Şəfqət, mərhəmət, humanizm...
14.06.2023 [10:57]
Ümumdünya Qan Donoru Günüdür
Nəcib bir təşəbbüslə minlərlə insan həyatının xilaskarına çevrilmək mümkündür. Bu təşəbbüslər sırasında qan donorluğunu xüsusi vurğulamaq lazımdır. Qan insan orqanizminin mühüm komponentlərindən biridir. Və hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallarla üzləşə bilər.
Bəziləri fikirləşir ki, qan donoru olmaq orqanizmə mənfi təsir edir. Əslində, bu, belə deyil. Tədqiqatlar da sübut edir ki, 400-450 ml qan vermək insanın səhhətinə və əmək qabiliyyətinə müsbət təsir edir. Mütəmadi olaraq qan verən donorlarda şəkərli diabet, yüksək xolesterin, yüksək təzyiq, qaraciyər, ürək-damar və xərçəng xəstəliklərinin riski az olur. Qanvermə yeni hüceyrələrin əmələ gəlməsini stimullaşdırır və psixi sağlamlığa səbəb olur.
Artıq 18 ildir ki, hər il iyunun 14-ü Ümumdünya qan donoru günü kimi qeyd edilir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində keçirilmiş 58-ci Assambleyasında qərar qəbul olunub.
“Qan ver, həyatı paylaş”
“Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ümumdünya Qan Donoru Günü kampaniyasının 2023-cü il üçün şüarı “Qan ver, həyatı paylaş” adlanır. Birlik sədri vurğulayıb ki, bu günün qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etməkdir: “Bu gün əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıyır. Ümumdünya Qan Donoru Günü, həmçinin şəfqət, mərhəmət, humanizm kimi xeyirxah hissləri özündə birləşdirir.
Hər il dünyada təxminən 112 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 15 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir”.
Təhlükəsiz donorlar...
F.Əsgərovun sözlərinə görə, təhlükəsiz donor qanına ehtiyac günbəgün artır: “Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və ağır doğuş zamanı minlərlə anaları, körpələri, xəsarət alanları, irsi qan xəstəliklərindən əziyyət çəkənləri ölümdən xilas etməyə kömək edir”.
Ölkəmizdə donor qanının həcmi artıb
Birlik sədri qeyd edib ki, bu gün donorların qeydiyyatı qanvermə prosesinin həyata keçirildiyi tibb müəssisələrində aparılır. Donorlar haqqında məlumatlar elektron məlumat bazasına da daxil edilir: “Ölkəmizdə də qanvermə aksiyaları mütəmadi qaydada təşkil olunur. Donorların və onlardan qan analizinin alınması, müayinəsi və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda “Vahid Qan Bankı” sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.
Görülmüş tədbirlər nəticəsində ölkəmizdə tədarük olunan donor qanının həcmi artıb, komponentlərə bölünməsi işi yaxşılaşdırılıb, təhlükəsizliyinin təmin edilməsində laborator nəzarət gücləndirilib”.
Gəlin bu gün qan donoru olaq və insanların həyatını xilas etməyə kömək edək. 1 dəfə qan verməklə tanımadığımız insanların həyatını xilas edə bilərik.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

