Dəli Miko və ya Vətəni dəli kimi sevmək
14.04.2022 [10:45]
İlhamə
Bu söhbəti mənə arxa cəbhənin qəhrəmanlarından biri, Füzuli rayonunda yaşayan ədəbiyyat müəllimi və bələdiyyə üzvü Tural Nəbiyev danışıb. Tural müəllim 44 günlük müharibə dövründə bir saat belə dincəlmədən əsgərlərimizin xidmətində dayanıb, yaralıların daşınması, əhalidən gələn yardımın əsgərlərə çatdırılması və digər işlərdə əlindən gələni əsirgəməyib. Tez-tez o unudulmaz günləri xatırlayır. Hər dəfə fərqli-fərqli insanlardan söz açır. Onu dinlədikcə anlayırsan ki, bu müharibədə hamı əlindən gələni əsirgəməyib. Balaca uşaqdan tutmuş, əl-ayağı tutmayan qocalara qədər, kim nəyi bacarıb, onu edib, vətən sevgisini göstərib. Hətta vətənin dəlisi belə, o mübarək günlərdə ilahi bir şövqlə başqalaşıb, dəyişib, yaralı əsgərlərimiz üçün çalışıb.
Dəli sözünü elə-belə işlətmədim. Bugünkü qəhrəmanımız kənardan baxınca heç kimin önəm vermədiyi, diqqət yetirmədiyi biridir. Rayonda dəli Miko kimi tanınan Mikayıldır. O, I Qarabağ müharibəsində iştirak edib. Sonra tale üzünə gülməyib. Hansı səbəbdəndir kimsə bilməz, psixoloji pozuntu yaşayıb, (bəlkə elə müharibənin travmasını yaşayıb, bu hala düşüb) imkansızlıqdan nə müalicə edib, nə özünə baxa bilib. Ailəsi də onu tərk edəndən sonra içkiyə qurşanıb. Kimsə ilə işi olmaz, sərxoş olub heç kimi narahat etməz. Eləcə səssiz-səssiz baxar yanından su kimi axıb gedən həyata. Sərgərdan ömür sürür. Bu vətəndə başını içinə salıb yaşayacağı bir damı belə yoxdur. Ətrafındakı insanlar çox zaman görməz onu, görməzdən gələrlər. O isə insanları gözməzdən gəlmədi, bu müharibə Mikonun da müharibəsi oldu.
Tural Nəbiyevin danışdıqlarından:
“İndi qəhrəman adı üçün çırpınanlardan fərqli olaraq Miko müharibənin ən çətin məqamlarında bizim yanımızda idi. Ön xətdən gətirilən yaralıların əynindən çıxarılan paltarlar Cocuq Mərcanlı yolunun kənarına yığılmışdı. Yaralıların gətirildiyi qanlı xərəklər, qanlı güllə keçirməz jiletlər də bir yerə toplanmışdı. Hər kəsin öz işi vardı. Dayanmaq yox idi. Mənə dedilər ki, bizə kömək edən olsa idi bunları yığışdırardıq. Ön xəttə gedən əsgərlər də bunları görür. Bundan başqa qan qoxusu yayılır hər tərəfə. Horadiz şəhərinin insanlar toplaşan yerinə doğru getdim. Mikonun yolun kənarı ilə getdiyini gördüm. Maşını saxladım. Salam verdim. Hara getdiyini soruşdum. Qaçaraq yolu keçib yanıma gəldi. Nə lazımdır müəllim dedi, olanları dedim. Dedim bizə kömək lazımdır orda. Baş üstə dedi və həmin istiqamətdə getdi. Getdiyim istiqamətdə maşını sürdüm. Düşündüm ki, Mikodur də Allah bilir hara getdi. Su götürüb bir neçə dəqiqədən sonra yenidən həmin yerə qayıtdım. Ermənilərin artilleriyası Horadizin yuxarı istiqamətini vururdu. Maşınların hərəkəti belə çətinləşmişdi. Çatdım həmin yerə, avtovağzalın həyətində maşını saxlayıb, maşının arxasındakı suyu götürdüm. İki kaset su idi. Miko səsləndi: müəllim gözlə gəlirəm kömək etməyə. İnanın o qədər sevindim ki. Miko məndən ayrılan kimi həmin yerə qaçıb. Paltarları, xərəkləri yığıb, yığışdırıb. Sonra süpürgə götürüb həmin yerləri təmizləyib. Baxdım gözlərim doldu. Dedim ki, Miko sağ ol. Baxdı mənə, dedi ki, müəllim həyatdır də. Mən birinci Qarabağ döyüşlərinin iştirakçısı olmuşam. Bu gün isə əlimdən bu qədəri gəlir.
Miko müharibə bitincəyə qədər içki içmədi. Harada kömək lazım olurdusa ora qaçırdı. Horadizin üst tərəfində Təzə Bazar deyilən yerdə otaqların birində qalırdı. Oraları təmizləyirdik ki, əsgərlər müvəqqəti ön cəbhəyə gedincə orada qalsınlar. Miko da onların yanında olurdu. Dedilər ki, Miko orda əsgərlərdən siqaret, yemək istəyir. Yanına getdim və ona başa saldım ki, belə şeylər etmə. Dedi ki, adın çıxınca canın çıxsa yaxşıdır. Etmirəm, etmərəm dedi. Sonra əsgərlərin birindən soruşdum ki, o sizdən nəsə istəmir? Dedi ki, o dayı bizə siqaret, su, çörək gətirir, nəyə ehtiyacımız olduğunu soruşur. Bu cür insanlar cəmiyyət tərəfindən bir damğa ilə, bir adla “qiymətləndirilir”. Sonradan bir daha mənə bu barədə dedilər. Bu dəfə deyənlərə bəs siz nə etdiniz, dedim. O “alkaş” dediyiniz Miko bunları edib, bəs siz nə etmisiniz? İndi göstərmədikləri xidmətə, etmədikləri qəhrəmanlığa görə ad, təltif tələb edənlərin bir çoxu Miko qədər xidməti olmayanlardır”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

