Keçid var, piyada yox
14.07.2023 [12:01]
Piyadalar niyə keçid və zolaqlardan keçmirlər?
M.BAYRAMLI
Bakıda avtomobil piyadanı vurub. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən xəbərə görə, yolun hər iki tərəfində piyada keçidi olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyadanı avtomobil vurub. Yol-nəqliyyat hadisəsi dünən səhər saatlarında Səbail rayonu, Bülbül prospektində, ”Sahil” metro stansiyasının yaxınlığında baş verib.
"Təəssüf ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşların bəziləri hələ də piyada keçidlərindən istifadə etmirlər. Nəticədə də həyatlarını təhlükəyə atırlar", - deyə məlumatda qeyd edilib.
Bakıda piyadaların iştirakı ilə baş verən yol qəzalarının sayı açıqlanıb
NİİM müşahidə kameralarının görüntüləri əsasında paytaxt yollarında piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrini təhlil edib. Ötən ilin statistikasına nəzər salsaq görərik ki, piyadaların avtomobillə vurulması Bakı şəhəri üzrə ümumi qəza hadisələrinin təxminən 49 faizini təşkil edib. Piyada vurulması ilə nəticələnən 269 yol-nəqliyyat hadisəsində 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb. Ən faciəvi hal isə bəzi piyadaların uşaqlarla birlikdə qaydalara əmək etməyərək yolu keçmələridir. Belə ki, 2022-ci ildə piyadaların vurulması ilə nəticələnən qəzalarda 7 uşaq dünyasını dəyişib, 15-i isə xəsarət alıb.
Məhz bu kimi hadisələrin qarşısını almaq üçün mütəmadi tədbirlərin həyata keçirilməsinə baxmayaraq, piyadalar özlərinin və sürücülərin həyatlarını təhlükəyə atırlar. Yeraltı və yerüstü piyada keçidləri, işıqforlar olduğu halda, əksər piyadalar yol hərəkəti qaydalarına riayət etmirlər. Görəsən, piyada mədəniyyətinin formalaşması üçün nə etmək olar?
“Yol hərəkəti haqqında qanunu və bu qanundan irəli gələn tələbləri bilməliyik. Piyadaların qayda pozuntusunun qarşısını almaq üçün piyada mədəniyyəti evdə valideynlər, məktəblərdə müəllimlər, küçə və yollarda isə polislərin sayəsində formalaşmalıdır”.
Bunu yeniazerbaycan.com-a açıqlamasında nəqliyyat üzrə ekspert Talıb Ağayev bildirib. Onun sözlərinə görə, yol nəqliyyat hadisələrinin baş verməsinə əsas səbəb sürücü səhlənkarlığı və piyada diqqətsizliyidir: “Piyada keçidləri ola-ola avtomobillərin intensiv keçdiyi yollardan keçirlər. Piyada keçidini zaman itkisi kimi görürlər, sağa-sola baxmadan yolu keçərlər. Bu azmış kimi qulaqlıq, telefon və diqqət yayındıran digər vasitələrdən də istifadə edirlər. Nəticədə keçidlərdən düzgün istifadə edilməməsi şəhərdə sıxlıq yaradır. Ona görə də məsuliyyətsiz piyadalara qarşı sərt tədbirlər görülməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

