Azərbaycan “omikron”a sərhədlərini bağlayacaqmı?
10.12.2021 [10:46]
MÜŞFİQƏ
COVID-19-un “omikron” ştamı dünyanın 20-dən çox ölkəsində qeydə alınıb və bu ştama yoluxma hallarının sayı sürətlə artır. Virusoloqların fikrincə, Afrikanın cənubunda aşkar edilən yeni ştam “delta” variantından iki dəfə daha tez yayıla bilər. ÜST-in hesabatında daha yoluxucu mutasiyalar səbəbindən “omikron” ştamının dünyada sürətlə yayılma ehtimalının yüksək olduğu deyilir. Həmçinin təşkilat yeni ştamla bağlı qlobal riskin son dərəcə yüksək olduğu barədə xəbərdarlıq edir. Mövcud peyvəndlərin ştamdan qoruya bilib-bilmədiyini öyrənmək üçün araşdırmalar aparılır. Yaponiyanın “Shionogi Pharmaceutical” şirkəti isə “omikron”a qarşı peyvənd hazırlamaq niyyətindədir.
Dünya Afrika ştamına qarşı...
Bir sıra dövlətlər yeni ştamın qarşısının alınması və öz vətəndaşlarının müdafiəsi məqsədilə Cənubi Afrika Respublikasına (CAR) və Cənubi Afrika İnkişaf İcması (SADC) ölkələrinə səyahət qadağası tətbiq ediblər. Məsələn, noyabrın 29-dan ABŞ-ın Nyu-York ştatına Afrikanın bəzi ölkələrindən vətəndaşların gəlməsinə qadağan qoyub. Xəstəliyin artması ehtimalının qarşısını almaq məqsədilə Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib. Qonşu Rusiyada da koronavirusun “omikron” ştamı aşkar edilib: CAR-dan Rusiyaya gəlmiş iki nəfərdə tapılıb. Hökumət “omikron” ştamının daha yoluxucu olması, orqanizmdə sürətlə yayılmasını nəzərə alaraq koronavirus testlərinin müddətini 72 saatdan 48 saatadək azaldıb.
Noyabrın 27-dən etibarən Türkiyə ilə Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabve arasında bütün səyahətlər müvəqqəti dayandırılıb. Eləcə də Gürcüstan sözügedən 8 ölkənin vətəndaşlarının ölkəyə daxil olması üçün yeni qaydalar tətbiq edir. Ölkənin Dövlət Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, son iki həftə ərzində Cənubi Afrikaya səfər edən və Gürcüstana gələn istənilən şəxs vətəndaşlığından asılı olmayaraq, 14 günlük özünütəcrid rejimində qalacaq. Bu müddət başa çatandan sonra həmin şəxslər PCR test verməli olacaqlar. Qazaxıstanda isə “omikron” ştam aşkarlanmayıb. Buna baxmayaraq, idarələrarası komissiya dekabrın 3-dən məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Botsvana, Namibiya, Lesoto, Zimbabve, Mozambik, Madaqaskar, Tanzaniya və digər xarici vətəndaşların Qazaxıstana girişinə məhdudiyyət qoyulub. Həmçinin “omikron” ştamı aşkar edilmiş dövlətlərdən gələnlərdən PCR testi tələb olunur.
Azərbaycan hansı tədbirlər görür?
Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni “omikron” variantı bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Məlumatda bildirilir ki, koronavirus infeksiyasının yeni mutasiya olan “omikron” variantın inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlənilir. Ölkənin səhiyyə qurumları yeni ştamı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxladığı deyilir.
Xatırladaq ki, noyabrın 29-da Baş nazirin sədrliyi ilə COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın geniş iclasında “omikron” ştamı və ona qarşı profilaktik tədbirlər müzakirə olunub, müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

