Ailə məhkəmələri yaradılacaq?
19.01.2023 [10:48]
Nicat Dilqəmli
Ölkəmizdə ailə məhkəmələrinin yaradılması məsələsi yenidən aktuallaşıb. Belə ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva yanvarın 18-də parlamentdə keçirilən komitə iclasında çıxışı zamanı Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklifi ilə çıxış edib.
S.Vəliyeva qeyd edib ki, Azərbaycanda ailə məhkəmələrinin yaradılmasına ehtiyac var. Deputat parlamentdə nikah müqaviləsi ilə bağlı da dinləmələrin keçirilməsini təklif edib: “Nikah müqaviləsinin adı dəyişib evlilik anlaşması kimi qanunvericiliyə daxil edilməlidir. Həmçinin, ailə məhkəmələrinə ehtiyac var. Çünki mövcud məhkəmələrin ailələrin dağılma səbəbləri ilə maraqlanmağa vaxtı yoxdur”.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Vəkillər Kollegiyasının üzvü Könül Yaqubova bu təklifi şərtləndirən amillərdən söz açıb: “Ailə mübahisələrinə mülki məhkəmə baxır. Mülki deyərkən rayon və şəhər məhkəmələri nəzərdə tutulur. Amma ailə mübahisəsi özlüyündə mülki mübahisə deyil, bu, xarakterik bir mübahisədir. Çünki sırf ailə münasibətlərindən yaranır, Mülki Məcəllə ilə yox, Ailə Məcəlləsi ilə tənzimlənir və qanunvericilik məhkəmələrin hansı məsələlərə baxacağını müəyyənləşdirir. Burada söhbət nikahın pozulmasından, azyaşlı uşaq varsa, valideynlərdən hansının himayəsində qalmasından, uşaqların saxlanması üçün valideynlərdən tutulan alimentin məbləğindən, uşaqla ünsiyyət hüququnun müəyyənləşməsindən gedir”.
Hüquqşünasın sözlərinə görə, hazırda məhkəmə zamanı uşaqlarla bağlı tez-tez müəyyən problemlər yaranır: “Yaxud da bildiyimiz kimi, qanunvericilikdə nəzərdə tutulub ki, yalnız 18 yaşı tamam olmuş şəxslər sərbəst şəkildə ölkəni tərk edə bilərlər. Bu yaşa qədər olan şəxslər isə yalnız valideynlərinin razılığı ilə ölkədən çıxa bilərlər. Təcrübəyə əsasən çox vaxt valideynlərin münasibətləri korlanmış olursa və ya nikahları pozulmuş olursa, valideynlərdən biri digərinə bu razılığı vermir. Bu məsələyə də məhz məhkəmələr baxır. Ailə məsələləri dedikdə həm də qəyyumluq və himayəçilik məsələləri, həm də övladlığa götürmə və yaxud valideynlik hüquqlarından məhrum etmə məsələləri, bundan əlavə bəzən uşağın adının və ya soyadının dəyişdirilməsi məsələləri də nəzərdə tutulur. Bu halların əksəriyyətində tərəflər qapalı məhkəmə iclasının keçirilməsini xahiş edirlər. Belə olan halda hakimlər yüklənirlər, digər proseslər üçün gələn vətəndaşlar gözləməli olurlar. Qanunvericilik 10 yaşdan yuxarı uşaqların standart nikahın pozulması proseslərinin hər birində dindirilməsini tələb edir. Uşaq dindirmək üçün uşaqlar gəlib gözləməli olurlar və nəticədə proses uzun olduqda dərslərindən yayınmış olurlar”.
Ailə məhkəmələrinin hansı formada yaradılacağına gəlincə: “Hazırda ölkəmizdə spesifik məhkəmələr var. Hesab edirəm ki, ailə məhkəmələri də bu şəkildə yaradıla bilər və çox da uğurlu fəaliyyət göstərə bilər”.
“Nəzərə alsaq ki, artıq 2021-ci ildən ölkə üzrə Mediasiya haqqında Qanun qüvvəyə minib və həmin Qanuna görə məcburi mediasiya tələb olunan mübahisələrdən biri də məhz ailə mübahisələridir. Mediasiyadan keçdikdən sonra şəxslər məhkəməyə gəlirlər. Elə olur ki, şəxslər mediasiyaya müraciət edirlər, mediasiya sazişi əldə edirlər, amma sonradan hansısa tərəfin bu sazişi pozması ucbatından məcbur qalıb yenidən məhkəməyə müraciət etməli olurlar”.
“Bu kimi işlərlə məhkəmələr yüklənir. Ona görə də məsləhətdir ki, sırf ailə məsələləri üçün ayrıca məhkəmələr yaradılsın”, - deyə K.Yaqubova fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

