Mina axtaran itlər, yoxsa mina xəritələri...
02.12.2021 [10:58]
Xarici dövlətlər mina xəritələrinin qaytarılmasında vasitəçi ola bilər
Günel Abbas
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə qəbul edilmişdi. Qətnamənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulamışdılar.
Fransa və ABŞ kimi erməni lobbilərinin sistemli şəkildə fəaliyyət göstərdiyi dövlətlər də Ermənistana mina xəritələrini Azərbaycana verməsi üçün davamlı müraciət edəcəklərini bildirirlər.
Bu proseslərlə yanaşı, ABŞ Azərbaycana 30 mina axtaran it göndərəcəyini də qeyd etmişdi. Özünün mina təmizləmə agentliyində mina axtaran it hazırlanan bir dövlətin xaricdən gələn itlərə niyə ehtiyacı olsun? Cavab sadədir. Azərbaycan yaxşı bilir ki, prosesi bu və ya digər yollarla ləngidən güc dövlətləri çoxdur. Həmin dövlətlər Azərbaycanın hadisələrdən xəbərdar olduğunu unutmamalıdır. Yaxşı olardı ki, bir güllə səsinə dünyanın o başından xəbərdarlıq edənlər Azərbaycana “hədiyyə” göndərməsinlər, Ermənistana siyasi yollarla təzyiq edərək mina xəritələrinin qaytarılmasında vasitəçi olsunlar.
Azərbaycan da daxil olmaqla, regionun əksər ölkələri əvvəllər mina və partlayıcı maddələrin axtarışını həyata keçirən itləri kənardan alırdı. Lakin 4-5 ildir ki, ANAMA bu cür itləri özü hazırlamağa başlayıb. Bəs, hazırlanma prosesi necə olur?
Bu sahənin incəliklərini və itlərin hazırlanma proseslərini daha yaxından öyrənmək üçün uzun illər hava limanında silah, sursat və partlayıcı maddələr üzrə kinoloq işləyən Faiq Ağayev ilə söhbətləşdik.
Həmsöhbətimiz “Yeni Azərbaycan”a açıqlamasında bildirdi ki, itlərə keçirilən təlim proqramı iki kursdan ibarətdir. Onun sözlərinə görə, əvvəlcə itlərə üm?mi kursda təlim-tərbiyə öyrədilir, sonra isə xüsusi kursda onların axtarış qabiliyyəti yoxlanılır: “İtlərin seçilməsi zamanı onların psixoloji durumuna baxılmalıdır. Xidmət üçün yarayanların temperamenti adətən sanqvinik və xolerik olur. Xüsusi kurslar tələblərdən asılı olaraq 4 aydan 9 aya kimi uzadıla bilər”.
İtlər partlayıcı maddələri necə tapır?
F.Ağayev deyib ki, adətən partlayıcı tapmaq üçün itlərə o partlayıcının tərkibində olan maddələrin iyinə reaksiya vermək öyrədilir: “İtə partlayıcı maddələri tapmaq üçün öncə öz oyuncağını tapmağı öyrədirik. Sonra oyuncaq həmin partlayıcı elementiylə əvəz edilir. İt hər zaman öz oyuncağını axtarır və oynamaq istəyir, bununla da biz lazım olan əşyanı tapa bilirik. İtin iy hiss etməsi insanlardan 20 min dəfə çoxdur. Biz yeməyin qoxusunu qapıdan daxil olanda hiss ediriksə, itlər onu stadion məsafəsində hiss edə bilirlər. Dünyada itin qoxu qabiliyyətini əvəz edə biləcək heç bir aparat yoxdur”.
Azərbaycanda minatəmizləməyə cəlb etmək üçün kifayət qədər mütəxəssis var
Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olan kinoloq Qarabağda minatəmizləmə işlərinə daha çox xarici mütəxəssislərin cəlb olunmasına görə təəssüf etdiyini bildirib: “SSRİ zamanı ölkəmizdə kinoloji məktəblər olub, həmin insanlar o vaxt SSRİ çempionu olublar. Ancaq hazırda Azərbaycanda bu ixtisasın inkişafı yüksək səviyyədə deyil. Müvafiq qurumlar hazır kinoloq işə götürürlər, ancaq bu kadrların hazırlanması üzrə kurslar yoxdur. Bununla əlaqədar aidiyyəti orqanlara çox müraciət edilib, lakin əhəmiyyətli nəticə əldə edilməyib. İndiki zamanda Azərbaycan xarici qurumları Qarabağa dəvət etmək üçün böyük miqdarda pul vəsaiti ayırır. Halbuki ölkəmizdə bu qurumun xaricdəki kimi inkişaf etməsi üçün çox mütəxəssis var”, - deyə o vurğulayıb.
İtlərin qoxu hiss etməsində doğruluq payı nə qədərdir?
İtlərin axtarışlarını yoxlamaq üçün ümumilikdə 1219 eksperimental test aparılmışdır. Orta hesabla gizli dərman nümunələri itlər tərəfindən 64 saniyə axtarış müddətindən sonra aşkarlanıb. Bunlardan 87.7% göstərici doğru, 5.3%-i yalan olub. 7.0% sınaqlarda isə itlər 10 dəqiqə ərzində narkotik nümunəsini tapa bilməyiblər.
Polis itini öyrətmək nə qədər çəkir?
Əksər polis köpəklərinin orta təhsili başa vurması və polis işçisi ilə aktiv xidmətə başlamasına hazır olması orta hesabla 4-6 ay çəkir. Bununla birlikdə, bəzi K9 və Alman Çoban polis itlərinin şəxsiyyət və xarakterdən asılı olaraq məşq etməsi daha uzun çəkir.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, ANAMA 4-5 il əvvəl yerli imkanlar hesabına minaaxtaran itlərin hazırlanması ilə yanaşı, partlayıcı maddələrin axtarışını həyata keçirən itləri də hazırlamağa başlayıb. ANAMA və digər qurumların istifadəsi üçün nəzərdə tutulan itlər müxtəlif növ partlayıcı maddələri aşkarlaya və minatəmizləmə qruplarına kömək edə bilir. Yerli bazada öyrədilmiş itlər hazırda minatəmizləmə əməliyyatlarında iştirak edir. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir.
Elə bu təşəbbüsün nəticəsidir ki, təlimlərə başlayan ilk vaxtlardan ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-ın Marşal İrsi İnstitutunun (Mİİ) 2018-ci il üzrə ilin heyəti seçilmişdi.
Xəbər lenti
Hamısına baxElm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22

