Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan vətəndaşları artıq bu ölkəyə səfər zamanı elektron viza ala biləcək

Azərbaycan vətəndaşları artıq bu ölkəyə səfər zamanı elektron viza ala biləcək

07.08.2023 [10:47]

Səudiyyə Ərəbistanının qəbul etdiyi yeni qərara əsasən, Azərbaycan vətəndaşları Səudiyyə Ərəbistanına səfər zamanı elektron viza ala biləcəklər.

Trend-in məlumatına görə, bununla əlaqədar Səudiyyə Ərəbistanının müvafiq qurumları qərar qəbul edib. Qərara əsasən, səkkiz yeni ölkə - Albaniya, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Maldiv adaları, Cənubi Afrika Respublikası, Tacikistan və Özbəkistan səfər vizalarını elektron şəkildə ala biləcək. Bu ölkələrdən olan vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edən zaman hava limanından da elektron şəkildə viza ala biləcəklər.

Bununla da Səudiyyə Ərəbistanına elektron şəkildə viza ala biləcək ölkələrin sayı 57-yə çatdırılıb.

Bildirilir ki, bu qərar ölkənin turizm imkanlarını artırmaq, 2030-cu ilə qədər ölkəyə hər il 100 milyon ziyarətçi qəbul etmək məqsədilə qəbul edilib.

Qeyd olunur ki, 2022-ci ildə ölkəyə 93,5 milyon ziyarətçi səfər edib. Bu da turizm gəlirlərini 2021-ci illə müqayisədə 93% artıraraq 185 milyard riyal (49 milyard ABŞ dolları) təşkil edib.

Paylaş:
Baxılıb: 654 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31