Yeni dünyanın yeni reallığı - Metavers
14.04.2022 [10:41]
Azərbaycanı bu mühitdən nə ayırır?
Günel ABBAS
Cəmiyyət inkişaf etdikcə insanların yeni informasiya əldə etməyə daha çox ehtiyacı olur. Yeni ixtiralar vasitəsi ilə informasiyalaşma müasir dövr üçün ən böyük inqilab hesab oluna bilər. Yeni dünyanın ən yeni reallıqlarından biri də “Facebook”un adını dəyişməsi ilə gündəmə gələn Metaversdir. Metavers oyunların holoqramlarla real həyata keçməsinə şərait yaradır. Bir eynəyi taxdığımız an tamamilə fərqli bir dünyaya girəcəyik. Yaradılan sonsuz virtual mühitdə dostlarımızla görüşə, danışa, oyunlar oynaya bilərik. İstənilən sənətçinin konsertinə qatıla, yarışları izləyə və çox fərqli əyləncələrə dala bilərik. Və bunu həm də real hiss edə bilərik.
Metavers oyun və əyləncə ilə yanaşı, iş həyatını da virtual mühitə gətirəcək. İndi fiziki ofislər yerinə virtual mühitlərdə görüşəcəyik, təqdimatlar edəcək, toplanacaq və müzakirələr aparacağıq. İstəsək, burada öz iş mühitimizi - ofisimizi yarada və arzuladığımız yerdə tam zövqlə çalışa bilərik. Bir sözlə, real həyatda bacardığımız hər şeyi virtual mühitdə də istədiyimiz kimi etmək imkanımız olacaq.
Metaversdə necə ərazi sahibi ola bilərik?
Virtual kainatın işgüzar görüşlərdən tutmuş əyləncəyə qədər müxtəlif məqsədlər üçün istifadə edilməsi hədəflənib. Bəs bu torpaq sahələrini necə ala bilərik? İlk növbədə, özünüz üçün rəqəmsal pul kisəsi yaratmalısınız. Daha sonra virtual pul kisəsi vasitəsilə ərazini satan platformadakı sikkələrlə və ya Metaversin yerli valyuta kripto pulları ilə virtual torpaq satan şirkətləri axtarıb ərazinizi ala bilərsiniz.
Metaversin virtual dünyasında siz, sadəcə dostlarınızla bir araya gəlmirsiniz. Eyni zamanda, itirilmiş qohumlarınızla görüşməyiniz də reallaşır. Çox maraqlı səslənsə də, illər əvvəl dünyasını dəyişən yaxınlarımızı bu kainatda tez-tez görməyə başlayacağımız bir həqiqətdir.
Virtual torpaqlar niyə milyon dollara satılır?
Virtual daşınmaz əmlak investisiyasındakı ani partlayışlara bir çox investor aspekulyativ və dayanıqsız təsir göstərir. Lakin bəzi mütəxəssislər bu tendensiyanın hələ də çox yeni olduğunu deyir. Eləcə də virtual ərazinin alınmasının internetin ilk günlərində veb-saytın piksellərinin alınmasına bərabər olduğunu bildirirlər.
Metavers “Facebook”, “WeChat” və “WhatsApp”ı geridə qoyaraq dünyanın ən qabaqcıl sosial şəbəkəsi olmaqda iddialıdır. Çünki bu kəşf təkcə ünsiyyət vasitəsi kimi fəaliyyət göstərməyəcək. Metaversdə moda nümayişləri, konsertlər və ya konfranslar keçiririlir və qısa müddətdə on minlərlə insan cəlb olunur.
Proses nə zaman gerçəkləşəcək?
“Facebook Reality Labs”ı idarə edən Endryu Bosvort deyir ki, bu məhsulların əksəriyyəti yalnız yaxın 10-15 il ərzində tam şəkildə tətbiq olunacaq. Onun sözlərinə görə, onlayn dünyanı işə salmaq üçün aradan qaldırılmalı bir çox texniki maneələr var.
“Facebook” sosial şəbəkəsinin texnologiya dünyasında Meta strukturlaşmasının yaratdığı Metavers küləyi içərisində Türkiyənin paytaxtı Ankara da yer aldı. Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş, paytaxtın Metaverse virtual kainata daxil ediləcəyi sınaq proqramına daxil olduqlarını açıqladı.
Azərbaycan Metaversə nə zaman qoşulacaq?
Bu gün regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə internetin əlçatanlığı üçün ciddi texnoloji problemlər var. Ekspertlərin fikrincə, hökumət tərəfindən bu problemin kökündən həlli istiqamətində müəyyən cəhdlər olsa da, indiyədək bunları tam reallaşmış hesab etmək olmaz. Deməli, bizi yeni dünya reallığından ayıran əsas səbəb internetin sürətidir və yeni dünya ilə uzatmaq üçün, ilk növbədə bu problemin tam şəkildə həllinə köklənməliyik.
Bu sahədə əsas prinsiplərdən biri də istər daxili, istərsə də beynəlxalq səviyyədə informasiyaların təhlükəsizliyinin təmin edilməsi və qorunmasıdır. İnformasiya təhlükəsizliyinin qorunması dedikdə elektron cinayətkarlığa qarşı mübarizə, milli maraqları nəzərə almaqla vətəndaşların və bütün təşkilatların təhlükəsiz olaraq informasiya əldə etmək və ondan yararlanmaq hüquqlarının təmin olunması üçün vətəndaşların informasiya təhlükəsizliyini təmin edən mühitin yaradılması nəzərdə tutulur.
Hətta bu gün internetin xidmətlərindən pul qazanmaq dünyada yayılıb. İnsanlar evdən çıxmadan sosial şəbəkələr vasitəsi ilə milyonlarla vəsait əldə edirlər. Bu isə o deməkdir ki, XXI əsr artıq tam mənası ilə internet əsridir. Biz də cəmiyyət olar bu yenilikləri qəbul etməli, yeni əsrin yeni texnologiyasından istifadə etməyə alışmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 19:48
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31

