman, bir katoliklə daha yaxşı bir katolik olmağa kömək göstərməliyik”.
Beynəlxalq Xeyriyyəçilik Günü yalnız BMT-yə üzv olan ölkələrdə qeyd olunur. Günün qeyd edilməsinə isə Macarıstan hökumətinin təşəbbüsü ilə başlanılıb. Əsas məqsəd müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanlar arasında dialoqu, qarşılıqlı anlaşmanı, xeyirxahlığı təşviq etmək və digər bu kimi məqsədləri həyata keçirmək üçün xeyriyyə təşkilatlarına bir platforma yaratmaq olub.
Çox vaxt xeyriyyəçilik yetim, xəstə və evsiz-eşiksizlərə göstərilən yardım kimi başa düşülür. Lakin xeyriyyə tədbirləri həm də tarixi abidə və məbədlərin bərpasını, təhsil və müalicə müəssisələrinin təchizatını, habelə digər məsələləri də əhatə edir. Göstərilən xeyriyyə tədbirləri nəticəsində insanların həyatında yaxşılığa doğru yaranan dəyişiklik, onlara bəxş olunan sevinc hissi onu ümumdünya bayramına çevirib.
İnsanlar tarixə öz gözəl, xeyirxah əməllərilə düşür və gələcək nəsillərə örnək olurlar. Azərbaycanda da qayğıkeş, maarifçi, sərvətini ölkənin milli-mədəni, sosial-iqtisadi inkişafı yolunda əsirgəməyən səxavətli, xeyirxah insanlar olub. Ağa Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Nabat Aşurbəyov kimi insanlar bu gün də sevilir, hörmətlə anılırlar.
Hazırda bu missiyanı Heydər Əliyev Fondu layiqincə yerinə yetirir. Fond azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb. Əldə olunan çoxşaxəli uğurlarımızda Fondun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın rolu danılmazdır. Fond göstərdiyi təşəbbüslərlə, nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilib.
Mehriban Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə reallaşdırılan layihələr cəmiyyət həyatının bütün sferalarını əhatə etməklə ən yüksək amallara söykənir. Fond təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində təhsil, səhiyyə, mədəni-sosioloji sahələrdə minlərlə insana dəstək olur.
Xəbər lenti
Hamısına baxMədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

