Bu, ilk dəfəydi...
08.08.2026 [15:08]
8 avqust - Həmin gün Ağ Ev mövcud olduğu illər ərzində heç vaxt şahidlik etmədiyi bir hadisəni yaşadı.
İlk dəfəydi ki, Ağ Evdə ABŞ Konqresinin qəbul etdiyi qərarın icrası ABŞ Prezidentinin imzasıyla dayandırılırdı.
Özü də konqresin hədəf seçdiyi ölkə Liderinin iştirakı ilə...
1992-ci il oktyabrın 24-də 907-ci düzəliş qəbul ediləndə AXC hakimiyyətdə idi.
Mən onda tələbə idim.
O günləri yaxşı xatırlayıram... Sanki, heç belə bir hadisə baş verməmişdi.
Mətbuat bu barədə geniş məlumat vermədi.
Hər halda bu mövzuyla bağlı mənim rastıma hər hansı bir ciddi material çıxmadı.
Xarici İşlər Nazirliyinin münasibəti olmadı.
Milli Məclisin etiraz bəyanatı səslənmədi.
Ölkə rəhbərliyi - nə prezident, nə milli məclis sədri, nə də baş nazir cınqırını çıxarmadı.
Çünki həmin gün hakimiyyətin başı bərk qarışmışdı.
1992-ci il oktyabrın 24-də AXC hakimiyyəti Naxçıvanda dövlət çevrilişini həyata keçirməyə qərarlıydı.
Heydər Əliyevin həyatına sui-qəsd planını gerçəkləşdirməyə start vermişdi.
Nə qədər təəssüf doğursa da reallıq idi:
24 oktyabr 1992-ci ildə Vaşinqtonda erməni lobbisinin təsiri ilə ABŞ Konqresi Azərbaycanın əleyhinə qərar qəbul edir və həmin gün Bakıda özünü milli hökümət adlandıran AXC hakimiyyəti Heydər Əliyevə qarşı hücuma başlayır.
Onu Naxçıvan Ali Məclisinin sədrliyindən kənarlaşdırıb, həyatına sui-qəsd etməyə çalışır.
Sual yaranır: hansı səbəbdən erməni lobbisiylə Azərbaycanın "milli höküməti” eyni nöqtəni eyni vaxtda nişan almışdılar?
Axı adı Azərbaycanla qoşa çəkilən Heydər Əliyev siyasi səhnəyə gəldiyi gündən həmişə dünya erməniliyinin hədəfində olub...
Elə Azərbaycan xalqına 907-ci düzəlişin tam mahiyyəti Heydər Əliyev Bill Klintona məktub ünvanlayandan sonra tam bəlli olmuşdu.
Belə ki, Naxçıvan Ali Məclisinin sədri 1993-cü ilin yanvarın 20-də ABŞ prezidentinə rəsmi məktub göndərmişdi.
Və o məktubun nəticəsi olaraq ABŞ-dan Naxçıvana humanitar yardım yola salındı.
ABŞ-ın Bakıdakı səfiri Riçard Mayls 1993-cü il fevralın 4-də blokada şəraitində yaşayan Naxçıvana səfər etdi...
Yardımın hansı marşrutla və necə aparılması üçün müzakirələr apardı...
Haradan haraya gəldik...
ABŞ prezidenti Ağ Evdə İlham Əliyevin şahidliyi ilə 907-ci düzəlişin əngəllənməsi üçün sənədi böyük məmnuniyyətlə imzalayır.
Bu mənzərə hər şeydən öncə Azərbaycan Liderinə böyük ehtiramın əlamətidir.
Çünki...
1. Bütövlükdə Cənubi Qafqazı sülhə, rifaha daşıyan Ağ yolun müəllifi Azərbaycan Prezidentidir.
2. Azərbaycanın Ali Baş Komandanı və onun əsgəri bölgədə yeni reallıq yaradıb.
Vətən müharibəsi haqda müxtəlif açıqlamalar var.
Amma, zənnimcə, ən dürüst və ədalətli fikirlərdən biri Türkiyə Prezidentinə məxsusdur.
Türk dünyasının Ali Ordenini İlham Əliyevə təqdim edərkən Türkiyə lideri demişdi.
Azərbaycan 44 günlük savaşla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etdi.
3.Azərbaycan yeni geosiyasi düzəndən bəhrələnən yox, geosiyasətə töhfə verən ölkədir.
4.Azərbaycan türk dünyasının açar dövlətidir:
Cənab Ərdoğanın təbiriylə desək, “Bu gün Azərbaycan türk dünyasının ilham mənbəyidir.
Türk dövlətlərinin təşkilatlanmasında yaxından iştirak edir, bir araya gətirir, ideoloji təmayülləri müəyyən edir.
5. Azərbaycan sözçü deyil, söz sahibi olan dövlətdir.
6. Bölgədə mövcud olmaq, əməkdaşlıq etmək istəyən maraqlı tərəflər bunun yalnız Azərbaycan üzərindən mümkünlüyünü birdəfəlik dərk ediblər.
7. Azərbaycan dəvət edildiyi, qatıldığı bütün proseslərdə mərkəzdə dayanır.
8. Azərbaycan geosiyasətin AORTA damarıdır - A kateqoriyalı orta gücdür.
Azərbaycansız heç nə alınmaz!
Alqış Musayev
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50

