EG.5 sürətlə yayılır...
12.08.2023 [11:20]
Əlamətləri nədir?
Y.SAHİB
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Omikron” ştamının yeni variantının - EG.5-in dünyada sürətlə yayıldığını bildirib. Bu barədə qurumun hesabatında məlumat verilib.
Bildirilir ki, EG.5 XBB.1.9.2-nin nəslindəndir və XBB.1.5 ilə eyni amin turşusu profilinə malikdir. EG.5 XBB.1.9.2 ilə müqayisədə sünbül zülalında əlavə f456l amin turşusu mutasiyasını daşıyır. Yeni variant ilk dəfə 2023-cü il fevralın 17-də qeydə alınıb.
Qeyd edək ki, son həftələrdə ABŞ, eləcə də İtaliya, Yaponiya, Böyük Britaniya, İspaniya və dünyanın digər ölkələrində COVID-19-a yoluxma statistikasında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Ekspertlər bildirir ki, gələn həftələrdə bütün dünyada məktəblər yenidən açıldıqca, yay və ya qış tətilindən sonra, yüz milyonlarla uşaq zəif havalandırılan sinif otaqları ilə dolacaq və cəmiyyət tamamilə hazırlıqsız qalarkən mövcud dalğanı dərinləşdirəcək.
Yoluxucu xəstəlik üzrə mütəxəssis JP Weiland hesab edir ki, hər gün təxminən 419,000 amerikalı COVID-19-a yoluxur. Hazırda təxminən 4,2 milyon amerikalı bu xəstəlikdən əziyyət çəkir.
“Biobot Analytics”-in məlumatına görə, son altı həftə ərzində ABŞ-da çirkab sularında SARS-CoV-2-nin miqdarı 114 faiz artıb. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatları göstərir ki, son bir ay ərzində COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilənlər həftədə 6,450-dən 9,056-ya yüksəlib, yəni 40 faiz artıb. Federal hökumət COVID-19-a yoluxanların sayını hesablamağı dayandırdığından elm adamları kanalizasiya sularından nümunə götürərək və xəstəxanaya yerləşdirilənləri izləməklə COVID-19-un yayılmasını qiymətləndirməyə məcbur olublar.
“Omikron”dan saha sürətli yayılır...
EG.5 variantının əlamətləri barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, EG.5 hazırda 51 ölkədə yayılıb. Onun sözlərinə görə, yeni variantın əlamətləri hələlik tam olaraq öyrənilməyib: “Lakin “Omikron”un bu varinatının reseptorları insanın tənəffüs yollarının epidel hüceyrələrinə daha möhkəm yapışır. Bu da onu göstərir ki, “Omikron”dan daha sürətli yoluxma qabiliyyətinə malik ola bilər. Ancaq həqiqətən də “Omikron”dan sürətli yayılmaya malik olduğunu dəqiq deyə bilmərik. Çünki müəyyən zaman lazımdır ki, yeni variantın əlamətləri tam bilinsin. Düzdür, bu, labaratoriyada öz təsdiqini tapıb, amma praktikada özünü necə göstərəcəyi məlum deyil. Çünki “Omikron” varinatı meydana çıxandan sonra çox sürətlə yayılmağa başladı və bir ay ərzində bütün dünyanı əhatə elədi. Yeni ştamm isə hələ ki “Omikron” qədər sürətli yayılmır və 51 ölkənin bəzilərində tam dominant vəziyyət almayıb”.
B? ölkələrdə immunitet formalaşmayıb
M.Əliyev qeyd edib ki, yeni varinatlar koronavirusa xas olan xüsusiyyətlərə malikdir və mutasiyaların baş verib yeni variantların yaranması tam normal haldır: “Ona görə də koronavirus meydana çıxandan onun yeni varinatlarının yayıldığına şahid oluruq. Çin, Yaponiya, Tayland kimi ölkələrdə COVİD-19 hələ də sürətlə yayılmaqdadır. Məlumdur ki, Çində hələ tam kollektiv immunitet formalaşmayıb. Ona görə orada yoluxma ehtimalı daha sürətlidir və yeni variantların meydana çıxmasına bu ölkələrdə daha çox rast gəlinir”.
Azərbaycanda vəziyyət...
EG.5-in Azərbaycanda yayılmasına gəlincə, infeksionist ökəmizdə kollektiv immunitetin formalaşdığını vurğulayıb: “Azərbaycanda demək olar ki, həs kəs ən azı bir dəfə virusa yoluxub və sağalıb. Bu baxımdan ölkəmizdə yoluxma sayında artımların olması gözlənilmir. Amma koronavirus kəskin respirator virus infeksiyaları qrupuna aiddir. Yəni kəskin ağciyər xəstəlikləri törədir və bu da hava-damcı yolu ilə bir şəxsdən digərinə keçir. Belə xəstəliklər xüsusilə payız-qış mövsümündə daha aktiv olur. Yaz-yay aylarında isə aktivliyi azalır. Hazırda yay fəslində olduğumuz üçün yoluxma ehtimalı azdır. Ancaq payıza və qışa doğru dünyada yolxuma sayında artım gözləyirik və bu artım bizdə də gözlənilir. Buna baxmayaraq, yeni variant müəyyən məhdudlaşdırıcı tədbirlərin görülməsinə səbəb olmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39

