/ / Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verilib
Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verilib
30.12.2022 [21:36]
Leyla Əliyevanın iştirakı ilə layihə üzrə ilk ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verilib.
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin təmin edilməsi, o cümlədən onlara müdaxilə hallarının azaldılması, dəqiq inventarın müəyyən edilməsi və məlumatların dürüstləşdirilməsi, reyestrin formalaşdırılması və aparılması, ictimai nəzarətin gücləndirilməsindən ibarətdir.
AZƏRTAC xəbər verir ki, Leyla Əliyevanın iştirakı ilə Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında layihə üzrə ilk ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub.
Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil ediləcək. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçiriləcək. Qeydiyyatın aparılması üçün ilkin ərazi olaraq Nərimanov rayonu seçilib.
Layihənin hazırlanması zamanı ABŞ, İngiltərə, Almaniya və Avstriya kimi ölkələrin bəzi yerli inzibati idarəetmə vahidlərinin təcrübəsi öyrənilib, oxşar metodikadan istifadə edilib.
Ağacların qeydiyyatı üçün xüsusi tətbiqdən istifadə edilir ki, həmin tətbiqlə çəkilən şəklin üzərinə ərazinin GPS koordinatları, saat və tarixi, həmçinin digər zəruri identifikasiyaedici məlumatları avtomatik olaraq əlavə olunur. Ağacların növü, ölçüləri, yaşı, vəziyyəti və s. məlumatlar yaşıllıqların uçot vərəqəsinə qeyd olunaraq mərkəzləşdirilmiş vahid sistemə daxil edilir.
Nömrələnmə ağaclara tam zərərsiz olan üsulla aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.
Qeydiyyata alınmış yaşıllıqlar haqqında məlumatların daxil edilməsi və ictimaiyyətə təqdim olunması üçün xüsusi veb-sayt yaradılır. Həmin veb-saytda ağaclar xəritə üzərində nümayiş etdiriləcək, onların hər birinin şəkli və bütün məlumatları əks olunacaq.
Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinə əks-təsir göstərir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, bizə təmiz hava verir və həyatımızı təmin edir. Hesablamalara görə, hər il insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir. Təəssüf ki, ölkəmizdə də yaşıllıqların qanunsuz məhv edilməsi halları baş verir ki, problemin tam və birdəfəlik həlli üçün ardıcıl və daha ciddi mühafizə və nəzarət tədbirlərinin keçirilməsi zəruridir.
Qeyd edilməlidir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyləri ilə ölkədə yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlər, o cümlədən ağacların qanunsuz kəsilməsi və məhv edilməsinin qarşısını almaq məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramı, yaşıllıqların bərpası və genişləndirilməsi istiqamətində “Yaşıl Marafon”, “Yanğından Yaşıllığa” və digər layihələr həyata keçirilir.
Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 İyul 15:20
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49

