Feministlərin 8 Mart yürüşü - Onlar nə istəyir?
10.03.2022 [11:06]
Psixoloq: “Azərbaycanda feminizmi həyat tərzinə çeviriblər”
Günel Qabilqızı
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının mərkəzində bir qrup feminist fəalın “8 Marş - Susa bilmirəm” adlı etiraz yürüşü keçirilib. Əllərində şüarlar yazılan plakatlar tutmuş fəallar “Fəvvarələr bağı”nda yürüş ediblər. Polisin heç bir müdaxiləsi olmadan baş tutan aksiya yarım saat davam edib və fəalların bəyanat oxuması ilə yekunlaşıb.
Yürüş hər il 8 mart ərəfəsində baş tutur və cəmiyyətdə heç də birmənalı qarşılanmır. Xüsusən də ictimaiyyətin orta yaşlı nümayəndələri olduqca sərt reaksiyalar göstərirlər. Budəfəki aksiya da fərqli məqamlarla yadda qaldı. İştirakçıların plakatlarında yazılan şüarların əksəriyyəti təxəyyül məhsuluna bənzəyirdi. Hətta bu yazıları oxuyandan sonra bir anlıq özünə “görəsən, biz eyni ölkədə yaşayırıq?” sualını verirsən. Hətta yürüşdə bir neçə kişinin öz həmcinslərini dolayı yolla təhqir etməsi də sosial mediada müzakirə obyektinə çevrildi. Bu çıxışları dəstəkləyənlər də var, qarşı çıxanlar da. Ancaq ən önəmli məsələ odur ki, əksər vaxtlarda “bizim feministlər” qadın hüquqlarını müdafiə etməkdən bir qədər kənara çıxırlar. Əksər vaxtlarda məişət məsələlərini siyasi müstəviyə daşıyaraq hadisələrə fərqli don geyindirirlər.
Çoxumuza məlumdur ki, feministlərin içərisində sağlam düşüncəyə malik olmayan şəxslər də çoxdur. Onların bu cür psixoloji vəziyyətindən öz mənafeləri üçün istifadə edən təxribatçılar da kifayət qədərdir. Mövzunu daha ətraflı psixoloq Gülnar Orucova ilə müzakirə etdik.
G.Orucova “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bildirdi ki, ölkəmizdə bu xüsusda keçirilən aksiyalarla xarici ölkələrdəki feminizm aksiyaları arasında kəskin fərqlər var: “Bəziləri bərabərlik, bəziləri isə qadınların kişilərdən daha üstün mövqedə olmasını istəyirlər. Keçmişə nəzər salsaq, feminizm XVIII əsrdə Şimali Amerikada sonra isə Fransada inqilab dövründə qadın haqlarını müdafiə etmək adı altında ortaya çıxmışdır. Azərbaycanda isə feministlər üstünlük axtarırlar. Hətta onların çoxunun bioloji və psixoloji problemləri də var. Bizdə feministlər daha çox kişilərin düşməni kimi tanınır. Beləcə feminizmin mənfi tərəfləri üzə çıxır. Ümumiyyətlə, Avropada bu insanların bir məqsədi, feminizm anlayışının bir dəyəri var. Azərbaycanda isə feminizmi həyat tərzinə çevirib bu cür yaşayırlar. Əksəriyyətinin feminizmdən xəbərləri yoxdur, sadəcə qulaqdan-qulağa keçən fikirləri səsləndirirlər. Buna görə də həmin insanlar özləri də nə istədiklərini bilmirlər”.
Psixoloq qeyd etdi ki, bu məsələlərə uşaqlıq illərindən diqqət etmək lazımdır: “Feminizasiya əlaməti əlverişli şəraitdə bəzi oğlanların iradi keyfiyyətlərində, xarakter əlamətlərinin dinamikasında özünü göstərir. Məsələn, bəzi oğlan uşaqları səhərdən axşama kimi güzgü qarşısında dayanıb bəzənib-düzənməyi xoşlayır, kiməsə işləri düşəndə nazlana-nazlana danışır, əzilib-büzülür və s. Bu mənada oğlanların tərbiyəsində evdə qadınların, məktəbdə isə çoxluq təşkil edən qadın müəllimlərinin daha fəal rol oynaması faktını qeyd edə bilərik. Günün çox hissəsini qadınlarla ünsiyyətdə keçirən oğlan uşaqları çox vaxt onların nəinki düşüncə tərzini, həm də qadın meyarlarını mənimsəməyə başlayırlar. Bunun nəticəsidir ki, bu gün feministlər arasında qadınlardan çox kişilər var.
Maskulinizasiya effekti isə valideyinlərin qız uşaqlarını lap kiçik yaşdan oğlan sayağı geyindirməsi, qız xüsusiyyətlərinin tərbiyə olunmasına xüsusi diqqət yetirməməsi ilə bağlıdır. Qız uşağı xüsusilə oğlan uşaqlarının əhatəsində böyüyəndə, öz təbiət etibarı ilə dəyişir, oğlana xas olan keyfiyyətləri daha tez götürür. Valideynlər isə çox vaxt təcrübəsizlik edib onlara evdarlıq vərdişlərini, qadına aid xüsusiyyət, əsasən də davranış qaydalarını öyrətmirlər”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

