Taksi sürücüsünün “xoşniyyətli” çay təklif etdiyi xanımı hamı tanıyır
08.12.2021 [11:52]
Cəmiyyətin ən əhəmiyyətli peşələrindən biri də taksi fəaliyyətidir. Beş-on min düzəldib, ya da kreditlə özünə avtomobil almağa imkanı çatan, digər işlərdə uğursuz olanların bu sahəyə sürətli axını heç də ürəkaçan deyil. Çünki bu kimi insanlar onsuz da uğursuzluq sindromunu yaşayan, heç bir sahədə inkişafa, mütərəqqiyə nail ola bilməyən şəxslərdir. Belə olduğuna görə də indi küçədə daş atırsan, gedib şahmata dəyir. Yox, şahmat taxtasına yox, taksi yazısı olan şahmata. Elə yeri gəlmişkən, bu şahmatlar və fərqləndirmə nişanları qanuni taksi fəaliyyəti göstərən şəxslərə verilir. Və ya verilirDİ... İndi verilmir. Artıq hamı bu və ya digər taksi proqramını mobil telefonuna yükləyərək taksi sürücüsü kimi qeydiyyatdan keçə bilər. Yox, qeydiyyatın bu qədər asanlaşması təbii ki, pis bir şey deyil, hətta bir çoxları üçün işdən sonra əlavə gəlir yeri kimi çox da yaxşıdır. Əfsuslar olsun ki, bu peşədən də çörək yox, başqa “mənfəətlər” qazanmaq üçün istifadə edənlər də var.
Bu günlərdə taksidə yol gedən bir xanım sərnişin taksi sürücüsü ilə aralarında olan dialoqu çəkib sosial şəbəkələrdə yaymışdı. Video təxminən bundan ibarət idi ki, sürücü sərnişininə çay içmək təklifi edir, dəfələrlə “çay içək, gözəl xanımsınız, ona görə deyirəm” kimi ifadələrlə xanımı çay içməyə “dəvət” edir. Xanım isə israrla ona öz işini görməsini, yəni xanımı ünvan başına çatdırmağı deyir. Təbii ki, bu, xanımın lentə aldığı kadrda öz əksini tapır. Hələ hadisənin videoya çəkilməmiş hissəsi də var, kadrarxası. Görün nə həddə çatıb ki, xanım kameranı çıxarıb başlayıb çəkməyə... Əlbəttə, bu, bütün xanımlara aid deyil.
Amma normal, əxlaqı yerində olan bir xanıma qarşı bu cür hərəkətlər yolverilməzdir. Məncə, elə əsl xanımlardan biri də bu hərəkəti götürüb çəkib videoya.
Niyə çəkib, bilirsinizmi? Bizə ar olsun deyə. Bəli, bizə - sənə, mənə, ona - elə hamımıza. Çünki hamımız aysberqin görünməyən tərəfini yaxşı bilirik. Elə bu qədər israrla, səmimi-qəlbdən edilən “çay təklif”inin arxasında nə məqsədlər yatdığını da.
O xanım kimdir, bilirsinizmi? Mən bilirəm. Və onu da bilirəm ki, həmin xanımı siz də tanıyırsınız. O, bu gün videodakı xanımdırsa, sabah sənin, mənim bacım, anam və ya həyat yoldaşım ola bilər. Elə o taksi sürücüsünün də!
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

