İsveçrə Azərbaycanda hansı layihələri maliyyələşdirəcək?
14.12.2021 [10:12]
Səfir Muriel Peneveyre və İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktorunun müavini Alberto Hernandes Cənubi Qafqaz üçün yeni əməkdaşlıq proqramına həsr olunan mətbuat konfransı keçirib
Nicat Dilqəmli
Dekabrın 13-də İsveçrənin Azərbaycandakı və Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre Cənubi Qafqaz üçün yeni əməkdaşlıq proqramına həsr olunan mətbuat konfransı keçirib. İkitərəfli münasibətlərin tarixindən bəhs edilən tədbirdə gələn il Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağı diqqətə çatdırılıb. Səfir daha çox ticarət və sərmayə, həmçinin turizm sahələrində əlaqələrin inkişafı ilə bağlı danışıb. O deyib ki, Azərbaycanda həyata keçirdikləri layihələr qarşılıqlı fayda kəsb edərək ölkənin bütün bölgələrini əhatə etməkdədir.
Azərbaycanla çoxtərəfli əlaqələrin tarixindən danışan səfir bildirib ki, əgər daha öncə İsveçrə ölkəmizə qaçqın və məcburi köçkünlərlə bağlı yardımlar edirdisə, indi Azərbaycanın sürətli inkişafı nəticəsində artıq müxtəlif fəaliyyət sahələri üzrə layihələr reallaşdırılır, qarşılıqlı-faydalı əməkdaşlıq qurulub.
Bu günə qədər görülən işlərdən danışan M.Peneveyre qeyd edib ki, İsveçrə Naxçıvanda 130 kəhrizin qurulmasına 4 mln. ABŞ dolları məbləğində vəsait ayırıb. Diqqətə çatdırılıb ki, son 22 ildə 90 layihənin həyata keçirilməsinə 110 milyon ABŞ dolları dəyərində maliyyə vəsaiti ayrılıb.
Sonra konfransda 2022-2025-ci illərdə Cənubi Qafqaz regionu üçün İsveçrə Əməkdaşlıq Proqramı barədə geniş məlumat verilib. Xanım M.Peneveyre Əməkdaşlıq Proqramında 4 əsas sahəyə - regionda vətəndaş cəmiyyəti fəaliyyəti və əməkdaşlığı, demokratiyanın gücləndirilməsi və ictimai institutlar, iqtisadi inkişafın yaxşılaşdırılması və layiqli iş yerlərinin yaradılması, eləcə də iqlim dəyişikliklərinə hazırlıqların gücləndirilməsi və resurs idarəetməsinin dayanıqlılığı - diqqət yetiriləcəyini bildirib. Mümkün qədər gender bərabərliyi və yaxşı idarəetmə Cənubi Qafqazda İsveçrə tərəfindən maliyyələşdirilən bütün layihələrdə nəzərə alınacaq.
Bildirilib ki, İsveçrənin Azərbaycana dəstəyi ictimai maliyyə idarəçiliyinin gücləndirilməsi, biznes mühitinin, aqrar sektorda maliyyə əlçatanlığının yaxşılaşdırılması, eləcə də qadınların iqtisadi cəhətdən gücləndirilməsi sahələrinə fokuslanmaqda davam edəcək. Bu tematik mövzularla yanaşı, İsveçrə yerli QHT-lərin gender bərabərliyi, ətraf mühit və iqlim dəyişikliyi, inklüzivlik və rəqəmsallaşma kimi mövzularda təşəbbüslərini də maliyyələşdirməyi davam etdirəcək. Bundan başqa, İsveçrə böyük bir regional mədəniyyət və incəsənət proqramı çərçivəsində mədəniyyət layihələrinin maliyyələşdirilməsi ilə incəsənət sahəsini də dəstəkləyəcək.
Vurğulanıb ki, bütün bu təşəbbüslər İsveçrənin Azərbaycandakı 20 illik fəaliyyətinin üzərində qurulacaq. Bu fəaliyyətin son nailiyyətləri arasında biznes mühitinin və maliyyəyə çıxışın yaxşılaşdırılması üçün Özəl Kredit Bürosunun və Daşınan Əmlakın Qeydiyyatının yaradılması, hökumət maliyyə statistikası və makroiqtisadi proqnozlaşdırma üzrə qabiliyyətin artırılması, eləcə də Sabirabad, Qusar və Bakının Xəzər rayonundakı üç qadın resurs mərkəzi vasitəsilə qadınların iqtisadi cəhətdən gücləndirilməsinin dəstəkləndiyini qeyd etmək olar.
Konfransda çıxış edən İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktorunun müavini Alberto Hernandes bildirib ki, İsveçrə hökumətinin Cənubi Qafqaz regionunda 2022-2025-ci illər üçün əməkdaşlıq proqramında inklüziv iqtisadi inkişaf, iqtisadiyyatın idarəolunması və iqlim dəyişikliyi ön plandadır. Onun sözlərinə görə, proqramın 80 milyon İsveçrə frankı həcmindəki büdcəsinin 50 milyon frankı regional layihələrə, 10 milyon frankı isə Azərbaycan iqtisadiyyatında ikitərəfli layihələrin icrasına yönəldiləcək.
“Yeni Azərbaycan” qəzetinin əməkdaşının təhsildə qarşılıqlı əlaqələrlə bağlı verdiyi suala cavab olaraq diplomat təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, Azərbaycan üçün əlverişli təqaüd proqramları təqdim etdiklərini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28

