Vahid taksi xidməti problemlərə SON qoyacaq?
07.10.2022 [10:38]
Yeganə BAYRAMOVA
Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov məlumat verib. Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var: “Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar”.
Məlumdur ki, ölkəmizdə müxtəlif taksi şirkətləri fəaliyyət göstərir. Sürücülərin əksəriyyəti daha çox onlayn qaydada şirkətə üzv olaraq işə başlayırlar. Beləliklə, sürücülərin hər hansı pis vərdişinin olub-olmadığı dəqiqləşdirilmir. Belə halların nəticəsidir ki, son vaxtlar polis tərəfindən saxlanılan narkoman sürücülərin sayı da artıb. Bu cür hadisələr isə cəmiyyətdə narahatlıq doğurur, insanların təhlükəsizliyini gündəmə gətirir.
Demək olar ki, hər gün istər ətrafımızda olan şəxslərdən, istərsə də sosial şəbəkələrdə taksi şirkətlərinin xidmətindən narazı qalan müştərilərlə qarşılaşırıq. Müştərilər sürücülərin kobud davranışı, təhlükəli manevrlər etməsi, avtomobilin yüksək sürətlə idarə edilməsi və.s hallardan narazıdırlar. Vətəndaşlar şikayət etsələr də, problem həllini tapmır.
Maraqlıdır, vahid taksi xidməti yaradılarsa, bu cür neqativ hallara son qoyulacaqmı?
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən İlqar Hüseynli bildirib ki, hazırda həll edilməsi vacib olan məsələlərdən biri taksi sürücüləri ilə bağlı kriteriyaların müəyyənləşdirilməsidir. Ekspert qeyd edib ki, taksi sürücüsü peşəkar olmalı, ünvanları tanımalı, vətəndaşlarla ünsiyyətdə diqqətli olmalı, avtomobili yaxşı vəziyyətdə saxlamalı, istirahət və iş rejiminə diqqət yetirməlidir: “Cavid müəllimin qeyd etdiyi vahid taksi xidməti ilə taksi sürücülərinə nəzarət mexanizmlərini yaratmaq mümkün ola bilər. Nəzarət mexanizmi odur ki, vətəndaşlar vahid mərkəzə müraciət edəcəklər. Məsələn, taksi sürücülərinin neqativ hərəkətləri barədə şikayət edib, həmin mərkəzə məlumat ötürə biləcəklər, şəkil və video göndərəcəklər. Hər bir sərnişin taksi sürücüsünün qayda pozduğunu, sərnişinlə kobud davranışını videoya şəkib vahid mərkəzə göndərə bilər. Hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) tətbiq etdiyi 141 “qaynar xətt”inə bütün avtobus sürücüləri ilə bağlı şikayətlər daxil olur. Amma vahid taksi xidməti yaradılarsa, sırf taksi sürücüləri ilə bağlı şikayətə xüsusi bir mərkəz baxa bilər”.
Ekspertin fikrincə, ölkəmizdə taksi fəaliyyəti olduqca xaotik vəziyyətdədir: “Bu, hər kəsə məlum olan məsələdir. Ona görə də ciddi tənzimləmələrə ehtiyac var. Cənab Prezident İlham Əliyev ilin əvvəlində Bakı şəhərində taksi fəaliyyətinin təkmilləşdirilməsinə dair Fərman imzalamışdı, ardınca Baş nazirin də sərəncamı oldu. Ümid edirik ki, ilin sonuna qədər bu sahədə effektiv addımlar atılacaq. Çünki taksi fəaliyyəti çox vacib və zəruri bir məsələdir. Ona görə də taksi fəaliyyətinin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu gün Bakı şəhərində ən azı 60 minə yaxın taksi fəaliyyət göstərir. Bu, böyük rəqəmdir, ona görə də ciddi tənzimləmələrə ehtiyac var. Taksi sürücüləri ilə ciddi iş aparılmalıdır. İşin hansı səviyyədə görülməsi isə vahid taksi xidmətinin sənədlərində əks olunmalıdır. Təəssüf ki, xarici aqreqator şirkətlər ölkəmizdəki taksi fəaliyyətində özbaşına qiymətlər müəyyənləşdirir, sürücüləri vaxtından artıq işlədirlər. Belə olan halda isə təbii ki, ciddi problemlər ortaya çıxır. Bu baxımdan vahid taksi xidmətini yaratmaqla problemlərin həllinə köklənmək lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

