Sentyabrın 1-dən...
09.06.2023 [11:05]
Cərimələr artırılacaq?
Yeganə BAYAMOVA
Bu günlərdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı bəzi cərimələr artırılıb. Təbii ki, cərimələrin artırılmasını zəruri edən bir neçə amil var. Son zamanlar yol nəqliyyat hadisələri, ölüm və xəsarət halları çoxalıb. Bu hadisələrin təhlili nəticəsində ortaya çıxan səbəblərdən biri sürət həddinin aşılması, narkotik maddələrin təsiri altında avtomobilin idarə edilməsidir. Bir çox qayda pozuntuları var ki, burada sürücülər məsuliyyət daşıyır və qaydaları pozurlar. Nəticədə tez-tez qəzalar baş verir. Həmin qəzaların nəticəsində hər gün insanlarımızı itiririk. Bunun qarşısının alınması metodlarından biri də qanunvericiliyin sərtləşdirilməsidir.
Yol hərəkət qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə cərimələrin artırılması ilə bağlı bəzi dəyişikliklər təklif edilib. Milli Məclis sözügedən dəyişiklikləri iyunun 6-da keçirilən növbədənkənar iclasda birinci oxunuşda qəbul edib.
600 manat cərimə və ya...
Dəyişikliyə əsasən, sürücü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdikdən sonra nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə, 600 manat cərimə edilir. Yaxud da belə sürücülərin nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.
15 gündən 1 ayadək həbs
İnzibati Xətalar Məcəlləsinə edilən digər dəyişikliyə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs narkotik vasitə qəbul edib avtomobili idarə edirsə, 800 məbləğində cərimə edilir. Eyni zamanda, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Sürət həddi 61 km/saat və daha artıq olduqda
Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə də cərimələr artırılıb. Dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə sürücülər 300 manat məbləğində cərimə ediləcək. Qüvvədə olan qanuna görə, bu xətanın cəriməsi hazırda 250 manat məbləğindədir. Həmçinin layihəyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələrin 150 manatdan 200 manata qaldırılması təklif edilir.
Birtərəfli yollarda əksinə hərəkət
Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə də cərimə artırılıb. Layihəyə əsasən, sürücülər birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə 150 manat məbləğində cərimə ediləcək. Hazırda bu cərimə 100 manat məbləğindədir.
Avtomobili idarə etmək hüququ yoxdursa...
Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə 300 manat olub. Qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə əvvəl 200 manat idi.
Yüngül xəsarət olduqda
Sürücülərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma və piyadaya yol verilməməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə edilir. Yaxud belə sürücülərin nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.
Bu şəxslər 5000 manat cərimələnəcək
Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobilə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək. Bundan başqa, utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul ediləcəyi halda bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

