Sürücülük vəsiqəsi almaq çətinləşir?
20.04.2023 [10:35]
Nicat Dilqəmli
Müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə sürücü olmaq artıq əvvəlki qədər çətin deyil. İndi avtomobil idarə etmək daha çox zərurətdən yaranır, nəinki həvəsdən. Hansı səbəbdən olursa-olsun, avtomobil idarə etmək üçün tələb olunan birinci şərt sürücülük vəsiqəsinin olmasıdır. Yaxşı və ya pis sürücü olmaq olar, amma sürücülük vəsiqəsi almadan sükan arxasında əyləşməklə çox da uzağa getmək olmaz. Özü də sürücü olmaq heç də çətin bir iş deyil. Sadəcə, həftənin bir neçə günlərini ayırmaq kifayət edir ki, bu işin peşəkarına çevriləsən. Elə bu səbəbdəndir ki, son illər ölkəmizdə sürücülük məktəblərinin sayının artması müşahidə olunur.
Yaşından asılı olmayaraq, sürücü olmaq arzusunda olan hər bir şəxs bu kurslara müraciət edərək, təhsilə cəlb edilə bilər. Sevindirici haldır ki, son illər ölkəmizdə sürücülük kurslarına maraq daha da artıb. Lakin bu o demək deyil ki, sürücülük vəsiqəsi alan hər bir sürücü peşəkardır. Bir çox hallarda imtahanlardan uğurla keçib, yolda həm özü, həm də başqaları üçün böyük uğursuzluğa çevrilənlər də var. Taksilər kimi. Belə ki, bu gün sürücülük vəsiqəsi olan hər bir kəs taksi fəaliyyəti göstərir. Bu, vətəndaşların qazanc əldə etməsi üçün olduqca müsbət bir haldır. Məsələyə, həm də digər bir tərəfdən yanaşmaq lazımdır. Bir çox hallarda təcrübəsiz, naşı sürücülər həm piyadalar, həm də digər hərəkət iştirakçıları üçün ciddi bir təhlükəyə çevrilirlər.
Bu kimi problemlərdən çıxış yolları isə uzun illərdir müzakirə mövzusu olaraq qalır. Lakin hələ də hansısa real bir addımın atılmasının müşahidə edilmədiyini də etiraf etmək lazımdır. Bir neçə gün öncə nəqliyyat eksperti Elməddin Muradlı sürücülük vəsiqəsinin verilməsi üçün yeni bir təkliflə çıxış edib. Ekspert sürücülük vəsiqəsinin sınaq müddətinə verilməsini təklif edir. Bu təklif təcrübəsiz sürücülər üçün nəzərdə tutulub. Burada digər bir məqam narkoman sürücülərlə bağlıdır. Ekspert həm də təklif edir ki, bu şəxslər sağalana qədər onların sürücülük hüququ məhdudlaşdırılsın.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bu təklifi müsbət qiymətləndirib: “Yaxşı təklifdir. Sadəcə, bu mexanizm ölkəmizdə yoxdur. Mexanizmin qurulması üçün qanunvericilik dəyişməlidir. Düşünürəm ki, sürücülük vəsiqəsinin verilməsi sonrakı mərhələdir. Biz imtahana qədərki dövrdən başlamalıyıq. İbtidai dövrü qoyub, növbəti mərhələyə keçmək istəyirik. Bu isə doğru deyil”.
E.Cəfərov deyir ki, bu məsələdən öncə sürücülük kursları və sürücülük məktəbləri nəzarətə götürülməli, tədrisin səviyyəsi yaxşılaşdırılmalıdır: “Bu gün Azərbaycanda sürücülük bacarığını, qabiliyyətini və mədəniyyətini sürücülük məktəbləri və kursları formalaşdırır. Ölkəmizdə bəzi sürücülük məktəbləri, adətən formal xarakter daşıyır. Həm təlimçilər, həm də həmin kurslara üz tutan vətəndaşlar qeyri-ciddi yanaşırlar. Kurslarda sürücülük bacarıqlarının kifayət qədər yaxşı öyrədilmədiyini etiraf etməliyik. Bakı şəhərində pis-yaxşı bu təlimlər keçirilsə də, bölgələrimizdə nə sürücülük kurslarından, nə də ki, məktəblərindən insanların ümumiyyətlə xəbərləri yoxdur. Düşünürəm ki, bu gün sürücülük kursları və məktəbləri nəzarətə götürülməli, qayda-qanun yaradılmalıdır. Sonrakı mərhələlərdə isə sürücülük vəsiqəsinin necə verilməsi bir o qədər də əhəmiyyət kəsb etməyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30

