Tarixin məşhur nəslinin nümayəndəsi
07.06.2022 [10:15]
Bu gün Əhməd Aşurbəyovun xatirə günüdür
G.QABİLQIZI
Tarixdə önəmli işləri ilə yaddaqalan, xalqın maariflənməsinin inkişafında mühüm rol oynayan tanınmış nəsillər olub. Həmin nəslin nümayəndələri bu gün də hörmət və ehtiramla xatırlanır. Belə nəsillərdən biri kökləri qədim dövrlərə dayanan Aşurbəyovlardır. Bu nəslin nümayəndələri ölkədə möhtəşəm memarlıq abidələrinin tikilməsində və xalqın maariflənməsində müstəsna fəaliyyət göstəriblər. Aşurbəyovların ucaltdıqları möhtəşəm yaşayış binaları, məscidlər, onların iştirakı ilə inşa edilən məktəblər və xəstəxanalar inqilabdan əvvəlki Bakı memarlığının qızıl fondunu təşkil etməkdədir.
Aşurbəyovlar nəslinin tarixi...
Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, əfşar türk tayfasındandır. Bu tayfa haqqında məlumatlar VIII əsrə gedib çıxır. Məşhur Nadir şah da bu tayfadandır. O, 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub. Aşur xanın beş oğlu olub - Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy. Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy, Hacı Mehdiqulu bəy, Əliabbas bəy, Ağası bəy, Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy, İsa bəy Aşurbəyovlar da həmin nəslin görkəmli nümayəndələridir. Onların bəziləri qardaş, bəziləri isə əmioğlu, bibioğlu və ya xalaoğlu olublar.
Aşurbəyovların görkəmli nümayəndəsi
Nəslin görkəmli nümayəndələrindən biri də tanınmış telejurnalist Əhməd Aşurbəyovdur. İyunun 7-də xatirə günü qeyd edilən Əhməd Bakıda anadan olub. O, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi fəaliyyətə başlayıb. Eləcə də Respublika teleməkanında kino proqramları redaksiyasının yaradıcısı və baş redaktoru olub. Milli film xadimlərinin tanınması, dünya kinosunun Azərbaycan tamaşaçılarına çatdırılması istiqamətində əvəzsiz xidmətləri olub. “Retro” kinosalonu, “Cırtdan” kinosalonu, “Kinoklub” əyləncəli proqramı məhz Əhməd Aşurbəyovun təşəbbüsü ilə mavi ekrana çıxıb. Onun ssenariləri əsasında “Bakı eyvanları” və “Bakı Azərbaycanın paytaxtıdır” sənədli filmləri çəkilib. Bununla yanaşı Əhməd Aşurbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Əsilzadələr Məclisinin üzvü olub.
Azərbaycanda rəngli televiziya tarixi onun adı ilə bağlıdır
Əhməd Aşurbəyov həm də Azərbaycanda rəngli televiziyanın ilk baş redaktoru olub. Qeyd edək ki, 1970-ci ilə qədər yerli efir məkanında video texnikasının olmaması televiziyanın inkişafını ləngidirdi. Yalnız 1970-1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanılıb. 1971-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş “Kadr-2” video sistemi isə montaj üçün əlverişli şərait yaradıb. 1970-ci ildən Moskva televiziya proqramları rəngli yayımlanıb. Azərbaycan Televiziyası isə 1973-cü ildən yalnız Bakıda rəngli yayıma keçə bilib. Məhz bu önəmli hadisənin tarixinin də Əhməd Aşurbəyovun adı ilə bağlı olması onun Azərbaycanda televiziya və kino sahəsində nə qədər əhəmiyyətli yer tutduğunun göstəricisidir.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

